Chela-Cynk nə üçündür? istifadə qaydası necədir?

Chela-Cynk - Preparat qida əlavəsi kimi orqanizmin sinkə olan gündəlik tələbatını təmin etmək üçün istifadə edilir.

Nov 27, 2024 - 17:47
 0
Chela-Cynk nə üçündür? istifadə qaydası necədir?
Chela-Cynk

Chela-Cynk haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Chela-Cynk qiyməti

Chela-Cynk qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Chela-Cynk qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Təsviri:

Ən yüksək biomənimsəməyə malik, aminturşu xelatı Albion

formasında olan sinklə zəngin bioloji fəallığa malik qida əlavəsi

 

 

1 kapsulda

Qida dəyəri göstəriciləri

Sink (Zn, Zinc)

15  mq

150%

 

 

 

 

 

 

Köməkçi maddələr: həcm artırıcı – mikrokristallik selüloza

(bulking agent – microcrystalline cellulose); maltodekstrin (maltodextrin), sink  bisqlisinat (sink aminturşu xelatı

Albion®) (zinc bisglycinate (zinc amino acid chelate)), ayırıcı  – yağ turşularının maqnezium duzları (anti-caking agent – magnesium salts of fatty acids); kapsul (jelatin (gelatine), boya: E 171).

 

Chela-Zinc-in tərkibindəki sink yüksək biomənimsəməyə və keyfiyyətə malik aminturşu xelatı Albion® formasındadır ki, bu da onun mədə-bağırsaq yolundan asan sorulmasını və yüksək biomənimsənilməsini təmin edir.  Aminturşu xelatı Albion® tamamilə hipoallergikdir (patent № US7838042).

Məhsulun xüsusiyyətləri:

Chela-Cynk nə üçündür?

Elmi tədqiqatlarla sübut edilmişdir ki, sink:

  • testosteronun sintezində mühüm rol oynayır (testosteron molekulu üçün tikinti materialıdır);
  • spermatozoidlərin hərəkətliyini artırır;
  • testosteronu estrogenə çevirən aromataza fermentini ingibə edir;
  • reproduktiv və nəsilartırma proseslərdə iştirak edir;
  • 500-ə yaxın biokimyəvi reaksiyalarda iştirak edir;
  • immuniteti artırır, antivirus təsiri göstərir;  görmə orqanının fəaliyyəti üçün zəruridir;
  • yaraların tez sağalmasına kömək edir;
  • zülalların və makronutriyentlərin metabolizmi və turşu-qələvi balansının saxlanması üçün zəruridir;
  • yağ turşularının normal metabolizminə kömək edir;
  • hüceyrələri oksidləşdirici zədələnmədən qoruyur;
  • dəri, saçlar və dırnaqların xarici görünüşünü yaxşılaşdırır;

İstifadəsinə dair tövsiyələr: 

Preparat qida əlavəsi kimi orqanizmin sinkə olan gündəlik tələbatını təmin etmək üçün istifadə edilir.

İstifadə qaydası: 

Böyüklər: 1 kapsul  gündə 1 dəfə yeməkdən sonra. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz. 

Əks göstərişləri: 

Məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olanlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, 18 yaşa qədər şəxslər istifadə etməməlidir. 

Buraxılış forması: 

Karton qutu, 30 kapsul, təlimat vərəqəsi ilə birlikdə.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Saxlanma şəraiti: 25° C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır. 

Yararlılıq müddəti: 

Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Polşada (Avropa Birliyi) istehsal olunmuşdur.                                                                                                                                                                          

İstehsalçı: 

Olimp Laboratories Sp. z o.o. PL

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow