NAZOLİD
Nazolid kombinəolunmuş preparat olub antihistamin və dekongestant təsir göstərir.

NAZOLİD - Burun damcısı
- NAZOLİD Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- NAZOLİD nə üçündür?
- İstifadəsinə göstərişlər
- NAZOLİD Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- NAZOLİD İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- NAZOLİD Qiyməti
- İstehsalçı
NAZOLİD Tərkibi
- Təsiredici maddələr: 10 ml məhlulun tərkibində 5 mq nafazolin hidroxlorid, 5 mq xlorfeniramin maleat vardır.
- Köməkçi maddələr: susuz dinatrium hidrofosfat, natrium dihidrofosfat monohidrat, setrimid, dinatrium edetat, natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz, qoxusuz məhluldur.
Farmakoterapevtik qrupu
Antihistamin, dekongestant.
ATC kodu: R01АВ02.
Farmakoloji xüsusiyyətləri
NAZOLİD nə üçündür?
Nazolid kombinəolunmuş preparat olub antihistamin və dekongestant təsir göstərir. Nafazolin hidroxlorid damar alfa-adrenoreseptorlarına stimuləedici təsir göstərməklə burnun selikli qişa arteriollarını daraldır. Bu təsir sürətli və uzunmüddətlidir. Nafazolin hidroxlorid drenajların tətbiqi zamanı burunətrafı ciblərin keçid və giriş hissələrinin təmizlənməsinə şərait yaradır. Nazolid preparatının tərkibindəki xlorfeniramin maleat antixolinergik təsir göstərərək rinoreyanı zəiflədir, və H1-reseptorları blokadaya alaraq allergik rinitin və sinusitin qarşısını alır.
İstifadəsinə göstərişlər
- Müxtəlif mənşəli allergik rinit
- Kəskin zökəm, sinusit, ümumi soyuqdəymə və selikli qişaların iltihabı ilə müşayiət olunan yuxarı tənəffüs yolları xəstəliklərinin simptomatik müalicəsi
- Orta qulaq və yevstax borusunun iltihabı zamanı
NAZOLİD Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, ağır hipertoniya, ürəyin işemik xəstəliyi, bağlıbucaqlı qlaukoma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər burun dekongestantları kimi yüksək dozada və uzunmüddətli istifadəsi burun tutulmasına səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Nafazolin tərkibli digər dərman preparatları kimi MAO-inhibitorlarının arterial təzyiqə təsirini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Nafazolin tərkibli digər dərman preparatları kimi hamiləlik və laktasiya zamanı yalnız həkim nəzarəti altında istidafə olunur.
NAZOLİD İstifadə qaydası və dozası
Gündə 4 dəfə 1-2 damcı buruna damızdırlır.
Nazolid 6 yaşdan yuxarı uşaqlara və yaşlı xəstələrə təyin oluna bilər.
Əlavə təsirləri
Nazolid tövsiyə olunan dozalarda təhlükəsizdir və xəstələr tərəfindən yaxşı qəbul edilir. Lakin digər nafazolin tərkibli damcılarda olduğu kimi keçici xarakterli yerli qıcıqlanma baş verə bilər.
Doza həddinin aşılması
Qeydə alınmayıb.
Buraxılış forması
10 ml, plastik flakonda.
1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
300C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
NAZOLİD Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
PHARCO PHARMACEUTİCALS
Kilo 31 İsgəndəriyyə-Qahirə Səhrası Yolu, İsgəndəriyyə Misir
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






