Ertodife (Ertodayf) gel istifadə qaydası necədir?
Ertodife (Ertodayf) gel - Sızanaqlar zamanı, bakterial xəstəliklər əleyhinə preparatdır.

Ertodife gel haqqında məlumat
- Ertodife gel qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Qeydiyyat vəsiqəsinin sahibi
- Məhsulun və əmtəə nişanının sahibi
- Ertodife gel nə üçündür?
Ertodife gel qiyməti
Ertodife gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ertodayf gel qiyməti 12 azn - 14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ertodife qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
ERTODAYF 30 mq/q dəriyə istifadə üçün gel
ERTODIFE
Beynəlxalq patentləşdirilməmiş adı: Eritromisin
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 30 mq eritromisin vardır.
Köməkçi maddələr: hidroksipropilsellüloza, etil spirti.
Təsviri
Rəngsiz şəffaf geldir.
Farmakoterapevtik qrupu
Makrolid qrupu antibiotik.
ATC kodu: D10AF02
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Eritromisin bakteriostatik təsir göstərir. Yüksək konsentrasiyada bəzi mikroorqanizmlərə bakterisid təsir göstərir. Eritromisin bakteriya hüceyrəsində ribosoma təsir edərək zülal sintezini pozmaqla bakteriya hüceyrəsinin məhv olmasına səbəb olur. Qrammüsbət orqanizmlərə qarşı Staphylococcus spp. (pensilinaza sintez edən və etməyən ştamlar), Streptococcus spp. (Streptococcus pneumoniae) yüksək həssaslığa malikdir. Qrammənfi mikroorqanizmlərdən Neisseria gonorrhoeae, Haemophilus influenzae, Bordetella pertussis, Legionella spp., Bacillus anthracis, Corynebacterium diphtheriae; Anerob bakteriyalardan: Clostridium spp. qarşı yüksək həssaslığa malikdir. Həmçinin eritromisin bu mikroorqanizmlərə qarşı aktivlik göstərir: Mycoplasma spp., Chlamydia spp., Spirochaetaceae.
Farmakokinetikası
Plazma konsentrasiyası 70-90%. Qaraciyərdə metabolizmə uğrayır və qeyri-aktiv metabolitlərə çevrilir. T½ – 1,4-2 saatdır. Öd və böyrəklərlərdən xaric olunur.
İstifadəsinə göstərişlər
Dəri sızanaqlarının (akne) yerli müalicəsi.
Əks göstərişlər
Eritromisinə və ya tərkibindəki digər komponentlərə qarşı hiperhəssaslıq. Makrolid qrupuna aid olan digər antibiotiklərə qarşı hiperhəssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
ERTODAYF 30 mq/q gel göz üçün deyil, xaricə istifadə üçün nəzərdə tutulub. Gözlərə və selikli qişalara ERTODAYF çəkmək olmaz. Yerli tətbiq edilən dərman vasitələrinin uzun müddət istifadəsi sensibilizasiyaya səbəb ola bilər. Digər antibiotiklərdə olduğu kimi eritromisinə həssas olmayan mikroorqanizmlərin super inkişafına səbəb ola bilər – yəni eritromisinin təsirinə qarşı rezistentlik. Bu halda müalicə dayandırılmalı və müvafiq terapiya təyin edilməlidir
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər sızanaqəleyhinə dərmanlar və ya aşındırıcı maddələrlə eyni vaxtda istifadə kumulyativ qıcıqlandırıcı təsirə və qurumaya səbəb ola bilər. Digər dərmanlar, fərq etməz reseptli və ya reseptsiz buraxılan dərmanlar qəbul edirsinizsə və ya yaxınlarda qəbul etmisinizsə, həkiminizi və ya əczaçınızı məlumatlandırın. Linkomisin, klindamisin və xloramfenikolla antaqonizm təşkil edir. Beta-laktam antibiotiklərinin (penisilinlər, sefalosporinlər, karbapenemlər) bakterisid təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və süd vermə dövründə birbaşa həkimi məlumatlandırmaq lazımdır. Yalnız ehtiyac olduqda və həkim uyğun gördüyü halda istifadə edin.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
ERTODAYF gel nəqliyyat vasitələrinin idarə edilməsinə və istismar etmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Gündə 1-2 dəfə dərinizi qələvi olmayan sabunla yuyub, quruladıqdan sonra sızanaq yerlərinin üstünə nazik bir təbəqə çəkin. ERTODAYF gel barmağın ucu ilə dəriyə sürtülür. Geli tətbiq etdikdən sonra əllərinizi yuyun. Müalicə klinik yaxşılaşmaya qədər, bir aydan üç aya qədər davam etdirilməlidir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Bütün dərman preparatları kimi, ERTODAYF gelin istifadəsi, əlavə təsirlərə səbəb ola bilər. Yerli reaksiyalar: hiperemiya, yanma, qaşınma, ağrı, qıcıqlanma və dərinin soyulması. Dərmanın istifadəsi zamanı yerli dözümsüzlük, müalicə olunan nahiyədə dəri quruluğu və ardınca yağlanma hissi yarana bilər. Ciddi dəri reaksiyaları qeyd edildikdə dərhal həkimlə əlaqə saxlanılmalıdır: ləkələrin və qabarcıqların əmələ gəlməsi ilə xarakterizə olunan qırmızı və pulcuqlu dəri səpgiləri (ekzantematoz püstuloz). Bu reaksiyanın tezliyi məlum deyil (mövcud məlumatlardan təxmin etmək mümkün deyil).
Bu içlik vərəqində yer almayan başqa bir əlavə təsir varsa, həkiminizi və ya əczacınızı məlumatlandırın
Doza həddinin aşılması
Lazımi miqdardan çox ERTODAYF gel istifadə edirsinizsə:
ERTODAYF gel lazımi miqdardan çox istifadə edirsinizsə, həkiminizi və ya əczacınızı məlumatlandırın. Lazımi miqdardan çox istifadə etməməyə diqqət edin. ERTODAYF gel lazımi miqdardan çox istifadə etmək sağalmanı sürətləndirməyəcəkdir. Bu zaman dəri daha çox qıcıqlana bilər. Belə vəziyyətlərdə preparatın istifadə etmə tezliyini azaltmalı və ya bir neçə gün təxirə salmalısınız.
ERTODAYF gel istifadə etməyi unutmusunuzsa:
Buraxılmış dozanı əvəzinə ardıcıl iki dəfə istifadə etməyin. Buraxılmış dozanı növbəti istifadə vaxtında edin. Həkimin sizə tövsiyə etdiyi müddətdə istifadə edin.
Buraxılış forması
30 q gel tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturunda, orjinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstifadə müddəti keçməsə belə, alındıqdan 2 ay sonra istifadə etməyin.
Zədələnmiş və ya qablaşmaya müdaxiləni göstərən hər hansı bir əlamət varsa, ERTODAYF gel istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“IDI Farmaceutici SRL”.
Via dei Castelli Romani 83/85 – 00071 Pomezia (RM), Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
“ORNADO MEDICINE” LLP.
Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.
Məhsulun və əmtəə nişanının sahibi
“ORNADO MEDICINE” LLP.
Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.
Ertodife gel nə üçündür?
- Sızanaqlar əleyhinə dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






