Last sprey nə üçündür? istifadə qaydası necədir?

Last sprey - Öskürək zamanı, angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan preparatdır.

Nov 19, 2024 - 16:54
 0
Last sprey nə üçündür? istifadə qaydası necədir?
Last sprey

Last sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Last sprey qiyməti

Last sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Last sprey qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Last qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

  • 30 ml spreyə daxildir
  • Adaçayı (salvia officinalis - шалфей) .........................................40 mq
  • Əməköməci (malva- мальва) ......................................................20 mq
  • Gülümbahar (calendula officinalis- календула) ..........................20 mq
  • Evkalipt yağı (eucalyptus oil - эвкалипт) ....................................1 mq
  • Keçətük unkariya (uncaria tomentosa - кошачий коготь) ........0.6 mq

Farmokoloji xüsusiyyətləri:

LAST oral sprey boğaz və ağız boşluğunun müalicəsində istifadə olunan antiseptik, antimikrob, immunostimulyator, virusəleyhinə, iltihabəleyhinə, bürüyücü və regenerasiyanı yaxşılaşdıran təsirlərə malik preparatdır. Ağız boşluğunun selikli qişasının epitelizasiyasını sürətləndirir eroziv stomatit zamanı yaranan yaraların sağalmasını təmin edir, toksinlərin orqanizimdən daha sürətli xaric olunmasını artrır. Boğazdakı qıcıqlandırıcı refleksləri azaldaraq, selikli qişanı bürüyüb yumşaldaraq LAST, quru qıcıqlandırıcı öskürəkdə seçim preparatdır. LAST immun sisteminin işini artıraraq xroniki proseslərin qarşısını alır. Tərkibində alkoqol olmadığı üçün uzun müddət istifadə oluna bilər və selikli qişanı qıcıqlandırıcı təsirdən azatdır.
Adaçayı (Sālvia officinālis) bitkisinin tərkibi efir yağlar (d-α-pinen, sineol, α- və β-tuyon, D-borneol və D-kamforadan) alkaloidlər, flavonoidlər, taninlər ilə zəngindir. Xüsusi qeyd olunur ki, tərkibi qliseridlə, efir yağlar ilə 19-25% və linoleik turşu ilə zəngin olduğundan boğazı yumşaldır. Adaçayı tərkibi bitki mənşəli antibiotik salvinininə görə güclü antiseptik, antifunqal xüsusiyyətlərə malikdir. Staphylococcus aureus-a və Candida albicans-a qarşı yüksək aktivlik göstərir, ağızda olan pis qoxunun və xroniki anginanın qarşısını alır.
Əməköməci (malva) stomatit, qinqivit və larinqit zamanı əvəzolunmazdır. İltihabəleyhinə, yumşaldıcı və reqenerasiyaedici təsirlərə malikdir. Xüsusi tərkibli selik əmələ gətirir ki, toksinləri, allergenləri və mikrobları lizis edir və selikli qişanı bürüyür yumşaldır.
Gülümbahar (Calendula officinalis) bitkisi – bakterisid, qankəsici, spazmolitik xüsusiyyətinə görə stafilokokk, streptokokklarla mübarizədə, spastik öskürəkdə təyin edirlər.Gülümbahar müalicədə xroniki infeksiya ocaqlarının sanasiyasını, orqanizmin qeyri-spesifik rezistentliyini və immunsistemin gücləndirilməsi təmin edir.
Evkalipt yağı (Eucalyptus oil)– zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var. Evkalipt yağı antibakterial, iltihabəleyhinə, virusəleyhinə, analgetik, regenerasiyaedici və immunostimulyator təsirlərə malikdir, selikli qişaya sakitləşdirici, yumşaldıcı, keyidici təsir göstərir, ağrını azaldır.
Keçətük unkariya (Uncaria tomentosa) bitkinin təsiredici aktiv maddələri isomitrafillin, mitrafillin, pteropodin, unkarinlər A-F və oksidindol alkaloidlərdir. Bu maddələr yüksək bioloji aktivliyə malikdir. İlk növbədə faqositozu aktivləşdirir. Müqaviməti artırır və xroniki infeksion xəstəliklərin qarşısını alır.

Göstərişləri:

• Orofaringeal infeksiyalar
• Stomatit (kataral, aftoz), Gingivit
• Faringit, Laringit
• Angina (kataral, follikulyar, lakunal)
• Qıcıqlandırıcı quru öskürək
• Boğaz ağrıları
• Virus infeksiyası KRVİ

İstifadə qaydası və dozalanma:

Bilavasitə selikli qişaya püskürtülür. Hər istifadədən əvvəl yaxşı-yaxşı çalxalanmalıdır
• 1-3 yaş arası uşaqlarda 2 dozadan gündə 3 dəfə
• 3-6 yaş arası uşaqlarda 2 dozadan gündə 3-4 dəfə
• 6 yaşdan yuxarı uşaqlarda və böyüklərdə 1-2 dozadan gündə 5-6 dəfə

Əks göstərişləri: 

Preparatın tərkibindəki hər hansısa komponentə qarşı hiperhəssaslıq;

Buraxılış forması: 

LAST 30 ml oral sprey püskürdücü flakon karton qutuda.

İstehsalçı: 

Ensa MNS Türkiyə.

Last sprey nə üçündür?

  1. Öskürək əleyhinə vasitələr
  2. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  3. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow