Sinadvans sprey istifadə qaydası necədir?
Sinadvans sprey - Qrip zamanı, rinit, sinusit zamanı, allergik boğulmalar və bronxial astmada istifadə olunan preparatdır.

Sinadvans sprey haqqında məlumat
Sinadvans sprey qiyməti
Sinadvans qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sinadvans sprey qiyməti 19 azn - 22 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sinadvans qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Propolis (EG Propoli) - 0.3% - 1.000 ml
- Nazikyarpaq exinaseya (EG Echinacea angustifolia) - 0.500 ml
- Ensizyarpaq yağı otu (EG Lythrum salicaria) -0.5000 ml
- Qarağat (MG Ribes nigrum) - 0.500 ml
- Adi kəklikotu (Timo o.e.) - 0.060 ml
- İstiot nanəsinin yağı (Mentha piperita o.e.) - 0.0600 ml
Köməkçi maddələr: ikiəsaslı kalium fosfat, birəsaslı kalium fosfat, natrium xlorid, natrium benzoat, kalium sorbat.
Xüsusiyyətləri
Propolis bakteriostatik, bakterisid, iltihabəleyhinə, virusosid, ağrıkəsici, antikoaqulyant təsirlərə malikdir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Nazikyarpaqlı exinaseya qansaxlayıcı, allergiyaəleyhinə təsir göstərir, eləcə də immun sistemini stimulə edir. Tərkibində exinakozid, polisaxaridlər, efir yağları, polifenollar, flavonoidlər, alkaloidlər, betain, fermentlər və fitosterinlər vardır.
Ensizyarpaq yağıotu büzücü, iltihabəleyhinə, ağrıkəsici, qansaxlayıcı, yarasağaldıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr (3-4%), saponinlər (izləri), qlikozidlər, C vitamini, efir yağları var.
Qarağat allergiyaəleyhinə və iltihabəleyhinə aktivliyə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.
Adi kəklikotu. Bu bitkinin əsas komponenti olan timol antiseptik, dezinfeksiyaedici və bakterisid xassələrə malikdir. O həmçinin patogen kokklara və göbələklərə qarşı bakterisid aktivlik göstərir.
İstiot nanəsi. Antiseptik, dezodorasiya edici və təravətləndirici təsirlərə malikdir.
Göstərişlər
· Sinusitlər;
· Burun tənəffüsünün müxtəlif mənşəli pozğunluqları (allergiya, qrip, soyuqdəymə və s.);
· Bronxial astma və öskürək zamanı kombinəolunmuş müalicənin tərkib hissəsi kimi istifadə olunur.
İstifadə qaydası və dozası
Gündəlik hər burun keçəcəyinə 2-3 instilyasiya. Daha yaxşı effektə nail olmaq üçün vasitənin udlağa və qırtlağa çatdığından əmin olun. İstifadədən öncə flakonu çalxalayın.
Əlavə təsirləri
Müəyyən edilməmişdir.
Əks göstərişlər
Tərkib hisəələrinə qarşı fərdi həssaslıq.
Ehtiyyat tədbirləri
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
Buraxılış forması
Sinadvans, nazal sprey - 25 ml.
DƏRMAN VASİTƏSİ DEYİL.
İstehsalçı
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya
Sinadvans sprey nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
- Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






