Calcium D3 forte tablet nə üçündür?
Calcium D3 forte -Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Calcium D3 forte haqqında məlumat
Calcium D3 forte qiyməti
Calcium D3 forte qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kalsium D3 forte qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Təsviri:
Calcium D3 Forte - sümük toxumasının fizioloji homeostazının saxlanması üçün lazım olan kalsium və vitamin D3 ehtiyatlarının təmin edilməsində əhəmiyyətlidir. Calcium D3 Forte - orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinəolunmuş bioloji aktiv əlavədir. Calcium D3 Forte – rezorbsiyanı azaldaraq, sümük toxumasının sıxlığını artırır, bununla belə sümüklərin, dişlərin və əzələlərin möhkəmliyini təmin edən kalsium və D3 vitamininin defisitini bərpa edir. Calcium D3 Forte – kalsium sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimləməsində və laxtalanmada iştirak edir. Calcium D3 Forte – D3 vitamini kalsiumun tam sorulmasını təmin edir, sümük toxumasında kalsium yuyulmasını tormozlayır,
Fosfor mübadiləsini tənzimləyir.
* Qida dəyəri göstəriciləri
Köməkçi maddələr: kalsium karbonat – kalsium (calcium carbonate), örtük - polivinil spirti (PVA) (polyvinyl alchohol), polietilen qlikol (polyethylene glycol), talk (talc); ayırıcı – yağ turşularının maqnezium duzları (anti-caking agent – magnesium salts of fatty acids); həcm artırıcı - çarpaz əlaqəli natrium karboksimetil selüloz (bulking agent - crosslinked Sodium carboxymethyl cellulose); кalsiferol (Calciferol) - D vitamini.
Məhsulun xüsusiyyətləri:
Calcium D3 forte nə üçündür?
Kalsium: Dişlərin sağlam qalmasına kömək edir;
- maddələr mübadiləsinə normallaşdırır;
- neyrotransmissiyaya kömək edir;
- əzələnin fəaliyyətini normallaşdırır;
- həzm fermentlərinin normal fəaliyyətinə kömək edir;
- qanın normal laxtalanmasına kömək edir;
Vitamin D: Kalsium və fosforun normal mənimsənilməsinə / istifadəsinə kömək edir
- qanda kalsiumun səviyyəsini normallaşdırır;
- sümüklərin və dişlərin normal qalmasına kömək edir;
- hüceyrə bölgüsü prosesində rola malikdir - normal əzələ fəaliyyətinin təmin olunmasına kömək edir; immunitet sisteminin normal fəaliyyətinə kömək edir; İstifadəsinə dair tövsiyələr:
- Osteoparoz zamanı köməkçi vasitə;
- Kalsium və D3 vitamin defisitinin bərpası zamanı köməkçi vasitə kimi;
- Diqqət, yaddaş və konsentrasiya pozğunluğu zamanı köməkçi vasitə kimi;
- Beyin qan dövranı pozğunluğunda köməkçi vasitə kimi;
- Kəllədaxili təzyiqli və nitq qabiliyyəti gecikən zaman köməkçi vasitə kimi; Raxitlik zamanı köməkçi vasitə kimi;
- Dəri xəstəlikləri, psoriaz atipik dermalit zamanı köməkçi vasitə kimi;
- Osteomielit, sümük sınıqlarında, immun çatışmazlığında köməkçi vasitə kimi istifadə edilir.
İstifadə qaydası:
Böyüklər: 1 tablet gündə 1 dəfə yeməkdən sonra bol miqdarda su ilə. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz. Hamiləlik və laktasiya dövründə həkim məsləhətilə qəbul oluna bilər.
Əks göstərişləri:
Məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olanlar, 18 yaşa qədər olan şəxslər istifadə etməməlidir. Nefrolitiaz, böyrək çatışmazlığı və hiperparatiroidizm vəziyyətində bu məhsulun istifadəsi həkimlə məsləhətli şəkildə olmalıdır. Tərkibində yüksək miqdarda kalsium və D vitamini olan digər məhsullarla birlikdə istifadə etməyin.
Buraxılış forması:
Karton qutu, 60 tablet, təlimat vərəqəsi ilə birlikdə.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






