Komposor 24 uva-ursi kompleks haqqında məlumat
Komposor 24 uva-ursi kompleks - Sidik ifrazatı xəstəliklərində, böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Komposor 24 haqqında məlumat
Komposor 24 qiyməti
Komposor 24 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Komposor 24 qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Composor 24 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
Tərkibi
Ayıqulağı (Arctostaphylos uva-ursi Sprengel.)………….. 7%
Süpürgə kolu (Calluna vulgaris L.)……………..………...5%
Tozağacı (Betula alba L.) ……………...………………...4%
Şam ağacının efir yağı (Pinus sylvestris L.)..................0.3%
Bitki qliserini və distilləolunmuş su ...........................…..83.7%
Xüsusiyyətləri:
Komposor Uva-Ursi Kompleks 24 dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasıdır. Bu bitki kombinasiyası sidik yollarının infeksion xəstəliklərinin (sistit, uretrit, piyelonefrit xə s.) müalicəsi ücün təyin olunur, antiseptik və diuretik təsir göstərir. Ayıqulağının əsas təsiri arbutin qlikozodi ilə bağlıdır, hansı ki, orqanizmdə qlükoza və hidroxinona parçalanaraq, qıcıqlandırıcı və dezinfeksiyaedici təsir göstərir. Böyrəklərdən xaric olaraq, hidroxinon diurezi artırır və dezinfeksiyaedici təsir göstərir.
Süpürgə kolu. Tərkibində arbutin və parçalanma maddəsi olan hidroxinon, fermentlər büzücü və mineral maddələr (əhəng, silisium turşusu), saponinlərin təsiri ilə bağlıdır. Sidikqovucu, iltihabəleyhinə, mikrobəleyhinə və büzücü təsir göstərir.
Tozağacı. Tərkibindəki flavanoidlər (hiperozid, kvarsetol-3-qalaktozid) diuretik efekt göstərir.
Şam ağacı. Şam ağacının efir yağının təkibinə pinen, borneol, limonen, bornilasetat, kerdinen daxildir. Antiseptik, sidikqovucu təsir göstərir.
Göstərişlər
Köməkçi vasitə kimi sidik yollarının infeksion-iltihabi xəstəlikləri (piyelonefrit, sistit, uretrit) zamanı istifadə olunur.
İstifadə qaydası və dozası
Komposor Uva-Ursi Kompleks 24 aşağıdakı qaydada qəbul edilməsi məsləhət görülür: Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.
Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Müalicə kursu on dörd gündən artıq davam etməməlidir.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Əks-göstərişlər
Tərkib hissələrinə qarşı yüksək həssaslıq.
Ehtiyyat tədbirləri
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
Buraxılış forması
Komposor Uva-Ursi Kompleks 24, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.
DƏRMAN VASİTƏSİ DEYİL.
İstehsalçı
SORİA NATURAL, S.A
La Sacea№1, Tel. 975 252 046
GARRAY, SORIA, SPAIN.
Komposor 24 nə üçündür?
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
- Homeopatik vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






