Komposor 05 valerian complex qiyməti və istifadə qaydası necədir?

Komposor 05 valerian complex - Sinir oyanıqlığında, yuxu pozğunluğu zamanı istifadə olunan preparatdır.

Sep 28, 2024 - 17:37
 0
Komposor 05 valerian complex qiyməti və istifadə qaydası necədir?
Komposor 05 valerian complex

Komposor 05 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Komposor 05 qiyməti

Komposor 05 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Komposor 05 qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Komposor 05 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 Tərkibi:

Qonaqotu (Passiflora incarnata L.)……………..12%

Yemişan (Crataegus oxyacantha L.)….. …….….....7%

Pişikotunun (Valeriana officinalis L.)………….......6%  

quru ekstraktı.

Narınc yağı (Citrus aurantium L.)…...………….0.15%      

Bitki mənşəli qliserin və distillə edilmiş su …...74.85%

Xüsusiyyətləri:

Komposor 5 dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası sedativ, spazmolitik, və zəif hipotenziv təsirə malik olub, müxtəlif sinir pozulmalarında istifadə olunur.

Qonaqotu. Tərkibinə indol alkaloidləri (qarmin, qarman və qarmol), qamma-piron derivatları (maltol, etilmaltol) və flavonoid derivatları (kversetol, apigenol,viteksin, oriyentin və s.) daxil olub, sedativ və spazmolitik  təsir göstərirlər.                                                                                           

Yemişan. Tərkibinə daxil olan polifenol substansiyaları (flavonoidlər, katexinlər, oliqomerlər və s.), triterpen derivatları (krateqol, ursol, oleanol turşuları), esterollar, amin turşuların derivatları və s. kardiotonik, damargenişləndirici, spazmolitik, sedativ, hipotenziv və diuretik təsir göstərirlər.

Pişikotu. Pişikotu sedativ, spazmolitik və zəif yuxugətirici təsirə malikdir. Tərkibinə alkaloidlər, essensial yağlar və efirlər daxildir.

Narınc yağı. Tərkibində limonenlə, linalonla zəngin olan essensial yağlar olduğundan, spazmolitik, zəif sedativ və yuxugətirici təsirə malikdir.

Göstərişlər

Sakitləşdirici vasitə kimi aşağıdaki hallarda istifadə oluna bilər:

- yüksək sinir oyanıqlığı, qıcıqlanma, yuxusuzluq.

İstifadə qaydası və dozası

Komposor 5 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                  

Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.   

Əlavə təsirləri

Aşkar olunmayıb.

Əks-göstərişlər

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Buraxılış forması

Kоmposor 5, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.

Komposor 05 nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Homeopatik vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow