Dalivit plus damcı nə üçündür?
Dalivit plus - Vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan preparatdır.

Dalivit plus haqqında məlumat
Dalivit plus qiyməti
Dalivit damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dalivit plus qiyməti 20 azn - 23 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Dalivit plus damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ
28 damcının (1,4 ml) tərkibində:
- Vitamin A 500 µq
- Vitamin D3 5 µq
- Vitamin B1 1,1 mq
- Vitamin B2 1.4 mq
- Vitamin B6 1,4 mq
- Vitamin B3 15 mq
- Vitamin B5 6 mq
- Vitamin C 80 mq
Köməkçi maddələr: su, qliserol, qlükoza siropu, şirin portağal, polioksietilen, sorbitan monooleat, kalium sorbat, natrium benzoat, sukraloza, ksantan kitrəsi.
XÜSUSİYYƏTLƏRİ
Dalivit Plus-un tərkibinə daxil olan A vitamini görmə qabiliyyətini yaxşılaşdırır. D3 vitamini sümük, dişlər və dərinin inkişafını və raxitin qarşısını alınmasını təmin edir. B1, B2, B3, B5, B6 vitaminləri sinir sisteminin inkişafı və fəaliyyəti üçün əhəmiyyətli maddələrdir. Vitamin C kiçik qan damarlarını möhkəmləndirir, diş əti və qığırdaqların inkişafı və dəmirin mənimsənilməsi üçün vacib amildir.
ƏKS GÖSTƏRİŞLƏRİ
Hamiləlik və ya hamiləliyə şübhə (həkim məsləhət gördüyü hallar istisna olmaqla).
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
GÖSTƏRİŞLƏRİ
Dalivit Plus damcıları vitamin çatmamazlığının profilaktikası məqsədi ilə istifadə olunur.
DOZALANMA VƏ İSTİFADƏ QAYDASI
6 həftədən 1 yaşadək körpələrə - 14 damcı gündə bir dəfə.
1 yaşdan yuxarı olan uşaqlar, böyüklər və yaşlılar - 28 damcı gündə bir dəfə və ya həkimin göstərişinə əsasən təyin edilir.
Xüsusi damcısalanın köməyi ilə Siz Dalivit Plus damcılarının dəqiq dozasını müəyyən edə bilərsiniz. İstifadə üçün qapağını açın və ucunu qabağa əyin. Damcıları sayın.
Dalivit Plus damcıları dilin altına düşməlidir. Həmçinin onları meyvə şirəsi və başqa içkilərə də əlavə etmək olar. Lakin qarışdırıldıqdan sonra onları bir yerdə saxlamayın, çünki bəzi vitaminlər öz effektlərini itirə bilər.
SAXLANMA ŞƏRAİTİ
Sərin və quru yerdə saxlayın.
BURAXILIŞ FORMASI
Damcısalanla təchiz edilmiş 30 ml flakon.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya
Dalivit plus nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






