Komposor 25 lepidium kompleks istifadə qaydası necədir?

Komposor 25 lepidium kompleks - Böyrəkdaşı xəstəliyində, böyrək çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Sep 28, 2024 - 17:14
Sep 28, 2024 - 17:15
 0
Komposor 25 lepidium kompleks istifadə qaydası necədir?
Komposor 25 lepidium kompleks

Komposor 25 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Komposor 25 qiyməti

Komposor 25 lepidium qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Komposor 25 qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Composor qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi:

  • Enli yarpaqlı tərə (Lepidium latifolium L.)…......…................……… 7%                                                                                                                                                                              
  • Adi ayıqulağı otu (Arctostaphylos uva-ursi Sprengel)..................….5%   
  • Adi qızılsəbət otu (Solidago virga-aurea L.)….………………………5%                                                                                   
  • Bitki mənşəli qliserin və distillə edilmiş su…………………………....83%

Xüsusiyyətləri:

Komposor Lepidium Kompleks 25 dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Bitkilərin bu kombinasiyası böyrək daşlarını, əsasən kalsium oksalat tərkibli daşlarını əritmək xassəsinə malikdir. Bu vasitənin antikalkulyoz, sidikqovucu, antiseptik və büzücü təsirləri var. 

Enli yarpaqlı tərə. Litolitik təsiri sayəsində böyrək daşlarını, əsasən də kalsium oksalat tərkibli daşları əridir. Eləcə də antiseptik, sidikqovucu və büzücü təsirlərə malikdir.                                                                                                                            

Adi ayıqulağı otu. Müalicəvi təsiri xəstə orqanizmdə hidroliz nəticəsində meydana çıxan arbutin sayəsində həyata keçirilir. Sidikqovucu və antiseptik təsir göstərir (uroantiseptik).     

Adi qızılsəbət otu. Bu bitkinin tərkibinə sidikqovucu təsir göstərən flavanoidlər, fenol turşuları, kumarinlər daxildir.  Spazmolitik və ağrıkəsici təsirləri aydın təzahür edir. Böyrəklərdə və sidik kisəsində olan daşların əriməsinə səbəb olur.                                                                                                                                      

Göstərişlər

Köməkçi vasitə kimi böyrək daşlarının (kalsium-oksalat) əmələ gəlməsinin və formalaşmasının qarşısının almaq məqsədi ilə istifadə olunur. 

İstifadə qaydası və dozası

Komposor Lepidium Kompleks 25 aşağıdakı qaydada qəbul edilməsi məsləhət görülür:                          

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                  

Vasitənin əvvəlcə az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Müalicə kursu on dörd gündən artıq davam etməməlidir.                                                                                                                                                                          

Əlavə təsirlər

Aşkar olunmayıb.                                                                                                                                                              

Əks-göstərişlər

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Ehtiyyat tədbirləri         

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.                                                                                       

Buraxılış forması

Komposor Lepidium Kompleks 25, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.                                                           

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.

Komposor 25 nə üçündür?

  • Böyrəkdaşı xəstəliyində istifadə olunan dərmanlar
  • Böyrək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
  • Homeopatik vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow