Komposor 8 echina complex nə üçündür?

Komposor 8 echina complex - İmmunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Sep 28, 2024 - 17:23
 0
Komposor 8 echina complex nə üçündür?
Komposor 8 echina complex

Komposor 8 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Komposor 8 qiyməti

Komposor 8 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Komposor 8 qiyməti 19 azn - 22 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Komposor 8 echina complex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi:

  • Nazikyarpaqlı exinaseyanın quru ekstraktı (Echinacea angustifolia L.) …..........10%   
  • Propolis (Propolis) …………........................…………………………...……..........5.55%   
  • Adi kəklikotu efir yağı (Thymus vulgaris L.)………………….…..…………...........0.5%
  • Bitki  qliserini və distillə edilmiş su ……..…………….......................……….…….83.95% 

Xüsusiyyətləri:

Komposor Exina Kompleks 8 dərman bitkilərin quru ekstraktlarının və  essensial yağların bitki qliserində həll edilmiş kombinasiyasıdır. Bu bitki kombinasiyası orqanizmin müdafiyə (immun) sistemini stimullaşdırır. İnfeksion xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə istifadə olunur.                                                                            

Nazikyarpaqlı exinaseyanın tərkibindəki bioloji-aktiv maddələr orqanizmin qeyri-spesifik müdafiə reaksiyalarını aktivləşdirir. Aktiv maddələr leykositlərin (qranulositlərin) miqdarını artıraraq və faqositozu stimullaşdıraraq, mikroorqanizmlərin böyümə və çoxalmasının qarşısını alır. Həmçinin, qrip və herpes viruslarına qarşı virusəleyhinə təsir göstərir.

Propolis antibakterial, iltihabəleyhinə təsir göstərir, orqanizmə tonuslayıcı təsir göstərir, immun sistemini stimulə edir, təbii ağrıkəsicidir, mikrisirkulyasiyanı yaxşılaşdırır, hüceyrə regenerasiyasını aktivləşdirir.

Kəklikotu efir yağının əsas tərkib hissəsini timol təşkil edir, spazmolitik, antiseptik, bakteriosid təsir göstərir.

Göstərişlər

Orqanizmin qeyri-spesifik müdafiyə reaksiyalarının stimulyasiyası məqsədi ilə istifadə olunur. 

İstifadə qaydası və dozası

Komposor Exina Kompleks 8 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                      

Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.  

Əlavə təsirləri

Aşkar olunmayıb.

Əks göstərişlər

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Buraxılış forması

Komposor Exina Kompleks 8, 50 ml-lik flakonda pipetlə birlikdə buraxılır.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.

Komposor 8 nə üçündür?

  1. Homeopatik vasitələr
  2. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow