Angins 10 sprey istifadə qaydası necədir?
Angins 10 sprey - Angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Angins 10 haqqında məlumat
Angins 10 qiyməti
Angins 10 sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Angins 10 qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Angins qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Nar qabığının, küknar yarpağının, mixək tumurcuğunun, yaşıl çay yarpağının, propolisin, aptek çobanyastığı çiçəyinin, kəklikotu otunun, itburnu meyvəsinin, biyan kökünün, adaçayı yarpağının, evkalipt yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, palıd qabığının, exinaseya otunun, meşə əməköməci çiçəyi və yarpağının spirtli çıxarışı, distillə suyu.
Farmakoloji təsiri:
- Nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü və antibakterial təsir göstərir, virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır.
- Evkalipt, adaçayı, gülümbahar və bibəriyyə otu güclü antibakterial, antifunqal və virus əleyhinə effekt verir.
- Aptek çobanyastığı, kəklikotu, biyan kökü və əməköməci çiçəyi iltihab əleyhinə təsir edir, ağız boşluğu və udlaqda qızartı və şişkinliyi aradan qaldırır.
- İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngindir, dişəti xəstəliklərinin qarşısını alır.
- Mixək, exinaseya və propolis yerli anestetik və ağrıkəsici effekt verir.
İstifadəsinə göstərişlər:
- Angina, tonzillit
- Faringit, laringit
- Gingivit
- Parodontoz
- Halitoz
- Diş ekstraksiyasından sonra
- Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
- Müxtəlif etiologiyalı quru öskürəklərdə
Əks göstərişlər:
Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.
Angins 10 nə üçündür?
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Öskürək əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- angins 10
- angins 10 sprey
- angins 10 sprey qiymeti
- angins
- angins sprey
- angins 10 sprey istifade qaydasi
- angins 10 istifade qaydasi
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






