Maksilen bio (Maxilen bio) nə üçündür? istifadə qaydası necədir?
Maksilen bio (Maxilen bio) - Vitamin və mineral çatışmamazlığı zamanı, immunçatışmamazlığı zamanı, saç, dırnaq xəstəlikləri zamanı, digər hormonal xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Maksilen bio haqqında məlumat
- Maksilen bio qiyməti
- Tərkibi (hər 1 kapsulda):
- Xüsusiyyətləri və istifadə üçün göstərişləri:
- Əks göstərişlər və əlavə təsirlər:
- İstifadə qaydası və dozası:
- İstifadə qaydası və dozalanması:
- Buraxılış forması:
- Yararlılıq müddəti:
- İstifadə sahəsi və əsas göstərişlər:
- Aptekdən buraxılma şərti
- İstehsalçı:
- Maksilen bio nə üçündür?
Maksilen bio qiyməti
Maksilen bio qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Maksilen bio qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Maxilen bio qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi (hər 1 kapsulda):
Əsas maddə: Selen 100 mkq (L-Selenmetionin Natrium selenat şəklində)
Köməkçi maddələr: Mikrokristallik sellüloza, Polivinilpirrolidon K30, Silikon Dioksid, Maqnezium stearat
Xüsusiyyətləri və istifadə üçün göstərişləri:
Selen insan sağlamlığı üçün ən vacib olan minerallardan biridir. Selen immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir – orqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir və immun sisteminin göstəricilərinin xeyli yaxşılaşmasına səbəb olur.
Selen antioksidant xususiyyətlərinə malikdir – orqanizmi sərbəst radikalların təsirindən qoruyur, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Selen həmçinin qalxanvari və mədəaltı vəzilərin, kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırır, saçların, dərinin vəziyyətinə musbət təsir edir, qara ciyərin hüceyrələrinin bərpasına kömək edir.
İnsan orqanizmində selenin çatışmamazlığının qarşısını alınması üçün qida rasionunu zənginləşdirilməsi məqsədi ilə istifadə olunur.
Əks göstərişlər və əlavə təsirlər:
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.
İstifadə qaydası və dozası:
14 yaşdan yuxarı uşaqlara və böyüklərə gün ərzində 1 tablet gündə 1 dəfə tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
İstifadə qaydası və dozalanması:
14 yaşdan yuxarı uşaqlar və böyüklərə gün ərzində 1 dəfə 1 tablet tövsiyə olunur.
Buraxılış forması:
Şüşə flakonda 60 ədəd tablet.
Yararlılıq müddəti:
3 il.
İstifadə sahəsi və əsas göstərişlər:
Selen mineralının əlavə mənbəyi kimi tövsiyə oluna bilər. Maxilen-bio tabletləri normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Aptekdən buraxılma şərti
Reseptli
İstehsalçı:
AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.
Ünvan: Tepeören Mahallesi Karadağ küç.
Gurme Carrefoursa Apt. No 7/1 Tuzla/İstanbul
[email protected]
Mərkəz ofis: AD MEDLİNE İNTERNATİONAL LTD
Barneveldseweg 13, Lantern, 6741 LH, Hollandiya
[email protected]
Tel.: +3162-136-45-93
Maksilen bio nə üçündür?
- Saç, dırnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Digər hormonal xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






