Larikson (Larixon) 1 g

Larikson (Larixon) 1 g - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik  yollarının  iltihabında istifadə olunan preparatdır.

Aug 5, 2024 - 07:19
Aug 5, 2024 - 07:32
 0
Larikson (Larixon) 1 g
Larikson (Larixon) 1 g

Larikson haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Larikson qiyməti

Larikson ampul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Larikson qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Larixon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi 

Seftriakson Na ------ 1q

Aptekdən buraxılma şərti

Reseptli

Xüsusiyyətləri

Seftriakson geniş antimikrob təsir spektrinə malik olub, qrammüsbət və qrammənfi aerob va bəzi anaerob bakteriyalara təsir göstərir. Seftriakson qrammüsbət və qrammənfi bakteriyaların betalaktamaza, penisillinaza, sefalosporinaza fermentlərinə qarşı yüksək davamlılığa malikdir.Təcrübədə aşağıdakı mikroorqanizmlərə qarşı yüksək həssaslıq göstərir. Qrammənfi aeroblar: Enterobacter aerogenes, Enterobacter cloacae, E. coli, N. influenzae (ampisillinə davamlı ştammlar da daxil olmaqla), N. parainfluenzae, Klebsiella spp ., N. meningitis, P. mirabilis, P. vulgaris, Morganella morganii, S. marcescens, Ps. aeruginosa. Qrammüsbət aeroblar: Staph. aureus, Staph. epidermidis (qeyd: metisillina rezistent stafilokokklar bütün sefalosporinlərə, o cümlədən seftriaksona qarşı da davamlıdır), Strep. pyogenes (A qrup beta-hemolitik), Strep. agalactiae (B qrup streptokokken), Strep. pneumoniae. Anaeroblar: Bacteroides spp ., Clostridia (lakin CI. difficile ştammlarının çoxu rezistentdir).

İstifadə qaydası

Böyüklər üçün adi doza 1qr gündə 1-2 dəfə ə/d.

Göstərişləri

  • Yuxarı və aşağı tənəffüs yollarının iltihabı
  • Dəri və dəri strukturlarının infeksiyaları
  • Sidik yollarının strukturlarının infeksiyaları
  • Ağırlaşmamış qonoreya - servikal / uretral / rektal
  • Çanaq üzvlərinin ilhabı xəstəlikləri, ginekoloji xəstəlikləri
  • Qarın boşluğu üzvlərinin infeksiyaları
  • Bakterial septisemiya
  • Sümük və oynaq infeksiyaları
  • Meningit

Larikson nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  3. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  4. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  5. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
  6. Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
  7. Bakterial xəstəliklər əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow