Evinol 400 nə üçündür?

Evinol 400 - Kişi sonsuzluğunda, klimaks və menopauzada, menstruasiya pozğunluqları zamanı, yumurtalıqların polikistozu sindromunda, dermatit və ekzema zamanı, psoriaz zamanı istifadə olunan preparatdır.

Sep 21, 2024 - 07:39
Sep 21, 2024 - 07:40
 0
Evinol 400 nə üçündür?
Evinol 400

Evinol 400 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Evinol 400 qiyməti

Evinol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Evinol 400 qiyməti 13 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Evinol dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər yumşaq jelatin kapsulda:

Təbii E vitamini (D alfa-tokoferil asetat) – 400 BV

 

Farmakoloji təsiri:

E vitamini orqanizmdə antioksidant funksiyasını həyata keçirən mühüm bir maddədir. O, doymamış yağ turşularını, həmçinin hüceyrə membrananının fosfolipidlərini və digər oksiqenə həssas maddələri (vitamin A və askorbin turşusu kimi) sərbəst radikalardan qoruyur. E vitamini-nin mədə-bağırsaq traktından absorbasiyası ödün və mədəaltı vəzinin fermentativ aktivliyindən asılıdır.

E vitamini -nin dozanı artıraraq, onun absorbasiya olunan miqdarıda çoxalır. Sorulandan sonra E vitamini limfa xilomikronları ilə dövr edir, sonra alfa və beta lipoproteidlərlə birləşərək bütün toxumalara geniş yayılır və əsasən piy toxumasında ehtiyat şəkildə yığılır. E vitamin-nin bir hissəsi qaraciyərdə metabolizmə uğrayıraq, nəticədə tokoferon turşusunun qlükoronidləri və qamma-lakton yaranır, hansı ki sidiklə, əsas hissəsi isə tədriclə ödnən xaric olunur. E vitamini ana südündə aşkar olunur, lakin ciftdən zəif keçir.

 

Göstərişləri:

  • E vitamini-nın catışmamazlığın müaliçə və profilaktikası;
  • EVİNOL 400 (təbii E vitamini) dərinin gözəlliyini saxlamaq kömək edir, qocalmanın tərəqqini (irəliləmə ) ləngidir və qırışların əmələ gəlməsinin qabağını alır;
  • EVİNOL 400 antioksidant təsirə malik olaraq, hüceyrələri, bizim orqanizmdə ətraf mühitin çirklənmə, sigaret çəkmə, qocalma və xəstəlik nəticəsində yaranan sərbəst radikalardan qoruyur;
  • EVİNOL 400 antioksidant təsirə malik olaraq, şəkərli diabet, əzələ qıcolma, növbələnən axsaqlıq və ürək-damar xəstəliklərin müalicəsi zamanı müsbət təsir göstərir.

 

İstifadə qaydası:

Bir kapsuldan gündə 1 dəfə və ya həkimin göstərişi ilə.

 

Əks göstərişləri:

Vitamin K-nın catışmamazlığı nəticəsində yaranmış hipoprotrombonemiya. Vitamin E-ya  qarşı fərdi həssaslıq.

 

Buraxılış forması: 

Yumşaq jelatin kapsul N30

 

Qeydiyyət vəsiqəsi: 

№17-00549 2017-09-18

      

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Evinol 400 nə üçündür?

  1. Kişi sonsuzluğunda istifadə olunan dərmanlar
  2. Klimaks və menopauzada istifadə olunan dərmanlar
  3. Menstruasiya pozğunluqları zamanı istifadə olunan dərmanlar
  4. Yumurtalıqların polikistozu sindromunda istifadə olunan dərmanlar
  5. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  6. Psoriaz zamanı istifadə olunan dərmanlar
  7. Digər hormonal xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  8. Vitamin və mineral çatışmamazlığı
  9. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  10. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow