Fubin sirop istifadə qaydası necədir?
Fubin sirop - Virus infeksiyası zamanı, immunçatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Fubin sirop haqqında məlumat
Fubin sirop qiyməti
Fubin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fubin sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
FUBİN.
Tərkibi:
Naringenin - 150 mq;
Fukoldan - 100 mq;
Beta-qlükan - 30 mq.
Məhsul haqqında məlumat:
FUBİN sintetik antibakterial preparatlardan fərqli olaraq bakteriyalarda rezistenlik, bağırsaqda isə disbakterioz yaratmır. Allergik reaksiyalar törətmir və başqa orqanlara toksiki təsirləri yoxdur. İmmun sisteminin unikal modukyatorudur və sintetik biosimulyatorlardan fərqli olaraq xəstəliyin fəsadını deyil, əsas səbəbini müalicə edir, orqanizmin müdafiə qabiliyyətini və xəstəliyə qarşı dözümlüyünü artırır.
FUBİN tərkibindəki komponentlərin sinergist təsirlərinə görə immun sisteminin işini təmizləyir, iltihab əleyhinə, antioksidant, antibakterial və virus əleyhinə təsir göstərir. Təhlükəsiz olduğundan uzunmüddətli istifadəsi tədricən bütün bioloji prosesləri hüceyrə səviyyəsində bərpa edir və orqanizmi xarici mənfi faktorlardan qoruyur.
FUBİN digər virus əleyhinə preparatlardan fərqli olaraq orqanizmdə yalnız viruslara qarşı təsir göstərir və sitotoksik xüsusiyyətlərə malik olmadığından orqanizmin öz hüceyrələrinin zədələnməsinə səbəb olmur. Virus zülalları və fermentlərinin təsirindən hüceyrələri qoruyub, degenerativ dəyişiklikləri blokada edərək virus əleyhinə təsir göstərir.
İstifadəsinə göstərişlər:
-Yuxarı tənəffüs yollarının və LOR orqanlarının infeksion-iltihabi xəstəlikləri: tonzillit, sinusit, haymorit, otit;
-Aşağı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri: bronxit, pnevmoniya, vərəmin kompleks müalicəsində;
-MBT-nın infeksion-iltihabi xəstəlikləri: qastroenterit, enterokolit, pankreatit, xoesistit;
-Bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz;
-Dəri və yumuşaq toxumaların infeksion xəstəlikləri: furunkul, karbunkul;
-Oynaq və birləşdirici toxumaların infeksion-iltihabi xəstəlikləri: bursit, artrit, revmatizim;
-Sidikçıxarıcı yolların infeksion-iltihabi xəstəlikləri: uretrit, sistit;
-İnfeksiyalaşmış yara və yanıqlar;
-Virus xəstəlikləri: (KRVİ, məxmərək, su çiçəyi, parotit, herpes, hepatit);
-Qrip və soyuqdəymə zamanı;
-Müxtəlif etiologiyalı immundefisit vəziyyətlər, tez-tez xəstələnmə halları.
İstifadə qaydası və dozası:
1-3 yaş arası uşaqlara: 2.5 ml (1/2 çay qaşığı) gündə 1 dəfə;
3-6 yaş arası uşaqlara: 5 ml (1 çay qaşığı) gündə 1 dəfə;
6-12 yaş arası uşaqlara: 5 ml (1/2 çay qaşığı) gündə 2 dəfə;
12 yaşdan yuxarı uşaqlara: 10 ml (2 çay qaşığı) gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra.
Dozalanma və müalicə müddəti uşağın yaşından və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişə bilər.
İstehsalçı ölkə
Bolqarıstan
Fubin sirop nə üçündür?
- Virus infeksiyası əleyhinə vasitələr
- İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






