Refkon (Refcon) liquid nə üçündür?
Refkon (Refcon) liquid- Qastrit zamanı, köp zamanı, ezofagit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan preparatdır.

Refkon liquid haqqında məlumat
Refkon liquid qiyməti
Refcon liquid qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Refkon liquid qiyməti 8 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Refkon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Preparatın hər 10 ml-də:
- Sodium alginat 500 mq
- Sodium bikarbonat 267 mq
- Kalsium karbonat 160 mq
Farmakoloji təsiri:
Farmakodinamikası: Natrium alginat daxilə qəbul olunduqdan sonra mədə turşusu ilə reaksiyaya girərək mədədə hərəkət edə bilən və pH-ı mədə möhtəviyyatından daha yüksək olan gel əmələ gətirir. Bu gel mexaniki maneə funksiyasını yerinə yetirərək mədə reflüksunu azaldır. Ciddi vəziyyətlərdə, məs. requrgitasiya (qidanın geri qayıtması) zamanı gel qida borusuna doğru geri nüfuz edir və qıcıqlanmış selikli qişanı qoruyaraq iltihabın kəskinləşməsinin qarşısını alır. Refcon Advance mədə turşusu və ödün qida borusuna doğru reflüksu nəticəsində meydana çıxan ağrıları aradan qaldırır.
Farmakokinetikası: preparatın təsiri mexaniki xarakter daşıdığından, qan dövranı sisteminə sorulmasından asılı deyil.
Göstərişləri:
- Qastroezofageal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi;
- Qastroezofageal reflüks (mədə qıcqırması və requrgitasiya zamanı);
- Yemək qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən hamiləlik zamanı);
- Diafraqmanın qida borusu dəliyinin yırtığı və ya Hiatus yırtığı;
- Səbəbi reflüks olan bütün epiqastrik və retrosternal vəziyyətlərdə.
İstifadə qaydası və dozası:
Refcon Liquid daxilə, yeməkdən sonra və gecə yatmazdan əvvəl qəbul olunur.
12 yaşdan böyük uşaqlar və böyüklər: 5-10 ml,
12 yaşdan kiçik uşaqlar həkim məsləhəti ilə qəbul etməlidirlər.
Yaşlılarda doza korreksiyasına ehtiyac yoxdur.
Qəbul olunacaq doza eyni miqdarda (artıq olmamaq şərti ilə) su ilə qarışdırlıb içilə bilər.
Əks göstərişləri:
Preparatın tərkib komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
12 yaşdan aşağı uşaqlar.
Xəbərdarlıq:
Hər 10 ml-lik dozanın tərkibində 4,6 mmol natrium, 2,0 mmol kalium və 2,0 mmol kalsium vardır. Na, K və Ca məhdudiyyətli pəhriz saxlamaq məcburiyyətində olan xəstələr (böyrək və ürək çatışmazlığı, hiperkalsiemiya, nefrokalsinoz və təkrarlanan böyrək kalsium daşı olan xəstələr), preparatı qəbul etməzdən öncə həkimlə məsləhətləşməlidirlər. Preparatın tərkibində metil və propil parahidroksibenzoat mövcud olduğundan, allergik reaksiyalara səbəb ola bilər.
Mədə turşuluğunun səviyyəsi çox aşağı olan xəstələrdə dərmanın effektinin azalma ehtimalı var.
7 günlük Refcon Liquid ilə müalicə zamanı xəstəliyin əlamətləri azalmazsa və ya şikayətlər pisləşərsə xəstənin həkim tərəfindən yenidən müayinə olunması gərəkdir.
Hamiləlik va laktasiya dövründə istifadəsi:
Mümkündür.
Əlavə təsirləri:
Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
Buraxılış forması:
Flakon 150 ml.
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Refkon liquid nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Köp əleyhinə dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






