PRODARM Tablet

PRODARM Tablet - kombinə olunmuş simbiotik preparat olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir.

Jun 23, 2024 - 16:54
Jun 23, 2024 - 16:59
 0
PRODARM Tablet
PRODARM Tablet

PRODARM Tablet - SİMBİOTİK

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

Kapsul No20

PRODARM Tablet Tərkibi

Hər 1 kapsulda:

  • Lactoplantarum..........................0,5milyard
  • Lactobacillus Rhamnosus (GG)... 0,5 milyard
  • Bifidobacterium Bifidum................1 milyard
  • Streptococcus Thermophilus .......0,5 milyard
  • Bifidobacterium Breve................0,5 milyard
  • Lactobacillus Acidophilus..............1 milyard
  • Bifidobacterium İnfantis .............0,5 milyard
  • Lactobacillus Bulgaricus.............0,25 milyard
  • Zinc Sulphate Monohydrate...............13,7 mq
  • İnulin............................................ 150 mq 

Farmakoloji xüsusiyyətlər

PRODARM Tablet nə üçündür?

PRODARM- kombinə olunmuş simbiotik preparat olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir.

Laktobakteriyalar  bifidobakteriyalar - qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90 %-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal getməsi üçün əhəmiyyətlidir. Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu müxtəlif yollarla həyata keçirir. Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edirlər. Laktobakteriyalar bifidobakteriyalarla birlikdə rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı daha güclü təsir göstərirlər. PRODARMın tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun, müəyyən miqdarda sirkə və propilen turşularının əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metobolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolidlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir.

PRODARM qəbulu zülalların həzmini yaxşılaşdırır. Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kozein zülalının metobolizmində iştirak edir.

Preparatın tərkibindəki ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etdikdə onların yan təsirlərini aradan qaldırır. Preparatın tərkibində laktoza və qlüten yoxdur, ona görə də allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində tətbiq olunur.

İnulin – prebiotik olub, bağırsaq mikroflorasının qida substratıdır. Bağırsaq mikroflorası tərəfindən enerji kimi istifadə olunaraq, onların inkişafını və aktivliyini təmin edir.

Sink bağırsaqlarda su-elektrolit balansını bərpa edərək diareyanın qarşısını alır. Bu xüsusiyyətinə görə ÜST tərəfindən bağırsaq infeksiyaları və digər səbəblərdən baş verən diareyaların müalicəsi məqsədilə tövsiyə olunur.

PRODARM Tablet İstifadə qaydası

0-3 yaş: 1 kapsul gündə 1 dəfə,

3-6 yaş: 1 kapsul gündə 2 dəfə,

6-12 yaş: 1 kapsul gündə 2-3 dəfə,

12 yaşdan böyüklərdə: 1 kapsul gündə 3 dəfə yemək vaxtı daxilə qəbul edilir. Körpələrə və azyaşlı uşaqlara kapsulun içərisindəki inqredientlər ilıq suya və südə qarışdırılaraq verilə bilər. 

İstifadəsi üçün göstərişlər

  • Müxtəlif mənşəli disbakterioz
  • Antibakterial preparatlarla müalicə zamanı
  • Mədə-bağırsaq traktının xroniki xəstəlikləri
  • Həzm pozğunluqları (ishal, qəbizlik, meteorizm)
  • Keyserlə doğulmuş, süni və qarışıq qidalanan uşaqlar
  • Kəskin bağırsaq infeksiyaları
  • Qurd invaziyaları
  • İmmunodefisit vəziyyətlər
  • Allergik diatezlər 

PRODARM Tablet Əks göstərişlər

Preparatın hər hansı komponentinə həssaslıq 

Aptekdən buraxılma şərti

Reseptli

PRODARM Tablet Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

A- PHARMA, Türkiyə


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow