İnsul10 kapsul haqqında məlumat

İnsul10 kapsul - Piylənmədə, metabolik pozulmalar zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 19, 2024 - 08:11
Sep 19, 2024 - 08:12
 0
İnsul10 kapsul haqqında məlumat
İnsul10 kapsul

İnsul10 kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İnsul10 kapsul qiyməti

İnsul10 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İnsul10 kapsul qiyməti 10 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İnsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Adi Lobya (Phaseolus vulgaris) qınının quru ekstraktı – 39 mq; Avropa Zeytunu (Olea europea) yarpağının quru ekstraktı – 50 mq; Adi Qaragilə (Vaccinum myrtillus) yarpağının quru ekstraktı – 10 mq; Berberi itüzümü (Lycium barbarum) (Goji berry) meyvəsinin quru ekstraktı – 6 mq; Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq; Ud hindi (Aquilaria agallocha) oduncağının tozu – 100 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 145 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:

Orqanizmdə baş verən metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

18 yaşdan yuxarı: Gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir.
Qəbul müddəti minimum 2 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: 

Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Digər dərmanlarla qarşılıqlı təsiri: 

Birlikdə istifadə zamanı hipoqlikemik preparatların dozası endokrinoloqun məsləhəti ilə azaldıla bilər.

Saxlama şəraiti: 

25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun­maq­la, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 

400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İnsul10 kapsul nə üçündür?

  1. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  3. Piylənmədə istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow