Difungin nə üçündür?

Difungin - Göbələk əleyhinə preparatdır.

Oct 20, 2024 - 10:39
 0
Difungin nə üçündür?
Difungin

Difungin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Difungin qiyməti

Difungin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Difungin kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

DİFUNGİN

Beynəlxalq patentləşdirilməmiş adı: FLUCONAZOLE - FLUKONAZOL.

Farmakoterapevtik qrupu: 

Göbələk əleyhinə dərman vasitəsi (Triazol törəməsi)

Farmakoloji xüsusiyyətləri (Farmakodinamikası):

Təsir xüsusiyyətləri: Flukonazol Triazol törəməsidir. Flukonazol xüsusilə Kandida növləri və Kriptokokklara qarşı aktivdir.

Təsir mexanizmi:
Flukonazol göbələklərin sitoxrom P(450) - asılı fermentlərinə təsirinə görə yüksək spesifikliyə malikdir və o, göbələklərdə olan Sterol sintezinin güclü və spesifik inhibitorudur;

Təsir spektri:
Flukonazol göbələk əleyhinə aktivliyinə görə geniş spektrə malikdir. Candida krusei Flukonazola qarşı rezistentdir, Candida glabrata az həssasdır. Candida dubliniensis başlanğıc olaraq rezistent deyil, amma güclü müqavimət göstərir, xüsusilə müalicə əsnasında. Aspergillus spp. Flukonazola qarşı rezistentdir.
Flukonazolun Blastomyces dermatitidis, Coccidioides immitis və Histoplasma capsulatum da daxil olduğu endemik mikozlarda effektli olması sübut edilmişdir.

İstifadəsinə göstərişlər:

Maya göbələkləri (kandida və ya kriptokokkus) tərəfindən törədilən mikozlar zamanı, xüsusilə: kandidemiya, kandiduriya, disseminə olunmuş və eləcə də həyatı təhlükədə olan, xüsusən də risk altında olan xəstələrdə periton qişasının, ağ ciyərlərin və sidik yollarının iltihabı kimi kandida mənşəli digər invaziv infeksiyaların da daxil olduğu sistem kandidozlar zamanı.

Bədxassəlı xəstəliklərdə, intensiv terapiya şöbələrində müalicə alan, eləcə də sitostatik və ya immunosupressiv terapiyaya məruz qalan xəstələrdə tətbiq oluna bilər.


Selikli qişanın səthi kandidozlarında: - orofaringeal, yaxud ezofaqeal residiv kandidozlarda
- xroniki atrofik oral kandidozlarda (yerli müalicə və ya gigiyenik tədbirlərin kifayət etmədiyi protez dişlərə malik xəstələrin ağız boşluğunun infeksiyasında)
- qeyri-invaziv bronxo-pulmonar kandidozlar (yuxarı tənəffüs yollarının selikli qişasının)


Kriptokokk meningitlər. İmmun sistemi zəifləmiş (məsələn, QİÇS, yaxud orqan transplantasiyasından sonra) xəstələr də müalicə oluna bilər. QİÇS xəstələrində kriptokokk meningitlərin profilaktikası üçün.

Bədxassəli xəstəliklərdə tətbiq olunan kimyəvi terapiya, yaxud radioterapiya müddətində və immun sistemi zəifləmiş xəstələrdə (məsələn, QİÇS, yaxud kimyəvi terapiya ilə əlaqədar) məhdud zaman müddəti ərzində kandidozların profilaktikası üçün aparılan müalicə cəhdi göstərişdir.

Yerli müalicənin effekt vermədiyi vaginal kandidozlarda.
Maya göbələkləri (kandida və ya kriptokokkus) tərəfindən törədilən mikozlar zamanı, xüsusən də dəri və onun törəmələrinin göbələk xəstəliklərinin müalicəsində, ancaq müəyyən yerli səbəblərdən (ölçüsü, lokalizasiyası, sosial situasiyalar) xaricə tətbiqi mümkün olmadıqda, məsələn aşağıdakı hallarda:
Hamar dərinin trixofitiyası (tinea korporis), aralıq nahiyəsinin trixofitiyası (tinea kruris), dırnaqların trixofitiyası (tinea unguium - onixomikoz).
Əlvan dəmrov (pityriasis versicolor-dermatomycosis furfuracea) və ayaq pəncəsinin mikozlarının müalicəsində.

Əks göstərişlər:

Flukonazol aktiv maddə kimi özü, yaxud pirrol və ya digər inqrediyentlərlərlə əlaqədar yüksək həssaslığı olan xəstələrdə istifadə olunmamalıdır. Çoxsaylı dozaların öyrənilməsinə həsr olunan tədqiqat-ların nəticələrindən bəlli olub ki, Flukonazolun 400 mq/gün və daha yüksək dozalarının təkrar qəbulu ilə yanaşı Terfenadin preparatının təyini əks göstərişdir. Flukonazol qəbul edən xəstələrə yanaşı olaraq QT intervalım uzadan və CYP3A4 fermenti tərəfindən metabolizmə məruz qalan dərman preparatları (Sizaprid, Astemizol, Pimozid və Xinidin) təyin edilməməlidir.

Difungin nə üçündür?

Göbələk əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow