Dicloblok

Dicloblok qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP).

Jul 11, 2024 - 15:52
Jul 11, 2024 - 16:01
 0
Dicloblok
Dicloblok

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dicloblok  inyeksiya üçün məhlul

Dicloblok qiyməti

Dicloblok qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dicloblok qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Dicloblok qiyməti -ni öyrənərək əldə edəsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac

Dicloblok tərkibi

Təsiredici maddə: 75mq natrium diklofenak. (75 mq/ 3 ml)

Köməkçi maddələr: mannitol, natrium metabisulfit (E 223), benzil spirt, propilenqlikol, pH tənzimlənməsi üçün natrium hidroksid, inyeksiya üçün su.

Təsviri

Şəffaf məhlul

Farmokoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

ATC kodu: M01AB05.

Farmakoloji xüsusiyyətləri

Dicloblok nə üçündür?

Fenilsirkə turşusunun törəmələri qrupundan olan iltihabəleyhinə qeyri-steroid preparatdır. İltihab- əleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirlərə malikdir. Siklooksigenazanı, araxidon zəncirinin reaksiyalarını tormozlayır və PQE2, PQF2-alfa, tromboksan A2, prostasiklinin, leykotriyenlərin sintezini və lizosomal fermentlərin xaric olunmasını pozur. Trombositlərin aqreqasiyasını dayandırır; uzun müddət istifadə etdikdə desensibilizasiyaedici təsir göstərir.

Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, sakitlik və hərəkət zamanı olan oynaq ağrılarını yüngülləşdirir, hərəkətin həcmini bərpa edir, oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır.

Əməliyyat və travmalardan sonra iltihabı proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs mualicə alan poliartritli xəstələrdə sinovial mayedə və sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında olduğundan çoxdur. İltihabəleyhinə aktivliyi asetilsalisil turşusu, butadion, ibuprofendən artıqdır; indometasinlə müqayisədə daha güclü klinik effekti var və xəstələr tərəfindən yaxşı qəbul olunması haqqında məlumatlar var.

İstifadəsinə göstərişlər

Artrit (osteoartrit), oynaq ağrıları və deformasiyaları (revmatoidli artrit) ilə müşayiət olunan ağrılı kəskinləşən revmatizmin (ankilozedici spondilit) və bel, boyun və döş qəfəsi oynaqlarının bərkiməsi ilə  kəskin podaqra artritinin  simptomlarının müalicəsi üçün, əzələ və skelet sistemlərində kəskin ağrının, əməliyyatdan sonrakı ağrı və ağrılı menstruasiyanın (dismenoreya) müalicəsi üçün göstərilir.

Əks göstərişləri

  • Diklofenak natrium metabisulfit (və ya digər sulfit) və ya Dicloblok -ın hər hansı bir digər komponentinə qarşı həssaslıq
  • koronar arteriya üzərində əməliyyat keçirilibsə (məsələn, ürək-damar cərrahiyyəsi, şuntlaşdırılma) əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsi
  • Mədə və ya bağırsaq xoraları
  • Mədə-bağırsaq traktında qanaxma və ya perforasiyaları
  • Ağır böyrək və ya qaraciyər xəstəlikləri
  • Ağır ürək çatışmazlığları
  • Hamiləliyin son üç ayında

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dicloblok -ın tərkibində natrium metabisulfit vardır. Nadir hallarda, o, ağır hiperhəssaslıq reaksiyalara və bronxların daralmasına gətirə bilər.

Dicloblok -ın tərkibində propilen qlikol var. Alkoqol  simptomların yaranmasına səbəb ola bilər.

Dicloblok -un tərkibində benzil spirti var. Vaxtından əvvəl doğulmuş körpələrə və yeni doğulmuşlara verilməməlidir.

Körpələrdə və 3 yaşa qədər uşaqlarda toksik reaksiyalara və allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, bu barədə həkiminizə məlumat verməyiniz xüsusilə vacibdir:

  • Litium və ya serotoninin geriyə zəbt olunmasının selektiv ingibitorları (SGSI); (bəzi depressiya növlərinin müalicəsində istifadə olunan dərmanlar)
  • Digoksin (ürək problemləri üçün istifadə olunan dərman)
  • Mifepriston (arzuolunmaz hamiləlikləri dayandırmaq üçün istifadə olunan dərman)
  • Diuretiklər (sidikqovucu preparatlar)
  • AÇF inhibitorları və ya beta-blokatorlar (yüksək qan təzyiqi və ürək çatışmazlığının müalicəsində istifadə olunan dərmanlar)
  • Digər iltihabəleyhinə preparatlar (məsələn, asetilsalisil turşusu/aspirin və ya ibuprofen)
  • Kortikosteroidlər (iltihaba məruz qalmış bədən nahiyələrində iltihabı aradan qaldırmaq üçün istifadə olunan dərmanlar)
  • Qan durulaşdırıcıları (qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan varfarin və oxşar preparatlar)
  • Şəkərli diabetin müalicəsində istifadə olunan dərmanlar (insulindən başqa)
  • Metotreksat (bəzi növ xərçəng və ya artritin müalicəsində istifadə olunan dərman)
  • Siklosporin, takrolimus (xüsusilə orqanların transplantasiyası olan xəstələrdə istifadə olunan preparatlar)
  • Trimetoprim (sidik yolları infeksiyalarının qarşısını almaq və bu infeksiyaları müalicə etmək üçün istifadə olunur)
  • Xinolon mənşəli antibakterial preparatlar (infeksiyaya qarşı istifadə edilən bəzi preparatlar)
  • Vorikonazol (göbələk infeksiyalarında istifadə olunan dərman)
  • Fenitoin (qıcolmaların müalicəsində istifadə olunan dərman)
  • Kolestipol və xolestiramin (xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunan dərmanlar)

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Əgər hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə, həkiminizə bu haqda məlumat verin.

Ehtiyac olmadıqda, hamiləlik dövründə Dicloblok -dan istifadə etməyin.

Digər iltihabəleyhinə dərmanlar kimi, Dicloblok hamiləliyin son üç ayında istifadə edilməməlidir, çünki bu, doğulmamış körpəyə zərər verə bilər və ya hamiləlik zamanı problemlər yarada bilər.

Dicloblok hamilə qalmağı çətinləşdirə bilər. Əgər hamilə qalmağı planlaşdırırsınızsa və ya hamilə qalmaqla bağlı probleminiz varsa, ehtiyac olmadıqca Dicloblok -dan istifadə etməməlisiniz.

Müalicə zamanı hamilə olduğunuzu hiss etsəniz, dərhal həkimə və ya əczaçıya müraciət edin.

Laktasiya dövrü

Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Əgər Siz körpənizi əmizdirirsinizsə, həkiminizə bu barədə məlumat verin.

Əgər Siz Dicloblok qəbul edirsinizsə, körpənizi əmizdirməməlisiniz, çünki bu, körpəniz üçün zərərli ola bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Diklofenak  istifadə edən xəstələrdə görmə pozğunluğu, başgicəllənmə və ya yuxuya meyllik kimi əlavə təsirlər nadir hallarda baş verə bilər. Bu təsirləri hiss edirsinizsə, nəqliyyat vasitəsini və digər mexanizmləri idarə etməməlisiniz və diqqətinizi tələb edən digər fəaliyyətlərlə məşğul olmamalısınız. Əgər belə bir təsir hiss etsəniz, mümkün qədər tez həkiminizə bu haqda məlumat verin.

 

İstifadə qaydası və dozası

Böyüklər üçün:

Böyüklərə maksimal sutkalıq dozası olan 1 ampul  gündə bir dəfə yeridilir, bəzi hallarda gündə iki ampul verilə bilər. Lazım gələrsə, müalicə tərkibində diklofenak olan tablet və ya suppozitori ilə davam etdirilə bilər.

 

Məhlul ampuladan şprisə yığılır və bud əzələsinə dərindən yeridilir. Tövsiyə olunan dozanı aşmayın. Ağrınızı idarə edə biləcək ən aşağı dozadan istifadə etməyiniz və Dicloblok -ı lazım olduğundan daha uzun müddət qəbul etməməyiniz vacibdir. Dicloblok qida və içki ilə istifadə olunmur.

Müxtəlif yaş qrupları:

Uşaqlarda istifadəsi:

Dicloblok uşaqlara və yeniyetmələrə (18 yaşa qədər) təyin olunmamalıdır.

Yaşlılarda istifadəsi:

Yaşlı xəstələr Dicloblok -un təsirlərinə digər böyüklərə nisbətən daha həssas ola bilər. Buna görə də, yaşlılar həkimin göstərişlərinə əməl etməyə xüsusi diqqət yetirməli və simptomların aradan qaldırılması üçün tələb olunan ən minimal dozadan istifadə etməlidirlər.

Böyrək çatışmazlığı:

Dicloblok böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə tədqiqatlar mövcud olmadığı üçün dozanın tənzimlənməsi üçün tövsiyələr vermək mümkün deyil. Yüngül və ya orta dərəcədə böyrək çatışmazlığınız varsa, həkiminiz Sizi diklofenakı ehtiyatla qəbulu barədə xəbərdar edəcək.

Qaraciyər çatışmazlığı:

Dicloblok qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Qaraciyər çatışmazlığı olan xəstələrdə tədqiqatlar aparılmadığı üçün dozanın tənzimlənməsi üçün tövsiyələr vermək mümkün deyil. Yüngül və ya orta dərəcədə qaraciyər çatışmazlığınız varsa, həkiminiz sizi diklofenakı ehtiyatla qəbulu barədə xəbərdar edəcək. Əgər Sizdə

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, Dicloblok -un komponentlərinə qarşı həssas olan insanlarda əlavə təsirlər baş verə bilər.

Bəzi əlavə təsirlər ciddi ola bilər

Bu ümumi əlavə təsirlər hər 1000 xəstədən 1 – 10-a qədər baş verə bilər, xüsusən də sutkalıq doza (150 mq) uzun müddət ərzində qəbul edildikdə.

  • Ani və sıxıcı sinə ağrısı (miokard infarktı və ya ürək tutmalarının əlamətləri).
  • Təngnəfəslik, uzanarkən nəfəs almaqda çətinlik, baldırların və ya pəncələrin şişməsi (ürək çatışmazlığı əlamətləri).
  • Qarında ağrı, mədə pozğunlaqları, qıcqırma, köp, ürəkbulanma, qusma.
  • Mədədə və ya bağırsaqda qanaxmanın hər hansı bir əlaməti (qusma möhtəviyyətində qan, qara və ya tünd rəngli nəcis).
  • Allergik reaksiyalar, o cümlədən dəri səpgiləri, qaşınma, göyərmə, dəridə ağrılı qırmızı nahiyələr, dərinin soyulması və ya qabarcıqları.
  • Üzün, dodaqların, əllərin və ya barmaqların ödemi.
  • Dərinin və ya göz ağlarının saralması.
  • Davamlı boğaz ağrısı və ya yüksək hərarət.
  • Sidik miqdarında və ya görünüşündə gözlənilməz dəyişiklik

 

Ümumi əlavə təsirlər (100 xəstədən 10-da baş verir):

  • Baş ağrısı
  • Başgicəllənmə hissi
  • Vertigo (müvazinət pozğunluğundan yaranan başgicəllənmə)
  • Ürəkbulanma
  • Qusma
  • Diareya
  • Dispepsiya ( həzm pozğunluğu)
  • Qarın ağrısı
  • Köp
  • İştahsızlıq
  • Qaraciyər funksiyasının pozulması (məsələn, transaminazaların səviyyəsinin artması),
  • Dəri qaşınması
  • Yeridilən nahiyədə reaksiya, ağrı və bərkimə
  • Yeridilən nahiyədə qıcığlanma.
  • Mədədə ağrı

Nadir əlavə təsirlər (10.000 xəstədən 1-10-da müşahidə olunur)

  • Spontan qanaxma və ya qansızmalar (trombositopeniya, qanaxmanı dayandıran trombosit adlanan hüceyrələrin azalması ilə bağlı simptomlar)
  • Yüksək hərarət, tez-tez infeksiyalar, davamlı boğaz ağrıları (aqranulositoz, yəni orqanizmin infeksiyalara qarşı müdafiəsində iştirak edən bəzi hüceyrələrin azalması ilə bağlı simptomlar)
  • Nəfəs alma və udma çətinliyi, dəri səpgisi, qaşınma, övrə, başgicəllənmə (yüksək həssaslıq, anafilaktik və anafilaktoid reaksiyalar)
  • Xırıltı və öskürək ilə birlikdə nəfəs almada qəfil çətinlik və döş qəfəsində sıxılma (qızdırma olduqda astma və ya qızdırmada pnevmonit simptomları)
  • Ani və şiddətli baş ağrısı, ürəkbulanma, başgicəllənmə, yuxuya meyllik, zəif danışıq və ya danışa bilməmək, dodaqların və üzün zəifliyi və ya iflici (beyin qan dövranın pozulmasının və ya insultun əlamətləri)
  • Boyun əzələlərinin rigidliyi, qızdırma, ürəkbulanma, qusma, baş ağrısı (aseptik meningit adlanan beyin qişasının iltihabının əlaməti)
  • Qanla qusma və ya qanlı qusmanın əlamətləri və/və ya qara və ya qanlı nəcis (mədə-bağırsaq qanaxma əlamətləri)
  • Qanlı ishal (qanaxma ishalının əlamətləri)
  • Qara nəcis (melena adlanan bağırsaq qanaxmasının əlamətləri)
  • Mədə ağrısı, ürəkbulanma (mədə-bağırsaq xorasının simptomları)
  • Dərinin və ya gözlərin saralması (sarılıq əlamətləri), ürəkbulanma, iştahsızlıq, sidik tündləşməsi, hepatit (qaraciyərin iltihabı), qaraciyər çatışmazlığının əlamətləri
  • Başgicəllənmə (yuxuya meyllik əlaməti)
  • Mədə ağrısı (qastrit əlaməti)
  • Qaraciyər pozğunluğu
  • Qaşınan dəri səpgisi (övrə simptomları)
  • Ümumi şişlik (ödem əlamətləri),
  • Yeridilən nahiyədə nekroz.
  • Yoğun bağırsaqda ağrı (bəzən qanaxma və ifrazat / ifrazat ilə).

Çox nadir əlavə təsirlər (10.000 xəstədən 1-dən az)

  • Üzün və boğazın şişməsi (angionevrotik ödemin əlamətləri)
  • Eklampsiya (qıcolma simptomları)
  • Baş ağrısı, başgicəllənmə (hipertoniya və ya yüksək təzyiq əlamətləri)
  • Dəri səpgiləri, al-qırmızı ləkələr, qızdırma, qaşınma (vaskulit əlamətləri [qan damarlarının iltihabı])
  • İshal, qarın ağrısı, qızdırma, ürəkbulanma, qusma, qanaxma, kolit (yoğun bağırsağın iltihabı) və xoralı kolit və ya Kron xəstəliyinin kəskinləşməsi daxil olmaqla kolitin əlamətləri)
  • Qripə bənzər simptomlar, yorğunluq, əzələ ağrıları, qan testi nəticələrində qaraciyər fermentlərinin artması (fulminant hepatit, qaraciyər nekrozu, qaraciyər çatışmazlığı daxil olmaqla qaraciyər pozğunluğunun əlamətləri)
  • Dəri suluqları (bullöz dermatit əlamətləri)
  • Dərinin rəngi qırmızı və ya al qırmızı (damar iltihabının mümkün əlamətləri), suluqlu dəri səpgiləri, dodaqlarda, gözlərdə və ağızda suluqların əmələ gəlməsi, qaşınma və ya soyulma ilə əlagəli dəri iltihabı (eritema multiformalı və ya hərarət zamanı, Stivens-Conson sindromu (dəri və gözlərdə qan, şişkinlik və qızartı ilə ətrafın iltihabı) və ya toksik epidermal nekroliz (dəridə maye ilə dolu qabarcıklar ilə ağır xəstəliyin simptomları)
  • Qabıqlanma və ya qabıqlanma ilə müşahidə olunan dəri səpgisi (eksfoliativ dermatit simptomları)
  • Dərinin günəşə qarşı həssaslığının artması (fotohəssaslıq reaksiyasının əlamətləri)
  • Al qırmızı dəri ləkələri (allergiyadan yaranan purpura və ya Henoh-Şenleyn purpura əlamətləri)
  • Qarında köp, sidik ifrazında zəiflik hissi və ya anormal sidik ifrazı (kəskin böyrək çatışmazlığı əlamətləri)
  • Sidikdə həddindən artıq zülal miqdarı (proteinuriya əlamətləri)
  • Üz və ya qarın ödemi, yüksək qan təzyiqi (nefrotik sindromun əlamətləri)
  • Yüksək və ya zəif sidik ifrazı, başgicəllənmə, şuurun qarışığı, ürəkbulanma (tubulointerstitial nefrit əlamətləri)
  • Sidik ifrazının kəskin azalması (böyrək papilyar nekroz əlamətləri)
  • Qırmızı qan hüceyrələrinin səviyyəsinin aşağı olması (anemiya əlaməti)
  • Aşağı leykosit səviyyəsi (leykopeniya əlaməti)
  • Zamanın, məkanın və istiqamətin qavranılmasında təhrif (dezorientasiya)
  • Depressiya
  • Yuxuda çətinlik (yuxusuzluq əlaməti)
  • Qorxulu yuxular
  • Qıcığlandırıcılara qarşı yüksək həssaslıq
  • Narahat düşüncələr və ya əhval-ruhiyyə (psixotik pozğunluğun simptomları)
  • Əllərdə və ya ayaqlarda iynəbatırma və ya keyimə hissi (paresteziya əlaməti)
  • Yaddaşın pozulması (yaddaş pozğunluğunun simptomları)
  • Həyacanlıq
  • Tremor
  • Dad hissiyyatının pisləşməsi (disgeziya simptomları)
  • Eşitmədə çətinlik (eşitmə pozğunluğu əlaməti)
  • Görmə pozğunluqları (görmə pozğunluğu, bulanıq görmə, ikigörmə simptomları)
  • Qulaqlarda küy
  • Qəbizlik, ağız yaraları (stomatit (ağızda iltihab) simptomları)
  • Dildə şişkinlik, qızartı və ağrı (qlossit simptomları [dil iltihabı])
  • Qida borusunun pozğunluğu
  • Qarnın yuxarı hissəsində xüsusilə yeməkdən sonra ağrı (bağırsaq diafraqması xəstəliyinin əlaməti)
  • Ürək döyüntüsü
  • Sinə ağrısı
  • Qaşınan, qırmızı və yanan səpgilər (ekzema simptomları)
  • Dəridə qızartı (eritema)
  • Saç tökülməsi (alopesiya)
  • Qaşınma
  • Sidikdə qanın aşkarlanması (hematuriya)
  • Yeridilən nahiyədə absses.

Bu əlavə təsirlərdən hər hansı birini qeyd etdikdə, həkiminizə bu barədə məlumat verin.

Buraxılış forması

3 ml məhlul,  ampulda. Ampul №4 və ya №10 içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25◦C dərəcədən aşağı olan otaq temperaturda, işıqdan qorunmalı və uşaqların əli catmayan yerdə saxlamaq  lazımdır.

Yararlılıq müddəti

24 ay

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz

İstehsalçı 

Qeydiyyat vasiqəsinin sahibi:

TURKTIPSAN SAĞLIK TURİZM EĞİTİM VE TİCARET A.Ş.

AKYURT/ANKARA

Telefon: 0 312 844 15 08

e-mail: [email protected]

İstehsal olunduğu yer

TURKTIPSAN SAĞLIK TURİZM EĞİTİM VE TİCARET A.Ş.

AKYURT/ANKARA

Telefon: 0 312 844 15 08

e-mail: [email protected]


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow