RANNA-Q

Ranna-Q nootrop preparat olub, sinir sisteminə neyrometabolik, neyroprotektor və neyrotrofik təsir edir. Beyin toxumasının hipoksiya və toksik təsirə qarşı müqavimətini artırır.

Jun 23, 2024 - 17:04
Jun 23, 2024 - 17:08
 0
RANNA-Q
RANNA-Q

RANNA-Q - Neyroprotektor

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

RANNA-Q damcı 50 ml

RANNA-Q Tərkibi

Hər flakonda:

  • Qamma Amin Yağ Turşuları----1250 mg
  • Qlisin--------------------------------1000mg
  • Vitamin B6---------------------------20 mg
  • Vit B5--------------------------------- 35mg
  • İnozitol---------------------------- 3000 mg

Farmakoloji xüsusiyyətlər

RANNA-Q nə üçündür?

Ranna-Q nootrop preparat olub, sinir sisteminə neyrometabolik, neyroprotektor və neyrotrofik təsir edir. Beyin toxumasının hipoksiya və toksik təsirə qarşı müqavimətini artırır. Neyronlarda anabolik prosesləri stimulə edir. Nootrop, dezintoksiyaedici, ammoniumbirləşdirici təsir göstərir, oksidləşmə-bərpa proseslərini, zülal mübadiləsini stimulə edir. Sinir və endokrin sistemlərinin funksional vəziyyətlərini dəyişməklə, maddələr mübadilləsini notmalaşdırır. MSS-nin sinapslarında qıcığın ötürülməsini stimulə edir, ammoniumu birləşdirir və xaric edir.

QAYT(qamma – amin yağ turşusu) –amin turşu olub mərkəzi sinir sisteminin vacib tormozlayici neyromediatorlarından biridir. Beynin energetik funksiyalarını və metabolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artır, oksigenin və qlükozanın sinir sistemi tərəfindən mənimsənilməsini yaxşılaşdırır.

Qlisin– amin turşu neyromediator olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edir. O, neyronlardan qıcıqlandırıcı amin turşuların ayrılmasını ləngidir, antidepressant və sakitləşdirici təsir göstərir. Maqnezium orqanizm ücün vacib olan mikroelementlərdən biridir. Mqanezium ionları neyronların oyanliqliğını azaldır. Maqnezium defisiti zamanı meydana gələn tremor, tetaniya, ataksiya yüksək oyanıqlıq, yuxu pozğunluğu və ürək ritm pozğunluğu kimi patalogiyaların əmələ gəlməsinin qarşısını alır.

B6 Vitamini- maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimulaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaş və əhval ruhiyyəni yaxşılaşdırır.reparatın təsiri tərkibindəki komponentlərin farmakoloji təsirləri ilə izah olunur.

Vitamin B5 (Pantoten turşusu) koenzim A-nın əsasını təşkil edərək, asetilləşmə, karbohidrat və yağ mübadiləsi, asetilxolin, kortikosteroid, porfirin sintezində iştirak edir, dəri və selikli qişaların regenerasiyasını stimulə edir. Metabolik və zəif iltihab əleyhinə təsirə malikdir.

İnozitol beyin toxumasında maddələr mubadiləsini nizamlayır, serotonin və dofamin kimi neyromediatorların səviyyəsinə nəzarət edir. Psixi sağlamlığı təmin edir. 

RANNA-Q İstifadə qaydası

1,5 yaşadək – 10 damcı gündə 1 dəfə, 1,5-4 yaş-10 damcı gündə 2 dəfə, 4-12 yaş - 40 damcı gündə 1 dəfə,12 yaşdan yux - 40 damcı gündə 2 dəfə daxilə qəbul olunur. İstifadədən əvvəl flakon çalxalanmalıdır.

İstifadəsi üçün göstərişlər

  • Uşaq serebral iflici, əqli inkişafdan qalma
  • Doğuş travmaları, hipoksiya ilə doğulan uşaqlar, zehni inkişafın ləngiməsi Epilepsiyalı uşaqlarda astenizasiya
  • Depressiya əsəb pozulmaları diqqət, yaddaş pozulmaları, qavramanın zəifləməsi. Uşaq və yeniyetmələrdə davranış labilliyi
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Zehni yüklənmələr, xroniki yorğunluq sindromu.
  • Autistik spektrin müxtəlif pozğunluqlarının kompleks müalicəsində. 

RANNA-Q Əks göstərişlər

Hiperhəssaslıq. 

Əlavə təsirlər

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.

Aptekdən buraxılma şərti

Reseptli

RANNA-Q Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Pharma standart, TÜRKİYƏ


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow