Larifan sprey istifadə qaydası necədir?

Larifan sprey - Ağız boşluğu xəstəlikləri zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 7, 2024 - 07:55
 0
Larifan sprey istifadə qaydası necədir?
Larifan sprey

Larifan sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Larifan sprey qiyməti

Larifan sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Larifan sprey qiyməti 20 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Larifan qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddələr:

İkispirallı ribonuklein turşusu (isRNT)– 2 mq

Köməkçi maddələr:0.9% Natrium Xlorid məhlulu  (0.9% NaCl solution)

Farmakoloji xüsusiyyətləri:

Larifan spreyi ağız boşluğu üçün nəzərdə tutulmuş tibbi vasitədir.Larifan sprey udlaq və yuxarı tənəffüs yolları vasitəsilə virus infeksiyasının orqanizmə daxil olmasının qarşısını almaqda effektiv təsir göstərir.Larifan spreyi ağız boşluğunda, farenksdə və yuxarı tənəffüs yollarında qıcıqlanma, iltihab və ağrılar zamanı istifadə üçün tövsiyə olunur.

Larifan sprey -təbii mənşəli bakteriofaqla yoluxmuş E.coli hüceyrələrindən biotexnoloji yolla  alınmış iki zəncirli RNT-dir. isRNT – endogen  interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Larifanın əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir .Larifan sprey  immun hüceyrələrini ( limfositləri, makrofaqları, sitotoksik hüceyrələri və s). aktivləşdirir. İmunomodulyator təsir göstərərək ağız boşluğu , boğaz  və burunun  infeksiyalarında istifadə olunur.Spreyi müalicə və profilaktika məqsədilə istifadə etmək olar. Kimyəvi antiviral preparatlarla müqayisədə Larifanın üstünlüyü onun geniş antiviral spektri və immunosupressiv xüsusiyyətlərin olmamasıdır.

İstifadəsinə göstərişlər:

  • Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri  (angina, faringit, tonzillit, laringit).
  • Rinitlər (kəskin, xroniki)
  • Ağız boşluğunun selikli qişasının infeksion xəstəlikləri ( stomatit , aftoz yaralar)

İstifadə qaydası və dozası :

Gündə 3-4 dəfə 4-5 püskürtmədən istifadə olunur. İstifadə müddəti  2-3 gündür. Ağız və burun boşluğuna tətbiq oluna bilər.

Hazırlanma qaydası:

Plastik flakonda olan 2 ədəd 0,9% NaCL 30 ml şüşə flakona boşaldılaraq çalxalanır. Hazır məhlul dondurulmuş halda 3 ilə qədər öz keyfiyyətini itirmir.

Əks göstərişləri: 

Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: Quru, sərin və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Buraxılış forması:

toz + məhlul

Qablaşdırma forması:1 x 2 ədəd 5ml plastik flakon + 30 ml şüşə flakon, karton qutu qablaşmada

İstehsalçı: 

Larifan Ltd, Latvia

Azərbaycanda rəsmi distribütor: 

Healpro MMC

Larifan sprey nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow