Larifan ungo məlhəm nə üçündür?
Larifan ungo məlhəm - Qrip zamanı, dəri infeksiyaları zamanı istifadə olunan preparatdır.

Larifan ungo məlhəm haqqında məlumat
Larifan ungo məlhəm qiyməti
Larifan ungo qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Larifan ungo məlhəm qiyməti 13 azn - 15 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Larifan ungo maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Təsiredici maddələr:
İkispirallı ribonukleyin turşusu (irRNS) -1,25 mq
Köməkçi maddələr: Natrium xlorid (Sodium chloride), Metilparahidroksibenzoat (Methyl parahydroxybenzoate), Propilparahidroksibenzoat Propylparahydroxybenzoate ), Lanolin (Lanolin anhydrous), Parafin ( Paraffin, hard ), Vazelin yağı (Vasaline oil), Pentaerititol diolat (Pentaerythritol dioleate), Təmiz su ( Water purified)
Farmakoloji xüsusiyyətləri:
Larifan ungo nun tərkibindəki patentləşdirilmiş isRNT dərinin və dodaqların infeksion xəstəliklərdən təbii müdafiə reaksiyasını artırır. isRNT – endogen interferon induksiyasında iştirak edərək antiviral və antibakterial təsirlər göstərir. Larifanın əsas funksiyası orqanizmi mobilləşdirilmiş və aktivləşdirilmiş immunitet mexanizmləri ilə təbii fəaliyyətini tənzimləməkdir.Yerli olaraq immun sistemi aktivləşdirir, bakteriya və virusların artmasının qarşısını alır. Virus əleyhinə təsiri virusun replikasiyasını inqibə edən bir sıra hüceyrədaxili fermentlərin aktivləşməsi ilə bağlıdır. Immunomodulyasiya təsiri ilk növbədə immun sisteminin hüceyrə reaksiyalarının güclənməsi ilə bağlıdır. Bu da viruslara, hüceyrədaxili parazitlərə və şiş transformasiyasına məruz qalmış hüceyrələrə qarşı immun cavabın effektivliyini artırır. Bu CD8+ T-kilerlərin, NK-hüceyrələrin (təbii kilerlərin) aktivləşməsi, B-limfositlərin və onların anticisimlərinin diferensiasiyasının güclənməsi, monositar – makrofaqal sistemin və faqositozun aktivləşməsi, eləcə də I tip histouyğunluq kompleksinin molekullarının ekspressiyasının artması hesabına əldə olunur. Interferon təsiri altında bütün selikli qişa qatlarında olan leykositlərin aktivləşməsi onların patoloji ocaqlarının aradan qaldırılmasında aktiv iştirak etməsini təmin edir. Burun dəliklərinin ətrafına və dodaqlara tətbiq olunduqda viral və bakterial respirator xəstəliklərdən qoruyur.
İstifadəsinə göstərişlər:
- Dəri və dodaq infeksion xəstəliklərində ( herpes simplex , herpes zoster virusları, bakterioloji infeksiyalar)
- Respirator xəstəliklərin profilaktikasında
- Yoluxucu xəstəliklərin epidemiyaları zamanı
İstifadə qaydası:
Gündə 1-2 dəfə təmiz dəriyə, dodaq və burun dəliyi ətrafına nazik qat çəkilir.
Buraxılış forması:
məlhəm, qablaşdırma forması 5 q tubda, karton qutu qablaşmada
Əks göstərişlər:
Məhsulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
İstehsalçı:
Larifan Ltd, Latvia
Azərbaycanda rəsmi distribütor:
Healpro MMC.
Larifan ungo məlhəm nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






