Exnabet

EXNABET-in tərkib komponentləri orqanizmdə immun sistemin işinin aktivləşməsində mühüm rola malikdir və sinergik təsir göstərərək bir-birinin terapevtik effektini gücləndirir.

Jul 5, 2024 - 15:48
Jul 5, 2024 - 16:01
 0
Exnabet
Exnabet

Exnabet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Exnabet tərkibi

1 tabletdə:

  • Beta Qlükan (Beta Glucan 1,3/1,6).......250 mq
  • Histidin (Histidine)...................................50 mq
  • Exinasea (Echinacea)..............................50 mq
  • A vitamini (Beta-Carotene)........................3 mq
  • C vitamini (Ascorbic acid)......................120 mq
  • E vitamini (Tocopheryl Acetate)................40 mq
  • B7 vitamini (Biotin)................................100 mkq
  • B8 vitamini (İnositol)................................50 mkq
  • Sink oksid (Zinc oxide)..........................31,25 mq 
  • Se - Natrium selenit (Sodium selenite).328,5 mkq

Farmakoterapevtik  qrupu

İmmunostimulyator; Antioksidant.

Farmakoloji xüsusiyyətləri

Exnabet nə üçündür?

EXNABET-in tərkib komponentləri orqanizmdə immun sistemin işinin aktivləşməsində mühüm rola malikdir və sinergik təsir göstərərək bir-birinin terapevtik effektini gücləndirir.

Beta Qlükan – təbii polisaxarid kompleksidir, orqanizmin təbii immun cavabının formalaşmasında və immun mexanizmlərin aktivləşməsində rolu vardır. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmır, tam biomənimsənilməyə malikdir. Nazik bağırsağın Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, onların virus, bakteriya, göbələk  və parazitlərə qarşı təbii immun cavabını aktivləşdirir (faqositoz prosesini stimullaşdırır, interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktor və s. sintez olunur, digər immun hüceyrələr aktivləşir).

Biomənimsənilmiş beta-qlükanın böyük qismi qana keçməklə, qapı venası ilə qaraciyərə gəlir, burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta-qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

Histidin – əvəzolunmaz amin turşudur, bir çox fermentlərin aktiv hissəsidir. Toxumaların böyüməsini və bərpasını təmin edir. Hemoqlobində böyük miqdarda rast gəlinir. Revmatoid artrit, xoralar və anemiyanın müalicəsində istifadə olunur. Histidinin iltihab əleyhinə təsiri var. Bundan əlavə, antioksidant təsir göstərərək sərbəst radikalları neytrallaşdırır. İltihabi-infeksion xəstəliklərin ağırlaşmasının və xroniki hala keçməsinin qarşısını alır.

Exinasea – təbii, bitki mənşəli immunostimulyatordur. Tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliasetilenlər hesabına faqositoz prosesini stimulə edir, iltihab əleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. Beləliklə, exinasea orqanizmin humoral və hüceyrəvi immunitetini gücləndirməklə, orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqavimətini artırır. Exinasea həzm sistemindən rahat sorularaq qısa zamanda orqan və toxumalarda lazımi konsentrasiyanı toplayır, terapevtik effektini göstərir.

A vitamini - immunostimulyator təsirə malikdir. Timus vəzinin fəaliyyətini stimulə edərək T-limfositlərin (əsasən də T-helperlərin) sayını artırır, orqanizmin immun müqavimətini gücləndirir. Beta-karotin peroksid rabitələrini inaktivləşdirməklə güclü antioksidant təsir göstərir. Makrofaqların aktivliyini stimulə edərək orqanizmdə baş verən faqositoz proseslərini sürətləndirir və kənardan daxil olan yad maddələrin sürətli neytrallaşmasını həyata keçirir.

C vitamini - metabolik təsirə malikdir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezi, immun reaksiyalarda, toxumaların regenerasiyasında iştirak edir. İmmun reaksiyaları tənzimləyir (antitellərin, komplementin С3-komponentin, interferonun sintezini aktivləşdirir), faqositozu aktivləşdirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Histaminin xaric olmasını tormozlayır və parçalanmasını sürətləndirir, prostaqlandinlərin, iltihab və allergik reaksiyaların digər mediatorlarının yaranmasının qarşısını alır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. Superoksid, hidroksil radikalları və singlet oksigen kimi zərərli oksigen törəmələri ilə birbaşa reaksiyaya girib zənciri qıran suda həll olunan antioksidantdır. Gözlər, ağciyərlər, qan və immun sistemi oksidləşdirici stresdən qorumaqda kliniki əhəmiyyətə malikdir. C vitamini qlütation və alfa-lipoy turşusu ilə qarşılıqlı əlaqədə olur və E vitaminini bərpa edir. C vitamini beta-qlükanla birlikdə sinergik təsir göstərərək bir-birinin təsirini gücləndirir.

E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, antioksidant təsiri ilə hüceyrələri zədələnmələrdən qoruyur. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir.
B7 vitamini (Biotin) - orqanizmdə karbohidratların, yağların və zülalların mübadiləsində mühüm rol oynayır və hüceyrələrin normal böyümə və inkişafı üçün çox vacibdir. İmmuniteti yaxşılaşdırır, infeksiyalara qarşı immun cavab reaksiyasını artırır. İmmun hüceyrələri-leykositləri, antitellərin yaranmasını stimullaşdırır, orqanizmin bütün hüceyrələrinin antioksidant müdafiəsini artırır. Saç, dəri, selikli qişaların sağlamlığını qoruyur.

B8 vitamini (İnozitol) - bir çox fermentlərin, həmçinin hüceyrə membranlarının tərkib hissəsi olaraq onların funksiyalarını qoruyur. İnfeksiyalarla mübarizə aparmaq üçün antitellərin yaranmasını aktivləşdirir. İmmun müqaviməti artırır və orqanizmin yad hüceyrələrlə mübarizə qabiliyyətini gücləndirir. Baş beynin fəaliyyətini, yaddaşı və qan dövranını yaxşılaşdırır, sümük və əzələ toxumasının böyüməsi və inkişafı üçün vacib vitamindir.

Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir, T-limfositlərin sintezini sürətləndirir. Orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artirir.

Selen - müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyətində vacib rol oynayır. Güclü antioksidant təsirə malikdir, hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında E vitamininə sinergik təsir göstərir. Arsen və civənın antqonisti olub orqanizmdə  sərbəst radikalların və ağır metalların neytrallaşmasını təmin edir. İmmun sistemin formalaşmasında mühüm rol oynayır

İstifadəsinə göstərişləri

  • İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları
  • Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi
  • KRVİ (qrip) müalicəsi və profilaktikası
  • Yuxarı və aşağı tənəffüs yollarının iltihabi-infeksion xəstəlikləri zamanı: Sinusitlər, faringit, bronxit, pnevmoniya
  • Ağız boşluğunun iltihabi-infeksion xəstəlikləri: Gingivit, qlossit, parodontoz, stomatit
  • Tez-tez, yaxud uzun müddətli antibakterial terapiya zamanı
  • Virus infeksiyalarının kompleks müalicəsi zamanı; Təkrarlanan herpes virusu zamanı
  • Bakterial və virus mənşəli bağırsaq infeksiyaları; Enterit; Kolit
  • Dərinin virus, bakterial və göbələk mənşəli xəstəlikləri: Furunkul, karbunkul, impetiqo
  • Gözün virus, bakterial və göbələk mənşəli xəstəlikləri: Konyuktivit, keratit, blefarit, dakriosistit
  • Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: Uretrit, sistit, pielonefrit, qlomerulonefrit, prostatit, orxit, kolpit, salpingooforit, endometrit
  • Qadınlarda cinsi infeksion xəstəliklər: Xlamidioz, ureaplazmoz, mikaplazmoz, qardnerelloz
  • Qadınlarda viral xəstəliklər: genital herpes, sitomeqalovirus, papilloma
  • Kişilərdə cinsi infeksion xəstəliklər: Siflis, xlamidioz, qonoreya, trixomoniaz və s
  • Bakteriyal, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
  • Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmə
  • Şəkərli diabetli xəstələrdə oksidativ stres və immunodefisit zamanı.

Exnabet dozalanması və istifadə qaydası

1 tablet gündə 1-3 dəfə yeməkdən 30 dəq. əvvəl və ya yeməkdən 1 saat sonra daxilə qəbul olunur.

Müalicə müddəti: 2-4 həftədir.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Exnabet əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması

30 tablet.

Exnabet qiyməti

Exnabet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Exnabet qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  1. Vitamin və mineral çatışmamazlığı
  2. İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow