Balqabaq toxumunun faydaları nələrdir?

Balqabaq toxumu ürəyin fəaliyyətini normallaşdırmaq, depressiya ilə mübarizə aparmaq, yuxunun keyfiyyətini yaxşılaşdırmaq, həmçinin qadınların sağlamlığını və gözəlliyini qorumaq üçün faydalı olan vitamin və mikroelementlərlə zəngin qida mənbəyidir.

Sep 21, 2024 - 10:15
Sep 21, 2024 - 10:16
 0
Balqabaq toxumunun faydaları nələrdir?
Balqabaq toxumu

Balqabaq toxumu haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Balqabaq toxumu qiyməti

Balqabaq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Balqabaq toxumu qiyməti 2 azn - 3 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Balqabaq toxumu yağı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Balqabaq toxumlarının tərkibi vitaminlər (A, B qrupu, C, K, D, E), minerallar (kalsium, selen, sink, maqnezium, mis, kalium, dəmir, manqan və fosfor), amin turşuları (qlutamin, linolen və arginin), həmçinin yağ turşuları ilə zəngindir.

İstifadə qaydası

  • Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeyilir.
  • Bağırsaq qurdlarında səhər acqarına bir saat ərzində 300 qr təmizlən­miş toxum yeyilir (50-100 qr bal ilə qarış­dırmaq olar). 3 saatdan sonra işlədici va­sitə (1 xörək qaşığı gənəgərçək yağı) qə­bul olunur.
  • Uşaqlar üçün qəbul miqdarı: 3-4 yaş – 75 qr, 5-7 yaş – 100 qr, 8-10 yaş – 150 qr, 10-14 yaş – 200-250 qr.

Balqabaq toxumu faydaları

  • Bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir
  • Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır
  • Şirniyyatı əvəz edə bilər
  • Yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir
  • Depressiyaya qarşıdır, əhvalı yüksəldir, emosional psixoloji durumu yaxşılaşdırır, insan gün boyu gümrah olur
  • Yaddaşı aktivləşdirir, baş beyin funksiyalarını yaxşılaşdırır
  • İmmuniteti möhkəmləndirir, təbii immun modulyatordur. Bakteriya və virusları T limfositləri artıraraq zərərsizləşdirir
  • Mədə-bağırsaq köpü, spazm, qəbizliyi aradan qaldırır
  • Ödemi, şişkinliyi götürür, ürək, böyrək, qaraciyər xəstəliklərində təbii mayeqovucudur. Bədəni kalium, kalsium, maqniylə təmin edir.
  • Təzyiqi normallaşdırır, arteriyaların keçiriciliyini artırır, fol turşusu verir
  • Ürək əzələsini qüvvətləndirir, ritmi düzəldir
  • Anemiya, qanazlığı ilə mübarizə aparır
  • Sümükləri möhkəmləndirir, tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur
  • Prostatit və adenomaya qarşıdır
  • Dırnaq, saç və dərini sağlamlaşdırır, çünki tərkibində A, E, C vitamini var
  • Süd vəzi və prostat xərçəngi riskini azaldır
  • Qanda şəkəri tənzimləyir
  • Bağırsaq qurd, parazitlərini tökür
  • Hamiləlik toksikozu, ürəkbulanmada yeyilir
  • Bədəndə iltihabı azaldır

Balqabaq toxumu nə üçündür?

  1. Qurd xəstəliklərində istifadə olunan dərmanlar
  2. Dərman bitkiləri

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow