Peel sprey istifadə qaydası necədir?
Peel sprey - Qrip zamanı, rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Peel sprey haqqında məlumat
Peel sprey qiyməti
Peel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Peel sprey qiyməti 22 azn - 25 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Peel 20 ml qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
- Vitamin A (Retinolum) ................................................0,05 %
- D Pantenol (D-panthenolum) .........................................0,1 %
- Çobanyastığı yağı (Matricária oil - ромашка) ..........100 mq
- Çaytikanı yağı (Hippóphaë oil - облепиха) ..................50 mq
- Vitamin E (Tocopherolum) ...........................................10 mq
Farmokoloji xüsusiyyətləri:
PEEL nazal sprey burun boşluğunu yumşaldır, selikli gişanın nəmliliyini və elastikliyinin saxlanmasına kömək edir, epitelin regenerasiya prosesində iştirak edir. Tərkibindəki A, E və D-Pantenol burun boşluğunun nəmliliyini bərpa edir, yaraların sağalmasını stimulə edir. PEEL kimyəvi preparatlarla müalicədən və cərrahi müdaxilədən sonra burunun selikli qişasını, atrofiyasını tez və effektiv bərpa edir. Güclü qıcıqlanmanı və iltihabı aradan qaldırır. Allergik reaksiyaları aradan qaldıraraq bakteriosid təsir göstərir. Selikli qişanın quruluğunun qarşısını alır. PEEL nazal sprey antioksidant təsir göstərərək toxumaların regenerasiyasını bərpa edir və sərbəst radikalları zərərsizləşdirir. Müxtəlif patalogiyaların inkişafının qarşısını alır, yaraların sağalmasını tezləşdirir və kapilyarların divarını möhkəmləndirir.
PEEL nazal spreyin tərkibindəki A vitamini və ya retinol orqanizm üçün zəruri olan vitaminlər arasında ilk beşliyə daxildir. Məlumdur ki, resperator viruslar burun və ağız boşluqlarının selikli qişalarından orqanizmə daxil olurlar. Lakin yerli müqavimət əla olarsa bu mümkün olmur. Virus infeksiyaları zamanı yerli immuniteti artırmaq məqsədiylə yerli olaraq A vitamini geniş istifadə olunur. Artıq təstiqlənib ki, A vitamini tənəffüs yollarının selikli gişasını infeksion xəstəliklərə qarşı hüceyrə və humoral müqaviməti artırır. İnfeksion agentə qarşı B-T limfositlərin cavabını, interferonun istehsalını, monosit və dendrit hüceyrələrin işini artırır. Burun boşluğunda A vitamini hüceyrə populyasiyasını cavanlaşdırır nəmlənmə prosesini və iybilməni bərpa edir, və burun quruluğunda geniş istifadə olunur.
Vitamin E güclü antioksidan olaraq iltihabi prosesin qarşısını alır. Çobanyastığı və çaytikanı yağlara E vitamininin əlavə edilməsi antiinflamator (iltihabəleyhinə) və yumşaldıcı təsiri artırır, burun selikli qişasının damarlarının keçiriciliyinin və kövrəkliyinin qarşısını alır (ödeməleyhinə, qanaxmaəleyhinə).
D-pantenol burun selikli qişasının təbii yaxşılaşmasına kömək edir yanma və qıcıqlanmanı aradan qaldırır dərinin və selikli qişaların nəmini artırır zədələnmiş toxuma hüceyrələrinin yenilənməsini sürətləndirir və artırır iltihabı azaldır
Çobanyastığı yağı çox müsbət təsir göstərən bir çox faydalı komponentdən ibarətdir: flavonoidlər, qlükozidlər, üzvi turşular, triterpen spirtləri, fitosterol, xolin, xamazulen, kumarin, həmçinin A, B1 və B2 vitaminləri. Bu kompozisiya sayəsində çobanyastığı yağı iltihabəleyhinə, antifungal, yarasağaldıcı, yeniləyici xüsusiyyətlərə sahibdir.
Çaytikanı yağı tərkibi hiporamin adlı maddə ilə zəngindir hansı ki, virusəleyhinə aktivliyə malikdir. Tərkibindəki yağ turşuları isə regenerasiyaedici və güclü iltihabəleyhinə təsirlər göstərirlər. Çaytikanı yağı müxtəlif etiologiyalı (yaralar, radiasiya, yanıqlar, xoralar) dəri və selikli qişalarında yaranan zədələnmələrə qarşı bərpaedici prosesləri stimullaşdırır. Ümumi müqaviməti artıran, antioksidan və sitoprotektiv təsir göstərir. Sərbəst radikalları neytrallaşdırır və oksidləşmə proseslərin intensivliyini azaldır antikanserogen təsir göstərir. Ayrıca çaytikanı yağı, sinusit, adenoidlər, faringit və poliplərdə belə istifadə oluna bilməsi ilə diqqət çəkir, xorultudan qurtulmağa, selikli qişanı nəmləndirməyə kömək edir.
Göstərişləri:
- Burun boşluğu, burun ətrafı ciblər, burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin profilaktik və kompleks müalicəsində
- Kəskin və xroniki rinit ( zökəm )
- Kəskin və xroniki sinusit ( haymorit, frontit )
- Kəskin və xroniki adenoidit
- Allergik və vazomotor rinit (polinoz )
- Subаtrofik rinit ( selikli qişanın quruluğu )
- Zədə nəticəsində yaranmış burun qanaxmalarının azaldılması məqsədilə
- Endoskopik müayinələr zamanı və tamponların tətbiqində sürüşkənlik yaratmaq məqsədilə
- KRVİ və qripin kompleks müalicəsi zamanı
- Burun boşluğu və burun ətrafı ciblərin cərrahi müdaxilədən sonra
İstifadə qaydası və dozalanma:
Bilavasitə selikli qişaya püskürtülür. Hər istifadədən əvvəl yaxşı-yaxşı çalxalanmalıdır;
- 1-6 yaş 1 dozadan gündə 1 dəfə
- 6-12 yaş 1 dozadan gündə 2 dəfə
- 12 yaşdan yuxarı və böyüklərə 2 dozadan gündə 3-4 dəfə.
Əks göstərişlər:
Preparatın tərkibindəki hər hansısa kompanentə qarşı hiper həssaslıq;
Buraxılış forması:
PEEL 20 ml nazal sprey karton qutuda.
İstehsalçı:
Ensa MNS Türkiyə.
Peel sprey nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






