Lantigen B istifadə qaydası necədir?

Lantigen b damcı - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, angina, faringit, laringit zamanı, öskürək zamanı istifadə olunan preparatdır.

Nov 15, 2024 - 15:40
Nov 15, 2024 - 15:38
 0
Lantigen B istifadə qaydası necədir?
Lantigen b damcı

Lantigen b haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Lantigen b qiyməti

Lantigen b qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Lantigen b qiyməti 22 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lantigen b damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Hər 1 ml suspenziyanın tərkibində aşağıdakıların antigen substratları vardır:

  • Streptococcus pneumoniae 3 63,2 A.V tipi;
  • Streptococcus pyogenes A 126,2  A.V qrupu;
  • Branhamella catarhalis 39,9 A.V.;
  • Staphylococcus aureus 79,6 A.V.;
  • Haemophylus influenza 50,2 b A.V. tipi;
  • Klebsiella pneumoniae 39,8 A.V.

 

Farmakoterapevtik qrupu:

Bakterial lizatlar

Farmakodinamika:

Lantigen B, tənəffüs yolu infeksiyalarının ən çox yayılmış səbəbi olan mikroorqanizmlərindən (S. pneumoniae, S. pyogenes, B. catarrhalis, S. aureus, H. influenzae, K. pneumoniae) kontrololunmuş autoliz prosesi zamanı alınan bakterial antigenlərin suspenziyasıdır. Dərman sublinqual olaraq tətbiq olunduqda, ağız və burun boşluqlarının, udlağın selikli qişası vasitəsilə absorbsiya olunaraq yerli immun proseslərin stimullaşdırılmasına səbəb olur.

Lantigen B, spesifik immuniteti  stimullaşdıraraq işləyir hansı ki, patoloji mikroorqanizmlərin yuxarı aşağı tənəffüs yollarının selikli qişasının səthinə yapışmasına (adgeziyasını inhibə edir) maneə törədərək infeksiyalara qarşı (IgA-S) A tip sekretor immunoqlobulinlər sinfinə aid anticisimlər istehsalına gətirib çıxarır.

Lantigen B ayrıca T hüceyrələrinin proliferasiyasını, IgM istehsalını, monositlər tərəfindən IL-1 istehsalını, qranulositlərin bakterisid və xemotaksis  aktivliyini artıraraq qeyri spesifik hüceyrə immunitetini artıraraq immunostimulyator dərmandır.

Lantigen B istifadəsi nəticəsində:

- tüpürcək və dövriyyədə olan IgA, IgM, IgG-nin  istehsal səviyyəsini artır

- şiddəti   respirator infeksiyaların ağırlığı və tezliyi azalır

- antibiotik terapiyasına ehtiyac azalır

Göstərişlər:

  • Yuxarı və aşağı tənəffüs yollarının bakterial infeksiyalarının profilaktikası və müalicəsi:
  • Virus infeksiyalarının bakterial fəsadları zamanı (KRVİ, Qripp, Adenovirus...)
  • Sinusit, rinit, rinofaringit,
  • Tonzillit, angina, skarlatina, epiqlottit, orta otit,
  • Bronxit, bronxopnevmoniya, pnevmoniya, plevrit
  • Meningit və Sepsisin kompleks müalicəsi zamanı
  • Qeyri spesifik bakterial vaqinit (Haemophylus influenza, Streptococcus, Staphylococcus və...)
  • Bağırsaq infeksiyası (Staphylococcus aureus…)
  • S. aureus və Streptococcus pyogenes  mənşəli dəri infeksiyaları zamanı (sızanaqlar, impetiqo, furunkulyoz, fleqmona və absses).

İstifadə qaydası və dozası:

DİQQƏT:

İstifadədən öncə çalxalayın. Hətta çalxaladıqdan sonra suspenziyada aqqlomeratların olması məhlulun təhlükəsizliyinə və effektivliyinə təsir etmir.

1. Flakonu silkələyin və qoruyucunu aşağıdakı qaydada açın: qapağın ortasında olan plastik zolağı tutun, və flakonun tam ətrafı üzrə xarici istiqamətdə dartın

2. Qapağı çıxarın və flakonu çevirin. Lazımı sayda damcılar tökülənə qədər baş və şəhadət barmaqlarla flakonu basın.

3. İstifadədən sonra qapaqla bağlanmalıdır.

Müalicə məqsəd ilə:

2 yaş-10 yaş:15 damcı səhər (yeməkdən əvvəl) və ya 7 damcı (yarı doza) səhər və 7 damcı axşam (gecə yatmazdan əvvəl).

10 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 damcı  (bir doza) səhər (yeməkdən əvvəl) və 15 damcı (bir doza) axşam (gecə yatmazdan əvvəl).

Müvafiq göstərişi olan böyüklərə 2 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara 1 flakon təyin olunur. Müalicə 2-3 həftə ərzində aparılmalıdır.

Damcıların ağız boşluğunda, xüsusilə dil altında udmadan bir qədər saxlanması vacibdir. Bu tüpürcək sekresiyasının ağız boşluğu –faringeal selikli qişasına paylanmasına şərait yaradaraq absorbsiyanı sürətləndirir. Kiçik yaşlı uşaqlarda Langiten B yatdıqları zaman, dodaqla damaq arasındakı sahəyə damızdıraraq istifadə oluna bilər. Təsir sahəsini genişləndirmək məqsədilə dilaltı istifadədən əlavə, Lantigen B-ni 1-2 damcı  hər burun deşiyinə gecə yatmazdan öncə damızdırmaq tövsiyə olunur.

Profilaktik məqsədlə:

  • Dəstəkləyici müalicə üçün, müvafiq göstərişi olan böyüklərə 1 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara yarım flakon bəs edir.
  • Soyuq aylar ərzində qoruyucu təsirin təsis olunması və saxlanılması üçün terapevtik sikli soyuq ayların əvvəlində başlanması və 3-4 aydan sonra  təkrarlanması vacibdir.

Əks  göstərişlər: 

Tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Əlavə təsirləri: 

İlk təyindən sonra əlamətlərin müvəqqəti  pisləşməsi müşahidə oluna bilər. Bu reaksiyalar nadir hallarda rast gəlinir və ağır olmur.

Buraxılış forması: 

18 ml, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: 

BRUSCHETTİNİ s.r.l.- Genoa (İtaliya).

Lantigen B nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  3. Öskürək əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. lantigen b
  2. lantigen b qiymeti
  3. lantigen
  4. lantigen b инструкция
  5. lantigen b nedir
  6. lantigen b damci
  7. lantigen b haqqinda
  8. lantigen b istifade qaydasi

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow