UROLEDVİN
UROLEDVİN preparatının farmakoloji təsiri tərkibində olan bitkilərin sinergist təsiri ilə izah olunur.
![UROLEDVİN](https://doktorm.az/uploads/images/202406/image_870x_667856e52f682.jpg)
UROLEDVİN - Uroseptik
Buraxılış forması
UROLEDVİN kapsul No20
UROLEDVİN Tərkibi
Hər 1 kapsulda:
- Quşüzümü qurudulmuş ekstraktı....200 mq
- Bromelayin.......................................20 mq
- D-mannosa.......................................50 mq
- L.Acidophilus..................................750 mln
- Kalium bikarbonat...........................400 mq
- Vitamin C........................................120 mq
Farmakoloji xüsusiyyətlər
UROLEDVİN nə üçündür?
UROLEDVİN preparatının farmakoloji təsiri tərkibində olan bitkilərin sinergist təsiri ilə izah olunur.
Quş üzümu ekstraktı sidik ifrazat sisteminin bir çox xəstəliklərinin müalicəsində istifadə olunur. Sonuncu tətqiqatlar göstərir ki quş üzümünün tərkibində olan xüsusi maddələr bakteriyalarla sidik yolları və sidik kisəsi hüceyrələri ilə kontaktın qarşısını alır. Quş üzümü sidiyin turşuluğunu artıraraq bakteriyalarla mübarizədə kömək edir. Tərkibində olan proantosianidlər sayəsidə quş üzümü bakteriyaların sidik çıxarıcı yolların daxili səthinə nüfüz etməsinin qarşısını alır və beləliklədə patogenlər sidiklə yuyulub orqanizmdən çıxarılır. Uroloji xəstəliklərin əsas səbəbkarı olan Escherichia Coli növünə aid bağırsaq çöplərinin qarşı xüsüsu aktivdir.
Bromelayn-Aterogen lipopreoteinlerin (orqanizm üçün ziyanlı olan ASLP)qaraciyərdə metabolizmə uğramasını sürətləndirir və aterosklerozun qarşısını alır. Onun tərkibində olan efir yağları və digər komponentlər iltihabi prosesin yaranmasında iştirak edən lipooksigenaza fermentinin, həmçinin leykotrienlərin sintezini inhibə edir.
D-mannosa E.Coli bakteriyalarının böyrək və sidik ifrazat sistemi orqanlarının divarına fiksasiya olunmasının qarşısını alır. Nəticədə bakteriyalar sidiklə yuyulub çıxarılır. Uroloji infeksiyalarda antibiotiklərə təbii alternativ hesab olunur. Həmçinin orqanizmin normal mikroflorasını pozmur.
Süd turşusu bakteriyaları süd turşusunun, müəyyən miqdarda sirkə və propilen turşularının əmələ gəlməsini sürətləndirir. Turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur və xüsusilə də sidik yollarının iltihabi xəstəliklərinin başlıca törədicisi olan Escherichia Col-nin inkişafını dayandırır.
C-vitamini vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, immunitetin göclənməsində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində və yaraların sağalmasında zəruri maddədir.
Kalium bikarbonat sidikdə kalsiumun, hidroksiprolinin və oksalat turşusunun miqdarını azaldaraq daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Sidik traktı əzələlərinin tonusunu azaldaraq daşların xaric olmasını rahatlaşdırır.
UROLEDVİN İstifadə qaydası
12 yaşından yuxarı uşaqlar və böyüklər 1 kapsuldan gündə 2 dəfə daxilə qəbul olunur.
İstifadəsi üçün göstərişlər
- Sistit, uretrit, pielonefrit, nefrit, nefrolitiaz
- Kristalluriya (sidik turşulu diatez)
- Urolitiaz
- Böyrək daşı xəstəliyinin profilaktikası, əməliyyatdan sonrakı dövr
- Prostatit (kompleks müalicə), Prostat vəzin xoşxassəli hiperplaziyası (adenoma); Diabetik nefropatiya
- Hamiləlik zamanı sidik yollarının infeksiyası
- Zöhrəvi xəstəliklərin kompleks müalicəsi
- Böyrək mənşəli hipertenziyanın kompleks müalicəsi
UROLEDVİN Əks göstərişlər
Preparatın tərkibinə qarşı hiperhəssaslıq.
Aptekdən buraxılma şərti
Reseptli
UROLEDVİN Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Vitalab, Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)