Uropirin tabletkası haqqında məlumat

Uropirin - Sidik ifrazatı xəstəliklərində istifadə olunan preparatdır.

Oct 4, 2024 - 16:56
 0
Uropirin tabletkası haqqında məlumat
Uropirin

Uropirin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Uropirin qiyməti

Uropirin tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Uropirin qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Uropirin dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

UROPİRİN 100mq    örtüklü  tabletlər
UROPYRINE

Beynəlxalq patentləşdirilməmiş adı: Phenazopyridine hydrochloride 

Tərkibi

Təsiredici maddə:    1 tabletin  tərkibində  100 mq  fenazopiridin  hidroxlorid  vardır.
Köməkçi  maddələr: qarğıdalı  nişastası, talk, kalsium-karbonat, təmizlənmiş  su.

Təsviri

Qəhvəyi rəngli, oval formalı örtüklü  tabletlərdir.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Fenazopiridin- hidroxlorid  qeyri narkotik analgetikdir. Siklooksigenazanı qeyri-selektiv inhibə etməklə sidik kisəsinin və sidik axarlarının iltihabi xəstəlikləri, travmatik zədələnmələri zamanı sidikçıxarıcı yolların selikli qişasına yerli analgeziyaedici təsir göstərərək ağrı, yanğı, göynəmə kimi simptomları aradan qaldırır. Sidik yollarının infeksiyalaşması nəticəsində tez- tez baş verən sidik ifrazının qarşısını alır.

Farmakokinetikası
Fenazopiridin hidroxlorid mədə bağırsaq tarktından  sorulur ki, bunun da 90 % -dən çoxu 12 b.b- dan absorbsiya olunur. Qanın zülalları ilə birləşməsi 20 % təşkil edir.Əsasən sidiklə xaric olunur, bunun da 65 % -i dəyişilməmiş şəkildə 18 %- i isə parasetamol şəklində çıxır , qalan hissəsi isə qeyri – aktiv metabolitlərə transformasiya olunur. Preparat 6 saat sonra böyrəklər vasitəsilə bir başa orqanizmdən xaric olur.

İstifadəsinə göstərişlər

Aşağı sidikçıxarıcı yolların selikli qişasının infeksiyası ( sistit, uretrit).
Litolitik preparatlarla yanaşı (kanala düşmüş daşların yaratdığı ağrı hissini aradan qaldırmaq məqsədilə).
Cərrahi əməliyyatdan sonrakı dövr.
Endoskopik müayinələr zamanı.
Sidik kisəsinin kateterizasiyası zamanı  və travmatik zədələnmə  nəticəsində rast gələn ağrı.
Yanğı və göynəmə hissi.
Tez-tez sidiyəgetmə kimi simptomları yüngülləşdirmək məqsədi ilə.
Fenazopiridin hidroxlorid diaqnozu müəyyənləşdirmədən və xəstəliyin səbəbini araşdırmadan da istifadə edilə bilər.
Yalnız nəzərə almaq lazımdır ki, Fenazopiridin hidroxlorid simtomatik olaraq xəstəliyin əlamətlərini aradan qaldırır və xəstəliyin etiotrop müalicəsi başlandıqdan sonra istifadəsi dayandırıla bilər.
Uropirin tabletlərinin fonunda sistem analgetiklərin və narkotik analgetiklərin istifadəsinə ehtiyac azalır. Sidikçıxarıcı yolların infeksiyası zamanı antibakterial terapiyadan əvvəl simtomatik terapiya kimi 2-3 gündən artıq olmayaraq istifadə edilir.

Əks göstərişlər

Fenazopiridin hidroxloridə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Qlükoza-6-fosfodehidrogenaza fermentinin çatışmazlığı.
Orta və ağır dərəcəli böyrək pozğunluqları, qlomerulonefrit.
Qaraciyər pozğunluqları, kəskin hepatit.
Anemiya, methemoqlobinemiya.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bəzi laborator testlərinin nəticələrini dəyişdirə bilər.Hər hansı bir laborator testlərindən keçdikdə uropirin tabletlərini qəbul etdiyiniz barədə həkim-laborantı məlumatlandırın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Laborator heyvanlar üzərində aparılan reproduktivlik tədqiqatlarında-50mq/kq/gün dozada siçovullarda-fertillik və fetotoksik xüsusiyyətlər aşkar olunmamışdır.Hamilələrdə eyni adlı tədqiqatlar aparılmadığı üçün preparatın hamiləlik dövründə istifadəsi ciddi əsaslandırılmalıdır.
Fenazopiridin hidroxloridin ana südünə keçməsi barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

6-12 yaşlı uşaqlar
 Sutkalıq doza 12mq/kq bədən kütləsinə olmaqla təyin edilir. Bu yaş kateqoriyasında müalicə müddəti maksimum 2 gün müəyyənlişdirilmişdir.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Adi doza – 2 ədəd 100mq-lıq tablet gündə 3 dəfə daxilə qəbul edilir. Antibiotiklərlə birgə istifadə etdikdə istifadə müddəti 2 sutkadan artıq ola bilməz.Uropirin tək təyin edilmişsə istifadə müddəti mümkün qədər qısa – maksimum 7-10 gün ola bilər.

Tabletlər 1 stəkan su ilə çeynənmədən və yeməkdən sonra daxilə qəbul edilir.

Əlavə təsirləri

Mədədə diskomfort, başağrısı, başgicəllənmə müşahidə oluna bilər. Bu və ya digər hallar barədə həkiminizi məlumatlandırın.Preparat sidiyin rəngini qırmızı rəngə boyayır, lakin bu zərərsizdir. Bu hal preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır.Allergik reaksiya – səpgi, qaşınma, tənəffüsün çətinləşməsi və s.zamanı preparatın istifadəsini dayandırmaq və həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Tövsiyə olunan doza həddinin aşılması qanda preparatın plazma səviyyəsini artıra bilər. Çox yüksək dozada və kəskin zəhərlənmə zamanı methemoqlobinemiya müşahidə olunur. Bu zaman 102mq/kq bədən kütləsinə Metilen abısı vena daxilinə və ya 100-200 mq Askorbin turşusu daxilə təyin edilir,bu da qanda methemoqlobinin səviyyəsini azaldır və sianozu aradan qaldırır. Xroniki zəhərlənmə zamanı oksidativ Heinz hemolitik anemiyası müşahidə olunur. Qlükoza- 6-fosfodehidrogenaza çatışmazlığı olan şəxslərdə hemoliz törədə bilər. Bəzən qaraciyər və böyrək pozğunluqlarına səbəb ola bilər.                                                                               

Buraxılış forması

10 tablet, aliminium folqa ilə örtülmüş  blisterdə. 3 blister (30 tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.                          

Saxlanma şəraiti

25-30 °C-dən  aşağı temperaturda,  quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.                     

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

S.A.Laboratories STEROP.
Laboratoria N.V.Belqium.

Uropirin nə üçündür?

Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow