Alaqanqal toxumu istifadə qaydası və faydaları nədir?

Alaqanqal toxumu - Kolit zamanı, öd xəstəliklərinin müalicə və profilaktikasında, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 17, 2024 - 18:03
Sep 17, 2024 - 18:53
 0
Alaqanqal toxumu istifadə qaydası və faydaları nədir?
Alaqanqal toxumu

Alaqanqal toxumu haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Alaqanqal toxumu qiyməti

Alaqanqal qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alaqanqal toxumu qiyməti 2 azn - 3 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alaqanqal yağı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Ləkəli alaqanqal toxumlarının tərkibində flavonoidlər və flavo­nolignanlar (silimarin, silibinin, silikristin, silidianin), alkaloidlər, saponinlər, piyli yağlar (25%-ə qədər), zülallar, K vitamini, qətran­lar, selik, tiramin, histamin, həm­çinin makro- və mikro­ele­mentlər (manqan, mis, sink, xrom, selen, yod, bor) var.

İstifadə qaydası

İki xörək qaşığı xammalın üzərinə 0,5 litr qaynar su əlavə edilir, su hamamında suyun yarısı qalana qədər qaynadılır, süzülür. Gündə 3 dəfə yeməkdən 1 saat sonra 1/3 stəkan daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır. Həmçinin toxumu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən 20 dəq. əvvəl daxilə qəbul etmək olar.

Alaqanqal toxumu faydaları

Alaqanqalın xalq təbabətində əvəzsiz bir bitki olduğu hamıya məlumdur. Bu bitkiyə demək olar ki, ölkəmizin hər yerində yaz və yay aylarında rast gəlmək olur. Şərqi və Qərbi Avropada isə daha geniş yayılmışdır. Xüsusi qulluq tələb etməyən alaqanqal bitkisi həm tibdə istifadə etmək üçün, həm də dekorativ məqsədlə becərilir. Təbabətdə alaqanqalın toxumlarından və yağından güclü hepatoprotektor kimi istifadə olunur. Bitkinin toxumlarından alınan yağ tərkibindəki aktiv maddələr sayəsində qaraciyər hüceyrələrini qoruyur, onların zədələnməsinin və infeksiyalaşmasının qarşısını alır. Alaqanqal toxumu əsasında hazırlanan fitopreparatlar qaraciyərin, öd kisəsinin və mədə-bağırsaq traktının sekretor funksiyasını stimullaşdırır, maddələr mübadiləsini və həzm proseslərini normallaşdırır. Buna görə də alaqanqal yalnız qaraciyər və mədə-bağırsaq traktının xəstəliklərinin müalicəsində deyil, həm də şəkərli diabetdə  aşağı ətrafların varikoz xəsəliyində istifadə olunur. Toxumlarının tərkibindəki maddələr qaraciyərin qoruyucu xüsusiyyətlərini artırır və hər cür zəhərlənməyə qarşı müqavimət göstərir.

Farmakoloji təsiri

Hepatoprotektor

İstehsalçı ölkə

Azərbaycan

İstehsalçı firma

Herba Flora

Alaqanqal toxumu nə üçündür?

  1. Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  3. Kolit zamanı istifadə olunan dərmanlar
  4. Dərman bitkiləri

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow