Lioton 1000 gel nə üçündür? istifadə qaydası necədir?

Lioton 1000 gel - Tromboflebit zamanı, yumşaq toxumaların zədələnmələri zamanı, qan dövranının digər xəstəliklərində, venaların varikoz genişlənməsi zamanı istifadə olunan preparatdır.

Sep 2, 2024 - 11:49
Sep 2, 2024 - 12:05
 0
Lioton 1000 gel nə üçündür? istifadə qaydası necədir?
Lioton 1000 gel

Lioton 1000 gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Lioton 1000 gel qiyməti

Lioton 1000 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Lioton 1000 gel qiyməti 10 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lioton gel qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Lioton gel varikozun müalicəsində geniş istifadə olunur. Almaniyada istehsal edilən Lioton 1000 gelin təsiredici maddəsi heparindir.

Bəs heparin damar genişlənməsində necə kömək edir? Preparatın əsas komponenti sayılan heparin venoz divarın tonusunu yüksəldir və limfa axınını yaxşılaşdırır. Bir sözlə, kapilyarlarda qan dövranına müsbət təsir göstərir. Bu isə öz növbəsində varikozun əlamətlərini bir qədər yüngülləşdirir.

Antikoaqulyant təsiri sayəsində heparin qanın qatılığını azaldır, yəni onu durulaşdırır; trombun yaranmasının qarşısını alır. Beləliklə, damar genişlənməsi nəticəsində formalaşmış ödemi zəiflədir.

Lioton gel daha hansı xüsusiyyətlərə malikdir? 

Heparinin antikoaqulyant təsiri onun yeganə xüsusiyyəti hesab olunmur. Bu maddə ayaqda göyərmə və damar torları ilə mübarizədən savayı iltihabəleyhinə və yarasağaldıcı təsirlərə də malikdir. Sadalanan xüsusiyyətlər sayəsində preparat ayaqlardakı ağrı və şişkinliyi azaldır.

Lioton 1000 preparatının müalicəvi əhəmiyyəti həm də heparinin miqdarı ilə əlaqəlidir. Lioton 1000 gel dərmanının 1 qramında yüksək qatılıqda – 1000 BV heparin var. Bu miqdar yerli istifadə olunan oxşar təsirə malik digər preparatlardan bir neçə dəfə çoxdur. Heparin belə yüksək konsentrasiya sayəsində daha asanlıqla sorulur. Preparat gel formasında olduğundan qısa zaman ərzində dəridən toxumalara nüfuz edir.

Lakin onu da vurğulamaq lazımdır ki, yalnız gel və kremlər vasitəsilə ayaqlarda qan dövranını yaxşılaşdırmaq, eləcə də yaranmış narahatlıqları minimuma endirmək mümkün deyil. Lioton 1000 gel illərin sınağından çıxmış olsa da, bu preparat tibbdə köməkçi vasitə sayılır. Yəni Lioton kimi preparatlar sərbəst şəkildə deyil, varikozun əsas müalicəsi ilə yanaşı istifadə edilməlidir.

Lioton gel kimlərə kömək edə bilər?

Xroniki venoz çatışmazlıq və onunla əlaqəli ağırlaşmalar – flebotromboz, tromboflebit, trofik yara və s. kimi səthi venaların xəstəlikləri; cərrahi əməliyyatların fəsadları, qanaxma, iltihab, travmalar, əziklər, dərialtı hematomalar və digər problemləri olan insanlar Lioton 1000 istifadə edə bilərlər.

Lioton gel varikozu olan əksər xəstələrin üstünlük verdiyi dərman vasitəsidir. Amma bütün preparatlar kimi Lioton gelin də yan təsirləri meydana çıxa bilər. Belə ki, bəzən dərmanın istifadəsindən sonra dərinin qızarması, qaşınması və şişkinliyi; yanma hissi, dəri səpkiləri, övrə, angionevrotik ödem əmələ gəlir. Geniş sahəli dəri səthinə çəkildikdə isə sistem şəkilli əlavə reaksiyalar yarana bilər.

Dərmanın tərkibində metilparaben və propilparaben var, ona görə də parabenə qarşı allergiyası olan şəxslərə Lioton 1000 gel istifadə etmək olmaz. Qanın laxtalanma pozğunluğu, flebit xəstəliyi, həmçinin antikoaqulyantlar, tetrasiklin, hidrokortizon, salisil turşusu, antikoaqulyant tərkibli məlhəmlərlə müalicə zamanı Lioton 1000 istifadəsi tövsiyə olunmur.

Lioton 1000 gel nə üçündür?

  1. Yumşaq toxumaların zədələnmələri
  2. Venaların varikoz genişlənməsi zamanı istifadə olunan dərmanlar
  3. Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
  4. Tromboflebit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow