Ketonal iynə nə üçündür?
Ketonal iynə - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, baş, diş və qulaq ağrılarında, menstrual ağrılar zamanı istifadə olunan preparatdır.

Ketonal ampula haqqında məlumat
Ketonal iynə qiyməti
Ketonal ampula qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ketonal iynə qiyməti 11 azn - 13 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ketonal ampul qiyməti -ni öyrənərək əldə edəsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
Tərkibi
Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkbində 100 mq ketoprofen vardır. Köməkçi maddələr: propilenglikol, etanol (12,3 həcm%-i), benzil spirti, natrium hidroksid (pH-in korreksiyası üçün), inyeksiya üçün su.
Təsviri
Rəngsizdən sarımtıl rəngə gədər, praktiki olaraq görünən cisimciklərdən azad şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar, propion turşusunun törəmələri.
ATC kodu: M01AE03.
Farmakoloji xüsusiyyətləri Farmakodinamikası
Ketoprofen iltihab əleyhinə, qızdırmasalıcı və ağrıkəsici təsirə malik qeyri-steroid iltihab əleyhinə dərman vasitəsidir. Bu təsirlər, heyvanlar üzərində ve in vitro sınaqlarda nümayiş olunmuşdurlar. Heyvanlarda iltihab zamanı, ketoprofen siklooksigenaza və qismən lipooksigenaza fermentini inhibə edərək, prostaglandin və leykotrien sintezini inhibə etmişdir. Ketoprofen, həmçinin, bradikinin sintezini inhibə edir və lizosomal membranları stabilləşdirir.
Farmakokinetikası
Ketoprofen mədə-bağırsaq traktında yaxşı sorulur. 100 mq ketoprofenin daxilə qəbulundan sonra plazmada onun pik konsentrasiyası (10,4 mkq/ ml) 1 saat 22 dəq-dən sonra yaranır. 50 mq dozada daxilə qəbul edildikdən sonra ketoprofenin biomənimsənilməsi 90% təşkil edir və dozanın yüksəldilməsi ilə xətti olaraq artır. Ketoprofen rasemik qarışıqdır, lakin, iki enantiomerin farmakokinetikası oxşardır.
90% ketoprofen plazma zülalları ilə, başlıca olaraq albumin fraksiyası ilə birləşir. Toxumalarda paylanma həcmi - 0,1-0,2 l/kq. Ketoprofen sinovial mayeyə nüfuz edir. 100 mq ketoprofenin təyinindən 3 saat sonra onun konsentrasiyası plazmada təqribən 3 mkq/ml, sinovial mayedǝ ise-1,5 mkq/ml təşkil edir. 9 saatdan sonra onun plazmada konsentrasiyası 0,3 mkq/ml, sinovial mayedə konsentrasiyası ise -0,8 mkq/ml təşkil edir. Bu, o deməkdir ki, ketoprofen sinovial mayeyə tədricən nüfuz edir və həmçinin ondan tədricən xaric olur, bu zaman onun plazma konsentrasiyası azalmaqda davam edir. Əgər ketoprofen qida ilə qəbul edilərsə, sorulması langiyir və plazma konsentrasiyası əhəmiyyətsiz dərəcədə azalır, lakin biomənimsənilməsi əvvəlki kimi qalır. Gündə 4 dəfə yemək zamanı 50 mq ketoprofenin daxilə qəbulundan sonra 3,9 mkq/ ml-ə bərabər olan pik konsentrasiya (ketoprofenin acqarına qəbulundan sonra ise pik konsentrasiya 2,0 mkq/ml-ə bərabər olur) 1,5 saatdan sonra yaranır.
İstifadəsinə göstərişlər
Ketoprofen iltihabəleyhinə, ağrıkəsici, qızdırmasalıcı və revmatizməleyhinə təsirlərə malik qeyri-steroid preparatdır. Aşağıdakı hallarda istifadə olunur.
- Revmatik xəstəliklər:
- revmatoid artrit;
- seroneqativ spondiloartrit (ankilozlaşdırıcı spondilit, psoriatik artrit, reaktiv artrit);
- podaqra, psevdopodagra;
- osteoartroz;
- oynaqdankənar revmatizm (tendinit, bursit, bazu
- oynaqda kapsulit).
- Ağrı:
- travmadan sonrakı ağrı;
- Əməliyyatdan sonrakı ağrı (məsələn, ortopedik Əməliyyatdan sonra ağrı);
- şiş ilə xəstələrdə sümük metastaz nəticəsində ağrı;
- menstruasiya zamanı ağrı.
Əks göstərişlər
- Ketoprofenǝ və ya preparatın hər-hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq;
- anamnezdə astma tutmalarının, övrənin, rinitin, bronxospazmin və ya ketoprofen və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və ya salisilatlar (məsələn, asetilsalisil turşusu) kimi oxşar təsirli maddələrin istifadəsindən sonra allergik tipli reaksiyaların olması;
- ağır ürək çatışmazlığı
- aktiv fazada olan peptik xora, həmçinin mədə- bağırsaq qanaxması, anamnezdə xora və ya perforasiya;
- böyrək funksiyasının ağır çatışmazlığı;
- qaraciyər funksiyasının ağır çatışmazlığı;; hemorragik diatez;
- hamiləliyin son trimestri;
Ketoprofen serebrovaskulyar qanaxma hallarında və ya digər aktiv qanaxma zamanı əks göstərişdir. Əzələdaxili formasına aiddir
qanın laxtalanmasının pozulması və ya antikoaqulyantlarla cari müalicə zamanı ketoprofen əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əlavə təsirlərin yaranma ehtimalını minimuma endirmək məqsədi ilə, simptomları nəzarətdə saxlamaq üçün dərman vasitəsini zəruri olan ən aşağı effektiv dozada və maksimal qısa müddət ərzində qəbul etmək lazımdır.
Yanaşı olan xəstəliklərin simptomlarının maskalanması
Ketoprofen infeksiyaların simptomlarını maskalaya bilər və beləliklə müvafiq müalicənin başlanmasını lengidə bilər və bununla da infeksiyanın nəticəsini pisləşdirə bilər. Belə hallar xəstəxanadankənar bakterial pnevmoniyaların və suçicəyi xəstəliyin bakterial fəsadları zamanı müşahidə oluna bilər. Ketoprofen infeksiyaya aid qızdırma və ya ağrının azaldılması üçün təyin edildikdə, infeksiyaya monitorinq etmək tövsiyə olunur. Hospitalizasiya olunmayan hallarda, xəstədə simptomlar davam etdikdə və ya pisləşdikdə həkimlə məsləhətləşməlidir.
Peroral kortikosteroidlərin, antikoaqulyantların (məsələn, varfarin), serotoninin geriyə udulmasının selektiv inhibitorlarının (SGTSİ), asetilsalisil turşusunun (AST) və ya nikorandil kimi antiaqreqantlar kimi ulserogen və qanaxma riskini artıran dərman vasitələrinin yanaşı istifadəsində ehtiyatlı olmaq lazımdır. (bax bölmə "Digər dərman vasitələri ilə qarşılıqlı təsiri").
Ketonal ilə yanaşı, siklooksigenaza-2-nin selektiv inhibitorları daxil olmaqla, QSİƏP-in istifadəsindən çəkinmək lazımdır.
Mədə-bağırsaq traktında (MBT)baş verən qanaxma, ulserasiya, perforasiya
Mədə-bağırsaq qanaxması, letal nəticəyə gətirib çıxaran xora və perforasiyaların yaranması, hər hansı bir Qsiǝp-in istifadəsi zamanı qeyd olunmuşdur və müalicə dövrünün istənilən müddətində yanaşı simptomların və ya anamnezdə MBT tərəfindən pozulmaların olduğu və olmadığı halda yaranmışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Prostaglandinlərin sintezinin inhibə olunması hamiləliyə və/və ya embrionun və dölün inkişafına menfi təsir göstərə bilər. Epidemioloji məlumatlara əsasən hamiləliyin erkən dövründə prostaglandin sintezinin inhibitorlarının istifadəsi hamiləliyin pozulmasının, ürək qüsurlarının və qastroşizisin yüksək yaranma riski ilə əlaqəlidir. Anadangəlmə ürək-damar sisteminin qüsurlarının mütleq yaranma riski 1%-dən az göstericidən təqribən 1,5%-dək artmışdır. Hesab olunur ki, dozanın artması və müalicə müddətinin uzanması ilə risk də yüksəlir.
Nümayiş olunmuşdur ki, heyvanlarda prostaglandin sintezi inhibitorlarının istifadəsi dölün pre- və postimplantasiya dövründə ölümünə, eyni zamanda embriofetal ölümün yüksəlməsinə gətirib çıxarır. Bundan başqa, prostaglandin sintezi inhibitorlarının heyvanlarda istifadəsi, orqanogenez dövründə ürək-damar sistemi daxil olmaqla, müxtəlif anadangəlmə qüsurların yüksək yaranma tezliyi müşahidə olunmuşdur. Hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsinə yalnız ciddi göstəriş olduqda imkan verilir. Əgər ketoprofen tərkibli dərman vasitəsini hamile olmağa çalışan və ya hamiləliyin birinci və ya ikinci trimestrində olan qadın istifadə edirsə, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır.
Hamiləliyin üçüncü trimestrində bütün prostaglandin sintezi inhibitorlarının istifadəsi dölə aşağıdakı təsir göstərə bilər:
ürək-ağciyər toksikliyi (arterial axacağın erken bağlanması və ağciyər hipertenziyasının yaranması ilə);
oliqohidroamnion ilə ağır dərəcəli böyrək çatışmazlığına qədər irəliləyən böyrəklərin funksiyasının pozulması.
Hamiləliyin sonunda prostaglandin sintezi inhibitorları ana və yenidoğulmuş körpəyə aşağıdakı kimi təsir göstərə bilər:
antiaqreqant təsirinə görə, qanaxma müddətinin uzanması mümkündür, bu hətta dərman vasitəsinin çox aşağı dozalarda istifadəsi zamanı qeyd oluna bilər;
uşaqlığın yığılma funksiyasının inhiba olunması, bu isə, doğuşun və ya doğuş müddətinin uzanmasına gətirib çıxara bilər. Bununla əlaqədar, hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir.
Laktasiya dövrü
Ketopofenin insanlarda ana südünə nüfuz etməsi haqqında məlumat yoxdur. Laktasiya dövründə olan qadınlara ketoprofeni istifadə etmək tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Pasiyentlər yuxululuq, qıcolmalar, başgicəllənmə Əlavə təsirlərin yaranma ehtimalı haqqında məlumatlı olmalıdırlar və onların yaranması zamanı nəqliyyat vasitələrinin idarə olunmasından ve diger potensial təhlükəli mexanizmlərin istifadəsindən imtina etməlidirlər.
Xəstələr mümkün görmə pozulmalarından xəbərdar olmalıdırlar. Əgər belə hallar baş verərsə, nəqliyyat vasitələrinin idarə olunmasından və digər potensial təhlükəli mexanizmlərin istifadəsindən imtina etməlidirlər.
İstifadə qaydası və dozası
Parenteral istifadə üçün.
Simptomların aradan qaldırılması üçün lazım olan maksimal qısa müddət ərzində ən kiçik effektiv dozada preparat qəbul edilərsə, arzuolunmaz təsirləri minimuma endirmək olar (bax "Xüsusi göstərişlər və ehtiyat tədbirləri").
Maksimal gündəlik doza 200 mq ketoprofen təşkil edir. Gündə 200 mq dozada ketoprofen ilə müalicəyə başlamadan əvvəl diqqətlə faydasını və mümkün olan riskləri qiymətləndirmək lazımdır. Daha yüksək dozaların istifadəsi tövsiyə olunmur (həmçinin bax "Xüsusi göstərişlər və ehtiyat tədbirləri").
Tövsiyə olunan doza
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar:
Əzələdaxili yeridilmə
Əzələdaxili gündə bir və ya iki dəfə 100 mq (bir ampul) yeridilir.
Lazım olduqda preparatı ketoprofenin daxilə qəbul edilen, rektal və ya transdermal istifadə edilən dərman formaları ilə kombinə etmək olar.
Venadaxili yeridilmə
Ketonalin infuziyası yalnız stasionar şəraitdə aparılmalıdır. İnfuziya 0,5-1 saat davam edir, med müalicə kursu- iki gündən artıq olmur. Qısamüddətli venadaxili infuziya 100 ml 0,9% natrium xlorid məhlulunda durulaşdırılmış, 100 mq-dan 200 mq-a qədər ketoprofen 0,5-1 saat ərzində yeridirlər.
Davamlı venadaxili infuziya
500 ml infuziya üçün məhlulda (0,9% natrium xlorid məhlulu, Ringer laktat, qlükoza) nebut! durulaşdırılmış 100 mq-dan 200 mq-a qədər a ketoprofeni 8 saat ərzində yeridirlər. Absiche Ketonalı mərkəzi təsirli analgetiklərlə kombinə. etmək olar. Onu bir flakonda morfin ile exiletsex qarışdırmaq olar: 10-20 mq morfin və 100 (200-ə qədər) mq ketoprofeni 500 ml natrium xloridin (0,9%) inyeksiya üçün məhlulunda və ya Ringer laktat məhlulunda durulaşdırırlar.
Yaşlı xəstələr
Tom Ayeunaleg plexionys8
Yaşlı xəstələrdə arzuolunmaz rekasiyalar tez-tez ağır nəticələr verə bilər.
Yaşlı insanların müalicəsini ən kiçik effektivbolize T dozalardan başlamaq və aşağı effektiv dozada saxlamaq məsləhət görülür.
Böyrəklərin funksiyası pozulmuş xəstələr
Böyrəklərin funksiyasının yüngül pozulması olan xəstələrdə (kreatinin klirensi 0,33 ml/s (20 ml/dǝq)) dozanı azaldılmalıdır.
Böyrəklərin funksiyasının ağır pozulması olan xəstələrə Ketonal əks göstərişdir.
Qaraciyer funksiyasının pozulmaları olan xəstələr Zərdab albuminin azalmış səviyyəsi ilə qaraciyərin xroniki xəstəlikləri olan xəstələrdə doza azaldılmalıdır.
Qaraciyər funksiyasının ağır pozulması olan xəstələrə Ketonal əks göstərişdir.
Uşaqlarda: 15 yaşından az olan uşaqlara əks göstərişdir.
Doza həddinin aşılması
Böyüklərdə doza həddinin aşılmasının əsas əlamətləri baş ağrısı, başgicəllənmə, yuxululuq, ürəkbulanma, qusma, diareya və qarın nahiyəsində ağrı. Ağır intoksikasiyalar zamanı hipotenziya, tənəffüsün ləngiməsi və mədə- bağırsaq qanaxması müşahidə olunur. Xəstə təcili xüsusi xəstəxanaya yerləşdirilməli və simptomatik müalicə aparılmalıdır.
Spesifik antidotu məlum deyil.
Buraxılış forması
2 ml (100 mq/2 ml) məhlul, ampulda. 10 və ya 50 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
"Lek Pharmaceuticals d.d.", Slovenia. Verovskova 57, 1526 Ljubljana, Slovenia.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər- hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur.
Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75. Winter Park Plaza business centre, mart.5. Tel.: +994 12 599-83-89.
+994 12 599-83-90.
Ketonal iynə nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
- Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






