OSTEOZAR Tablet

OSTEOZAR  Tablet oynaq xəstəliklərinin profilaktikası və müalicəsi zamanı effektiv təsirə malik xondroprotektordur.

Jun 23, 2024 - 16:34
Jun 23, 2024 - 16:46
 0
OSTEOZAR Tablet
OSTEOZAR Tablet

OSTEOZAR Tablet -  Xondroprotektor

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

OSTEOZAR tablet No30

OSTEOZAR Tablet Tərkibi

  • Qlükozamin sulfat –----------------- 750 mq
  • Xondroitin sulfat –------------------- 150 mq
  • Metilsulfonilmetan –----------------- 300 mq 

Farmakoloji xüsusiyyətlər

OSTEOZAR Tablet nə üçündür?

OSTEOZAR oynaq xəstəliklərinin profilaktikası və müalicəsi zamanı effektiv təsirə malik xondroprotektordur.

Qlükozamin sulfat – birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin molekulası mədə- bağırsaq traktından sorulur və daha sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Hətta müxtəlif xəstəliklər nəticəsində funksiyası pozulmuş MBT-dən də yaxşı sorulmaq qabiliyyətinə malikdir. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəliklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.

Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Peroral qəbulu zamanı MBT-dən sürətlə sorulur. Cmax –a 3-4 saata çatır. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasını zədələyən fermentləri blokada etməklə qığırdaq toxumasının strukturunun tamlığını qoruyur. Qlükozaminqlükanların sintezini stimulə etməklə qığırdaq toxumasının tamlığını bərpa edir. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir. Sinovial mayenin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Eyni zamanda damar divarının möhkəmliyini və elastikliyini təmin edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır. Böyrəklərlə xaric olunur.

Metilsufonilmetan (MSM) – kükürdün təbii mənbəyidir. Kükürd həyat üçün vacib olan 5 əsas elementdən biridir. Daxili orqanların, sinirlərin, sümüklərin və qığırdağın hüceyrələrinin tərkibinə daxildir. Kükürd demək olar ki, bütün zülalların tərkibinin əsas komponentidir, xüsusilə əzələləri, bağları və sümükləri, həmçinin saçları və dərini formalaşdıran zülalların tərkibinə daxildir. Sübut olunub ki, artrozu olan xəstələrin qığırdaq toxumasında kükürdün miqdarı normadan 3 dəfə azdır.MSM kollagenin, immunoqlobulinlərin, fermentlərin sintezində iştirak edir. Həmçinin birləşdirici toxumanın normal fəaliyyəti üçün vacib elementdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır. Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik olmadığı üçün toxumaların qoxu verməsi müşahidə olunmur. Hazırda MSM müxtəlif xəstəliklərin – artrit, osteoxondroz, oynaq ağrıları, bilək-vətər sindromunda, allergiya, iltihab, mədə qıcqırması, rinit, saç tökülməsi problemlərində (keratinin miqdarının normadan az olduğu hallarda), parazitar infeksiyalarda, eyni zamanda dəri və dırnaq problemlərində geniş istifadə olunur. 

OSTEOZAR Tablet İstifadə qaydası

1 tablet gündə 2-3 dəfə bol maye ilə qəbul edilir. Dozanın artırılması məsləhət görülmür. 

İstifadəsi üçün göstərişlər

  • Osteoartroz (birincili və ikincili, koksartroz və qonartroz və s.)
  • Müxtəlif lokalizasiyalı artrozlar.
  • Revmatoid artrit. Poliartrit. Periartrit
  • Osteoxondroz, Spondilyoz
  • Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reablitasiya zamanı
  • Fibromialgiya
  • Paradontopatiya
  • Dəri, saç və dırnaq xəstəlikləri
  • Sümüklərin və oynaqların travmatik zədələnməsi 

OSTEOZAR Tablet Əks göstərişlər

Hamiləlik və laktasiya dövrü. Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq. Uşaqlarda istifadəsi məsləhət görülmür

Aptekdən buraxılma şərti

Reseptli

OSTEOZAR Tablet Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Smart Pharma, Türkiyə


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow