Folfersin C nə üçündür?
Folfersin C - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı istifadə olunan preparatdır.

Folfersin C haqqında məlumat
Folfersin C qiyməti
Folfersin C qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Folfersin C qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
FOLFERSİN C.
Tərkibi:
Dəmir (II) (pidolat duzu şəklində)............15 mq
C vitamini (Askorbin turşusu)..............62,5 mq
B9 vitamini (Fol turşusu)......................200 mkq
B12 vitamini (Siankobalamin)................2,5 mkq
Məhsul haqqında məlumat:
Dəmir: bir çox fermentlərin, hemoqlobinin (eritrositlərin tərkibinə daxil olan zülaldır) və əzələ toxumasının
tənəffüsünü təmin edən mioqlobinin tərkibinə daxildir. Qanyaranmada və toxuma tənəffüsündə iştirak edir.
C vitamini: hamiləlik zamanı ciftin formalaşması və möhkəmləndirilməsində, döldə sümük və qığırdaq
toxumasının əmələ gəlməsində mühüm rol oynayır. Mübadilə proseslərini normallaşdırır, toxuma regenerasiyasını
stimulə edir. Damarların və kapillyarların divarlarını möhkəmləndirir, qanın laxtalanma proseslərini tənzimləyir.
İmmuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı olan davamlılığını artırır.
B vitamini 9: qanyaranma proseslərini və eritropoezi stimulə edir. Ciftin formalaşmasında və embriogenez
prosesində vacib rol oynayır. Dölün sinir borusu qüsurunun və anadangəlmə eybəcərliklərin yaranma təhlükəsini
azaldır, özbaşına düşüklərin və ciftin soyulmasının qarşısını alır. Teratogen faktorlardan orqanizmi qoruyur.
B vitamini 12: qanyaranma prosesində, eritrositlərin yetişməsində və mielin qişasının formalaşmasında vacib rol
oynayır. Fol turşusunun aktiv formaya çevrilməsində iştirak edir. Hamilələrin sinir sisteminə müsbət təsir göstərir,
dölün normal inkişafını tənzimləyir.
İstifadəsinə göstərişlər:
- Anemiyalar (meqaloblastik, pernisioz, dəmir-defisitli və s.);
- Fol turşusu və dəmir çatışmazlığı;
- Mədə-bağırsaq xəstəlikləri (qastrit, enterit, kolit, disbakterioz və s.);
- Hamiləliyə hazırlıq, hamiləlik və doğuşdan sonrakı dövr;
- Hamiləlik dövrünün toksikozları (yorğunluq, başgicəllənmə, ürəkbulanma, qusma);
- Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası;
- Müxtəlif mənşəli uşaqlıq qanaxmaları;
- Əqli və fiziki yüklənmə;
- İmmundefisit vəziyyətlər;
- Əməliyyat və infeksion xəstəliklərdən sonrakı reabilitasiya dövründə.
İstehsalçı ölkə
İtaliya
Folfersin C nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Anemiya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






