Bronxonat sirop nə üçündür?

Bronxonat sirop - Öskürək zamanı, qrip zamanı, aşağı tənəffüs yollarının digər xəstəliklərində, allergik boğulmalar və bronxial astmada istifadə olunan preparatdır.

Sep 19, 2024 - 08:32
 0
Bronxonat sirop nə üçündür?
Bronxonat sirop

Bronxonat sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bronxonat sirop qiyməti

Bronxonat şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bronxonat sirop qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bronxonat qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Dərman gülxətmisi (Althaea officinalis) kökünün duru ekstraktı – 11,5 ml; İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı – 11,5 ml; Adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi (Malva sylvestris) otunun duru ekstraktı – 6,9 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:

Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsi­yə olunan BFMQƏ.

İstifadə qaydası:

4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: 

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 

3 il.

Buraxılış forması: 

100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Bronxonat sirop nə üçündür?

  1. Öskürək əleyhinə dərmanlar
  2. Qrip zamanı istifadə olunan dərmanlar
  3. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  4. Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow