Nat sedativ kapsulu haqqında məlumat

Nat sedativ kapsulu - Depressiya zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında, xroniki yorğunluq sindromu və asteniya zamanı, qalxanabənzər vəzi (zob) xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 17, 2024 - 08:33
Sep 17, 2024 - 08:35
 0
Nat sedativ kapsulu haqqında məlumat
Nat sedativ kapsulu

Nat sedativ kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Nat sedativ kapsul qiyməti

Nat sedativ qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nat sedativ kapsulu qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nat sedativ kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Herba Flora şirkətinin tam təbii, bitki tərkibli Nat-sedativ kapsulu bu və ya digər nevroloji problemlər zamanı yüksək effektə malikdir. Kapsul sinir sisteminin mərkəzi bölmələrində benzodiazepin reseptorlarına təsir edərək reflektor oyanıqlığı azaldır. Baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir. Sedativ, trankvilizəedici – qıcolma əleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Nat-Sedativ kapsul ürəyin və beyinin oksigenlə təchizatını artırır, ürək əzələsini tonuslandıraraq qan dövranını yaxşılaşdırır, taxikardiya və aritmiyaları da aradan qaldırır.

Nat Sedativ kapsul təsiri

Herba Flora şirkətinin Nat-sedativ kapsulu digər sakitləşdirici və kimyəvi preparatlardan fərqli olaraq tərkibindəki mayasarmaşığı qozasının kumarin maddəsi, istiotlu nanə yarpağının mentol efir yağı sayəsində gün ərzində insan orqanizminə stimullaşdırıcı, tonuslandırıcı təsir edərək çox yuxululuğun qarşısını alır. Həm orqanizmi gümrahlaşdırır, həm də əhvali-ruhiyyəni yüksəldir. Kapsulun tərkibindəki el arasında ballı nanə kimi tanınan dərman bədrəncotu isə tac damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır. Ürək nahiyəsindəki sinir mənşəli ağrıları, ürəkdöyünmələrin sayını azaldır və arterial təzyiqi aşağı salır. Həm də yüngül sidikqovucu effekt verir. Dərman bədrəncotunun sinir sistemini sakitləşdirici təsiri də məlumdur.

Herba Flora şirkətinin Nat-sedativ kapsulu tam təbii, bitki tərkibli olduğu üçün bütün xəstələrdə, o cümlədən, predmenstrual sindrom və klimaks, hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar, şəkərli diabet, hipertireoz kimi xəstəliklər zamanı narahatlıq, yuxusuzluq, qorxu, isterik vəziyyət, yorğunluq, depressiv vəziyyət və s. kimi psixoemosional sferada olan bütün problemlərdə tədricən təsir göstərir. Nat-sedativ kapsulunu həm tək şəkildə, həm də Herba Flora şirkətinin Sedativ çayı ilə kombin şəklində qəbul edə bilərsiz. 2 yaşdan yuxarı uşaqlar və böyüklər 1-2 kapsuldan gündə 3 dəfə, yeməkdən əvvəl daxilə qəbul etməli.

Bir kapsulun tərkibi:

Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrənc (Melissa officinalis) yarpağının tozu – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının tozu – 100 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:

Sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: 

Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 

25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 

400 mq-lıq 100 kapsul, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Nat sedativ kapsul nə üçündür?

  1. Qalxanabənzər vəzi (zob) xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  5. Aritmiya zamanı istifadə olunan dərmanlar
  6. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  7. Depressiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow