Eurofar damcı nə üçündür?

Eurofar damcı - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Sep 17, 2024 - 07:49
 0
Eurofar damcı nə üçündür?
Eurofar damcı

Eurofar damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Eurofar damcı qiyməti

Eurofar qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Eurofar damcı qiyməti 21 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Eurofar sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 5 ml-də:

Dəmir (mikroinkapsulyasiya olunmuş dəmir (dəmir saxarat (ferric saccharate) -16,3625 mq, kalsium alginat (calsium alginate) - 4,8875 mq)- 21,25 mq). 21,25 mq mikroinkapsulyasiya olunmuş dəmir 8,5 mq elementar Fe ekvivalentdir.

C vitamini (natrium l-askorbat (sodium l-ascorbate) - 56,2 mq

Farmakoloji təsiri:

Dəmir orqanizmdə vacib rolu olan minerallardan biridir. Dəmir hemoqlobin, mioqlobin (əzələ lifləri) və fermentlərin sintezində iştirak edir. Dəmir defisiti olan uşaqlarda ürək küyləri, tez yorulma, halsızlıq, diqqət dağınıqlığı, dərslərdən geri qalma, əzələ gücünün az olması, iştahsızlıq, tez-tez xəstələnmə halları müşahidə olunur.

Eurofar damcı yeni nəsil preparat olub, tərkibindəki dəmir elementi mikroinkapsulyasiya texnologiyası ilə istehsal olunmuşdur. Mikroinkapsulyasiya olunmuş dəmir yüksək biomənimsənilməyə və asan absorbsiyaya malikdir. Mikroinkapsulyasiya texnologiyası ilə oksidləşməyə həssas olan vitaminlər və yağ turşuları kimi komponentlər dəmirlə qarşılıqlı təsir əlaqəsinə  girmir. Eyni zamanda, dəmirin əlavə təsirləri mikroinkapsulyasiya ilə azaldılır. İstifadəsi zamanı digər dəmir tərkibli preparatlarından fərqli olaraq, ağızda metal dadı, mədə-bağırsaq pozulmaları, nəcisdə rəng dəyişikliyi kimi əlavə təsirlər meydana çıxmır. Dəmirin sorulmasını artıran mikroinkapsulyasiya texnologiyası sayəsində qəbul edilən miqdar tamamən absorsiya olunur.

C vitamini güclü antioksidant xüsusiyyətinə malik olan bir vitamindir. C vitamini birləşdirici toxumanın möhkəmlənməsində və immunitetin artırılmasında əhəmiyyətli rola malikdir. İnsan orqanizmində qan yaranması üçün vacib olan dəmirin qana sorulmasını asanlaşdırmağa və biomənimsənilməsini artırmağa kömək edir və dəmir defisitli anemiyaların yaranmasının qarşısının alınmasında mühüm rola malikdir. Orqanizmin C vitamini ehtiyacı uşaqlıq (sürətli böyümə) dövründə, hamiləlik və laktasiya zamanı artır. C vitamini bədəndə depolanmadığı üçün mütləq xaricdən alınmalıdır.

Eurofar damcı preparatının

• Müxtəlif mənşəli dəmir çatışmazlığı zamanı;

• Latent və klinik müşahidə olunan dəmir defisitli anemiyalar və onların profilaktikasında;

• Uşaqlıq dövründə gündəlik dəmir qəbulunun təmin olunması üçün bioloji fəallığa malik qida əlavəsi

(BFMQƏ) olaraq istifadə olunması məsləhət görülür.

İstifadə qaydası və tövsiyə edilən sutkalıq doza: 

4-14 yaş arası uşaqlar 15 damcı gündə 1 dəfə.

Əks göstərişləri: 

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq. Hemosideroz, hemoxromatoz.

Buraxılış forması: 

20 ml.

Bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ). Dərman vasitəsi deyildir.

Saxlanma şəraiti: 

25˚C-dən aşağı temperaturda, sərin və quru yerdə saxlamaq lazımdır.

Xəbərdarlıq: 

Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Uşaqların əli çatmayan yerdə saxlayın. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İstehsalçı: 

VEFA İlaç

Eurofar damcı nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  3. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow