Medenza tabletka haqqında məlumat
Medenza - Köp zamanı, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında, öd xəstəliklərinin müalicə və profilaktikasında, disbakterioz zamanı, ferment çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Medenza haqqında məlumat
Medenza qiyməti
Medenza tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Medenza qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Medenza tabletka qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ:
Hər həbin tərkibində:
- Papaya (Papaya d.e.) 50 mq
- Papain (Papain 2,5 FIP UI/mg) 75 mq
- Adi şüyüd 85 mq
- Bromelain (2500 GDU/g) 50 mq
- Enzim kompleksi 50 mq
Köməkçi maddələr: mikrokristallik sellüloza, silisium oksid, bitki mənşəli maqnezium stearat. Örtük agenti: asetillənmiş modifikə olunmuş Nişasta, Talk, Titanium dioksid, Qliserol, Sulu təbii qatran məhlulu.
XÜSUSİYYƏTLƏRİ
Medenza bitki və mikroorqanizm mənşəli olan yüksək aktivli, turşuya davamlı fermentlərin kombinasiyası olub, həzm prosesini yaxşılaşdırır. Tərkibinə daxil olan pankreatik fermentlər (amilaza, proteaza, lipaza) zülalların, yağların, karbohidratların həzm olunmasını asanlaşdırır və nazik bağırsaqdan tam absorbsiyasını təmin edir. Peristaltikanı yaxşılaşdırır, gəyirməni, köpü və qarında ağırlıq hissiyatını azaldır. Bağırsaq mikroflorasını yaxşılaşdırır. Tərkibindəki papaya, papain, bromelain, bitki mənşəli proteolitik fermentlər olub, turş, qələvi və neytral mühitə davamlı olduğundan öz təsirini hər bir şəraitdə qoruyub saxlayırlar. Selikli qişadan 6-10% sorularaq immunomodulyator, iltihabəleyhinə, təsir göstərə bilirlər. Medenza antibakterial vasitələrin plazamda və iltihab ocağında konsentrasiyasını artıraraq, onların effektivliyini artırır.
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ
Ferment çatmamazlığına səbəb olan halların kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:
Həzm pozğunluqları:
- Qeyri rasional qidalanma, yağlı qidaların qəbulu
- Dispepsiya, köp, disfagiya, ürəkbulanma, qusma, qıcqırma
- Mədəaltı vəzin xarici sekretor funksiyasının çatmamazlığı (xroniki pankreatit, mukovisidoz)
- Mədə-bağırsaq, qaraciyər, öd yollarının xroniki iltihabi–distrofik xəstəlikləri
- Həzm orqanlarının cərrahi və şüa müalicəsindən sonra yaranan (pankreoektomiya, mədəaltı vəzi xərçəngi, mədəaltı vəzi axacağının və ümumi öd axacağının obstruksiyası) pozğunluqları. Şvaxman-Daymond sindromu
- Uzun muddətli qlükokortikoid, QSİP, antibiotik, hormonal preparatların qəbulu zamanı əmələ gələn disbakterioz halları.
Qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə kombinə olunmuş terapiyada.
Angiologiya: tromboflebit, postflebotik sindrom, səthi venaların kəskin tromboflebiti, asağı ətraf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedisli flebitlərin profılaktikası, limfatik ödem.
Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimun tireoidit.
İltihabəleyhinə, imunomodulyator təsirlərinə görə kombinə olunmuş terapiyada.
Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar.
Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəlikləri, revmatoid artrit, reaktiv artrit, ankilozlaşdırıcı spondiloartrit, osteoartrit.
Dermatologiya: atopik dermatit, sızanaqlı səpgi.
Profilaktika
Medenza, onkoloji xəstələrdə kimyəvi və ya şüa üsulları ilə müalicə zamanı.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA
Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara -1 həbdən gündə 1 dəfə əsas yeməkdən sonra.
ƏLAVƏ TƏSİRLƏR
Nadir hallarda allergik reaksiyalar.
ƏKS GÖSTƏRIŞLƏR
Komponentlərə qarşı yüksək həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
SAXLANMA ŞƏRAİTİ
Quru, günəş şualarından və istilik mənbələrindən uzaq saxlanılmalıdır.
BURAXILIŞ FORMASI
Üstü örtülü tablet №30.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya
Medenza nə üçündür?
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Köp əleyhinə dərmanlar
- Disbakterioz zamanı istifadə olunan dərmanlar
- Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
- Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Ürəkbulanma və qusma zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






