Dianat sirop qiyməti və tərkibi haqqında məlumat
Di̇anat sirop - Köp zamanı, ferment çatışmamazlığı zamanı, disbakterioz zamanı, ishalda, zəhərlənmələr zamanı istifadə olunan preparatdır.

Di̇anat sirop haqqında məlumat
Dianat sirop qiyməti
Di̇anat şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Di̇anat sirop qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Di̇anat qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Dianat sirop nədir?
Dianat Herba Flora şirkətinin ishal əleyhinə şərbətidir. Tərkibi qızılağac qozası, nar qabığı, palıd qabığı, qara çörəkotu toxumu, dazıotu otu, istiotlu nanə yarpağının duru ekstraktlarından hazırlanır. Dianat şərbəti tam təbii, uşaqdan-böyüyə hər kəsin rahatlıqla istifadə edə biləcəyi məhsuldur. Şərbətin tərkibindəki qızılağac qozası, nar qabığı və qara çörəkotunun hesabına bağırsaqların selikli qişasına büzücü təsir göstərir. Nəticə etibarı ilə ishal zamanı orqanizmdən maye və mineral itirilməsinin qarşısını alır. Eyni zamanda şərbətin tərkibindəki nar qabığı ekstraktı hesabına bağırsaqlarda xəstəliktörədən mikroblara öldürücü təsir edir. Nəticədə isə, faydalı bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır.
Tərkibi:
Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 16,1 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 9,2 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 9,2 ml; Adi zirə (Carum carvi) meyvəsinin distillatı – 6,9 ml; Meşə çiyələyi (Fragaria vesca) yarpağının duru ekstraktı – 4,6 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ
İstifadə qaydası:
- 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
- 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
- 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
- Uzun müddətli istifadəsi zərərsizdir, bağırsaqların funksiyası bərpa olunana qədər istifadə oluna bilər.
- Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq, qəbizlik.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti:
3 il.
Buraxılış forması:
100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Dianat sirop nə üçündür?
- Köp əleyhinə dərmanlar
- Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
- Disbakterioz zamanı istifadə olunan dərmanlar
- İshalda istifadə olunan dərmanlar
- Zəhərlənmələr zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






