Pentavaq (Pentavag) şam nə üçündür?

Pentavaq (PentaVag) - Göbələk zamanı, protozoy infeksiyası zamanı, bakterial xəstəliklər zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün preparatdır.

Oct 3, 2024 - 10:07
Oct 3, 2024 - 10:11
 0
Pentavaq (Pentavag) şam nə üçündür?
Pentavaq (PentaVag)

PentaVaq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Pentavaq qiyməti

Pentavaq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Pentavaq şam qiyməti 21 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Pentavag şam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

PentaVag (vaginal şam)

Tərkibi:

  • Metronidazol 400mq
  • Neomisin sulfat 45mq
  • Polimiksin sulfat 45mq
  • Mikonazol nitrat 100mq
  • Asiya sentellası 15mq

Farmakoloji xüsusiyyətlər

METRONIDAZOL – ibtidailər əleyhinə və antimikrob təsirə malikdir. Metronidazol Trichomonas vaqinalis, Gardnerella vaqinalis, Giardia intestinalis, obliqat anaerob bakteriyalara, bəzi qrammüsbət bakteriyalara təsir göstərir.
NEOMISIN SULFAT geniş spektrli antibiotikdir. Bakterisid təsirə malikdir. Bir cox qrammüsbət və qrammənfi mikroorqanizmlərə təsir göstərir. Neomisinə rezistentlik çox az yaranır.
Göy-yaşıl irin çöplərinə neomisin və polimiksin kombinasiyası yalnız neomisin tədbiqindən 5-6 dəfə daha effeklidir.
POLIMIKSIN mikrobun hüçeyrə membranının tamlıgını pozaraq bakterisid təsir göstərən antibiotikdir. Polimiksin Р.aeruginosa-ya (hətta bu mikrobun preparata qarşı rezistentliyi yoxdur);bagirsaq qrupu bakteriyalara (Е.coli, salmonellalar, şigellalar, klebsiellalar və s.) qarşı aktivdir.Polimiksin yerli istifadə zamanı sorulmur.
MIKONAZOL NITRAT hüçeyrə membranının erqosterolunu ingibə edən göbələkəleyhinə preparatdir. Dermatofitlər, maya göbələyi və s. göbələklərə, qrammüsbət mikroorqanizmlərə qarşı aktivliyə malikdir.
Göbələk infeksiyasını müşahidə edən qaşınmanı tez aradan qaldırır. İntravaginal istifadə zamanı sistem adsorbsiyası minimaldır.
ASIYA SENTELLASı regenerasiyaediçi, antiseptik, nəmləndirici təsirə malikdir.

Göstərişlər

  • Piogen floranın törətdiyi bakterial vaginitlər
  • Trixomonad vaginitlər
  • Candida albicans-ın törətdiyi göbələk mənşəli vaginitlər
  • Qarışıq infeksiyaların (trixomonadlar, anaerob infeksiyalar və maya göbələkləri) törətdiyi vaginitlər.
  • Vulvovaginitlər və servikovaginitlər (uşaqlğın, uşaqlıq boynunun, vulvanın və vaginanın selikli qişasının iltihabı).
  • Profilaktika məqsədilə
  • ginekoloji xəstəliklərin operativ müalicəsindən əvvəl;
  • doğuş və abortlardan əvvəl;
  • hamiləlikdən qorunmaq üçün istifadə olunan spiralların qoyulmasından əvvəl və sonra;
  • uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra;
  • uşaqlıqdaxili müayinələrdən əvvəl (gisteroqrafiya).

Əks göstərişlər

Preparatın komponentinə qarşı yüksək həssaslıq.
Xəbərdarlıq. Preparatın istifadəsi zamanı alkoqol qəbul etmək olmaz.
Hamiləliyin I trimestri və laktasiya dövründə preparat yalnız həkim məsləhətilə təyin oluna bilər.

Əlavə təsirlər.

Çox nadir halda yerli olaraq qıcıqlanma müşahidə olar bilər.

İstifadə qaydası

1 şam gündə 1 dəfə yatmazdan əvvəl intravaginal istifadə olunur. Müalicə kursu 6-12 gün.

Buraxılış forması

Penta vaq vaginal şam № 6.

İstehsalçı

Investi Farma S.A. Lisandro de la Torre(Argentina)

Pentavaq nə üçündür?

  1. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  2. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
  3. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  4. Göbələk əleyhinə dərmanlar
  5. Protozoy infeksiyası əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow