Magnimore qiyməti və istifadə qaydası necədir?

Magnimore (Maqnimore) - Menstrual ağrılar zamanı, yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, epilepsiyada, xroniki yorğunluq sindromu və asteniya zamanı, hipertoniya zamanı, ürəyin digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 21, 2024 - 07:53
 0
Magnimore qiyməti və istifadə qaydası necədir?
Magnimore

Magnimore haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Magnimore qiyməti

Magnimore tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Magnimore qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Magnimore qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

2 tabletin tərkibindəki aktiv maddə:

ATA-Mg (Maqnezium asetil taurinat) – 919,5 mq

(57 mq elementar Mg-a ekvivalent)

 

Farmakoloji xüsusiyyətləri:

Magnimore – maqnezium çatışmazlığını bərpa edən preparatdır. Maqnezium – insan orqanizminin fizioloji funksiyalarında mühüm rolu olan əvəzolunmaz  qeyri-orqanik elementdir. Kaliumdan sonra ikinci hüceyrədaxili kation olaraq, enerji metabolizmi, biosintez prosesi və protein sintezi də daxil olmaqla bir çox maddələr mübadiləsi proseslərində iştirak edən 300-dən çox fermentin kofaktorudır. Hüceyrədaxili maqnezium çatışmazlığı, hüceyrə ölümünə səbəb olan kalsium yükünün artmasına səbəb olur. Bu həyati mineral C vitamini, kalsium, fosfor, natrium və kaliumun orqanizm tərəfindən effektiv şəkildə mənimsənilməsi üçün lazımlıdır. Maqnezium həmçinin ürək ritminin tənzimlənməsi, ürək xəstəlikləri, şəkərli diabet, osteoporoz, depressiya, əzələ spazmlarının qarşısının alınması, kollagen və elastinin sintezi üçün, sinir sistemi və əzələlərin normal fəaliyyəti üçün vacibdir. Maqnezium "anti-stress mineral" kimi tanınır və nevroloji xəstəliklərin qarşısının alınmasında potensial neyroprotektiv təsiri bilinməkdədir: vazodilatasiya yolu ilə qan axınını artırır və hüceyrədaxili kalsiumun toplanmasına mane olaraq hüceyrə ölümünün qarşısının alması ilə neyronları qoruyur. Klinik araşdırmalar nəticəsində maqnezium defisitinin miqren baş ağrısı, depressiya, epilepsiya, stress, alkoqol və ya dərman intoksikasiyaları, kəskin beyin zədələnmələri, Parkinson, Alzheimer xəstəliyi kimi bir çox nevroloji xəstəliklərin yaranmasında aktiv rolu olduğu müşahidə olunmuşdur.

Taurin - sinir və beyin fəaliyyətinin stimulyatoru olan unikal bir aminturşudur. Hüceyrə daxilində ən çox rast gəlinən amin turşusudur. Sinir impulslarının ötürülməsi prosesini sürətləndirir və demək olar ki, bütün orqanların normal iş fəaliyyətinin tənzimləyir. Taurin güclü antitoksik xüsusiyyətlərə malikdir, qan damarlarının divarlarını bərpa edir, baş beynin fəaliyyətini aktivləşdirir, düşüncə prosesini sürətləndirir, konsentrasiyanı artırır və yaddaşı yaxşılaşdırır.

ATA – Mg innovativ bir Maqnezium və L- taurin duzudur. Nevroloji xəstəliklər zamanı maqnezium əlavələrinin təyinində ən əhəmiyyətli problem, Mg duzlarının hematoensefalik baryeri keçərək beyin toxumasına keçə bilməməsidir. ATA-Mg -un isə lipofil strukturu ilə hüceyrə daxilinə keçməsi yüksək səviyyədədir. Hər iki Maqnezium və Taurin də beyin və zehni sağlamlığına əsas töhfə verən amillər hesab edilir. ATA- Mg, Mg və Taurini birləşdirən unikal Mg vektorudur. ATA-Mg sinir sistemi və əzələlərin normal fəaliyyəti, ionların hüceyrə membranlarından normal keçməsinin tənzimlənməsi, hüceyrə membranı stabilliyi üçün mühüm əhəmiyyət daşımaqdadır. ATA Mg hüceyrə membran keçiriciliyini artıraraq hüceyrə daxili səviyyələrini effektiv surətdə artırır.

 

Göstərişləri:

Maqnezium çatışmazlığı ilə bağlı olan xəstəliklərin kompleks müalicəsi:

  • Miqren (müxtəlif formaları)
  • Əsəb gərginliyi, həyəcanlılıq, yuxu pozulmaları
  • Xroniki yorğunluq - “Menecer” sindromu
  • Epilepsiya, əzələ qıcolmaları
  • Apatiya, depressiya
  • PMS (Pre-Menstrual sindrom)
  • Aritmiyalar (maqnezium çatışmazlığı səbəbi ilə)
  • Hipertoniya xəstəliyi

 

İstifadə qaydası:

1 tabletdən gündə 2 dəfə yeməkdən sonra qəbul olunur.

 

Buraxılış forması:

Tablet N30

 

İstehsalçı:

Vefa İlaç, Türkiyə

Magnimore nə üçündür?

  1. Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
  2. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  4. Epilepsiyada istifadə olunan dərmanlar
  5. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  6. Hipertoniya zamanı istifadə olunan dərmanlar
  7. Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
  8. Aritmiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow