Vagymin şam

Vagymin şam qadın çanaq orqanlarının iltihabi xəstəliklərində istifadə olunan preparatdır.

Aug 3, 2024 - 18:20
Aug 3, 2024 - 18:28
 0
Vagymin şam
Vagymin şam

Vagymin şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vagymin şam qiyməti

Vagymin şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vagymin şam qiyməti 29 azn - 32 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vagymin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİR VAGİNAL ŞAMIN TƏRKİBİ:

  • Laktobatsilus Ramnozus 573                   -    1010 (10 milyard)
  • Adaçayı (Şalfey)  bitkisinin ekstraktı    –         3,5 mg
  • Laktoza                                                        – 560 mg
  • Süd turşusu                                                 – 70mg
  • Proteoza  pepton                                        – 40 mg
  • Fol turşusu                                                  – 1,5  mg
  • Çay ağacı yağı                                             – 5 mg

FARMAKOTERAPEVTİK QRUPU: 

Antibakterial, antiseptik və göbələkəleyhinə təsirə malik vaginal probiotikdir.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Müxtəlif  vaginal infeksion prosseslər  və onların  antibiotiklərlə, hormonal preparatlarla yerli və sistem müalicəsi, vaginal  gigiyenik normaların qorunmaması  normal  vaginal mikrofloranın   məhvinə gətirib çıxarır . Bu zaman yaranmış vaginal dizbakterioz  qadın cinsiyyət orqanlarının infeksion-ilthabi proseslərə yoluxma hallarının artmasına, intim əlaqə zamanı və adi hallarda belə diskomfort, qaşınma və  agrı  hisslərinin yaranmasına səbəb olur.
Vagyminin terapevtik effekti tərkibindəki komponentlərin təsirinə əsaslanır. Sağlam qadınların  vaginal mikroflorasının əsasını təşkil edən  Laktobatsillus Ramnozus  hesabına Vagymin  normal vaginal  mikrofloranı  bərpa edərək, uşaqlıq yolunun patogen və şərti patogen mikroorqanizmlərə qarşı qoruyucu baryerini təşkil edir.
Tərkibindəki Adaçayı (Şalfey) bitkisinin ekstraktı vitaminlər, fitonsidlər, efir yaqları, alkoloidlər, flavonoidlər, üzvü turşular, təbii antioksidantlar  ilə  zəngindir.Bu zəngin tərkibinə  görə  Vagymin çox güclü dezinfeksiyaedici, iltihabəlleyhinə, antibakterial, antifunqal və regenerasiyaedici   xüsusiyyətlərə  malikdir.
Proteoza  pepton vaginal  selikli qişanın vacıb komponenti olub zədələnmiş  selikli qişanın  regenerasiyasını sürətləndirir  və vaginal boşluqda  xəstəlik törədən mikroorqanizmlərin artıb çoxalmasının qarşısını alır.
Fol turşusu selikli qişa hüceyrələrinin regenerator imkanlarını  gücləndirməklə yanaşı, süd türşusu və  laktoza ilə birgə vaginal boşluqda vacib saprofit bakteriyaların inkişafina  əlverişli şərait yaradır,belə ki, təyinindən dərhal sonra  vaginanın  normal  PH-ı ( 3,5- 4,5) bərpa olunur.
Çay ağacı yağı yerli antiseptik, təsir təsir göstərir və uşaqlıq yolunun divarının regenerasiya qabiliyyətini artırır.

GÖSTƏRİŞLƏR

  • Vaginit və bakterial vaginozların kompleks  müalicə  və  profilaktikası.
  • Vulvovaginal kandidozların kompleks müalicə və profilaktikası .
  • Vaginal virus infeksiyaların kompleks müalicə  və  profilaktikası.
  • Hamilələrdə bakterial vaginoz  zamanı.
  • Peroral və ya vaginal kontraseptivlərin  qəbulu zamanı.
  • Yerli ginekoloji cərrahiyyə əməliyyatlarından əvvəl.
  • Antibiotiklərlə müalicədən sonra.
  • Doğuşdan əvvəl, abortdan  sonra.
  • Mayalanma əleyhinə spiralların qoyulmasından sonra.
  • Uşaqlıq daxili müayinədən əvvəl (histeroqrafiya).
  • İntim gigiyenanın saxlanılması məqsədi ilə.

ƏKS GÖSTƏRİŞLƏRİ

Preparatın  komponentlərinə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ

Nadir hallarda   yerli allergik reaksiyalar (qaşınma, vaginal  ifrazatın artması) müşahidə oluna bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Şəxsi gigiyenanın  bütün qaydalarına  riayət edilərək  bir şam uşaqlıq yoluna dərin olmaqla yatmazdan əvvəl  qoyulur.Gün ərzində iki dəfə təyin olunarsa şamla bərabər vaginal tamponların qoyulması rahat istifadəyə zəmanət verir.  Orta müalicə müddəti 7-10 gün götürülür, lazım olarsa müalicə kursu 20 günə qədər uzadıla  bilər.
Hamiləlik və laktasiya  dövründə preparatın istifadəsi mümkündür.
Digər preparatlarla qarşılıqlı təsiri : Vagyminin antibakterial, göbələk əleyhinə və antiprotozoy  preparatlarla (metronidazol  və  ko-trimoksazol istisna olmaqla)  birgə təyini məsləhət deyil.  Qeyd edilmiş dərman vasitələri ilə müalicədən sonra Vagyminin təyinatı vacibdir  və müalicənin effektivliyini artırır.

BURAXILIŞ FORMASI

Hər biri 5 vaginal şamdan ibarət  iki  blisterli  karton qutuda buraxılır.

SAXALANMA ŞƏRAİTİ

150C-200C  temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ:  

“NOVATOR PHARMA”  Böyük  Britaniya.

İSTEHSAL EDİLİR: 

“FULTON MEDICINALI” SPA  İtaliya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.

Vagymin şam nə üçündür?

Qadın çanaq orqanlarının iltihabi xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow