Mufleksin iynəsi nə üçündür? istifadə qaydası necədir?
Mufleksin iynəsi - Yumşaq toxumaların zədələnmələri zamanı, nevralgiyalarda, daxili orqanlarda ağrılar zamanı, oynaq və əzələ ağrılarında, travmatik ağrılarda istifadə olunan preparatdır.
![Mufleksin iynəsi nə üçündür? istifadə qaydası necədir?](https://doktorm.az/uploads/images/202408/image_870x_66d01f466bfe1.webp)
Mufleksin iynəsi haqqında məlumat
Mufleksin iynəsi qiyməti
Mufleksin ampula qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Mufleksin iynəsi qiyməti 9 azn - 11 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Mufleksin 2 ml qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddər: 2 ml (1 ampul) məhlulun tərkibində 4mq Tiokolxikozid vardır.
Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Mərkəzi təsirli miorelaksant.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamika
MUFLEKSİN - təbii qlikozid olan kolxikoziddən alınan mərkəzi təsirli yarımsintetik miorelaksantdır.
Aparılan çalışmalarda tiokolxikozidin qamma-aminoyağ turşusu (QAYT) və qlisinergik reseptorlarına qarşı selektiv olaraq aqonist təsir göstərməsi sübüta yetirilmişdir. Tiokolxikozid onurğa beyini səviyyəsində QAYT reseptorlarını birbaşa aktivləşdirərək əzələlərin relaksasiyasına səbəb olur. MUFLEKSİN qlisinomimetik təsir fonunda sinir sisteminə müxtəlif səviyyələrdə təsir göstərərək yerli və eləcə də mərkəzi mənşəli əzələ spazmlarını aradan qaldırır.
Preparatın kurareyəbənzər təsiri yoxdur, iflic törətmir, tənəffüs mərkəzinin fəaliyyətini ləngitmir və ürək-damar sisteminə təsir göstərmir.
Farmakokinetka
Daxilə təyini zamanı preparat qana tez sorulur və 1 saat ərzində preparatın qan plazmasında konsentrasiyası maksimuma çatır.
MUFLEKSİN qan plazmasının albuminləri ilə 13% birləşir, toxuma və mayelərə yaxşı paylanır.
Tiokolxikozidin əzələdaxili 4 mq istifadəsindən sonra paylanma həcmi (Vd) 76 L təşkil edir.
Tiokolxikozid qaraciyərdə deyil qanda metabolizmə uğrayır. Preparatın yarımparçalanma dövrü (T1/2) 2,5-5 saatdır.
Preparatın təqribən 20% dəyişilməmiş halda yaxud metabolit şəklində böyrəklərlə, 75-81% isə ödlə xaric olunur.
İstifadəsinə göstərişlər
Tiokolxikozid aşağıda göstərilən skelet əzələ spazmları və kontraktura ilə müşaiyət olunan əzələ, revmatoloji, travmatik və nevroloji xəstəliklərin simptomatik müalicəsində istifadə olunur:
- · Tortikolis
- · Dorsalgiya
· Onurğa sütunun degenerativ xəstəlikləri, lumbago
· Onurğa sütunun statik patologiyası
· Travmatik və nevrolojı mənşəli əzələ spazmları
· Reabilitasiya dövründə əzələ kontrakturlarının qarşısını almaq üçün
Əks göstərişlər
Tiokolxikozidə yaxud kolxikozidə qarşı yüksək həssaslıq, miasteniya, yüngül iflic. 15 yaşa gədər uşaqlar.
Antikoaqulyantların istifadəsi və qanaxmalara meyillik zamanı preparatın əzələdaxili istifadəsi məsləhət görülmür.
Xüsusi göstərişlər
Tiokolxikozid ağır böyrək çatışmazlığı zamanı təyin olunmur.
Preparatın qəbulu zamanı nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmlərin idarə edilməsində diqqətli olmaq lazımdır. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri. Eyni təsirli preparatlarla birlikdə istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir. Hamiləlik dövründə preparatın istifadəsinə dair heç bir klinik tədqiqat keçirilmədiyindən preparat yalnız həyati vacib hallarda istifadə oluna bilər.
Hamiləlik dövrünün I trimestrində istifadə olunmur.
Tiokolxikozid ana südündə aşkar olunur. Laktasiya dövründə preparat əks göstərişdir.
İstifadə qaydası və dozası
MUFLEKSİN kapsul kəskin əzələ spazmlarında gündə iki dəfə 1-2 kapsuldan yeməkdən sonar 1 stəkan su ilə daxilə qəbul edilir. Müalicə müddəti 5-7 gün təşkil edir.
MUFLEKSİN ampul skelet əzələ spazmları və ağrıları zamanı 4 mq dozada gündə 2 dəfə 3-5 gün müddətində əzələdaxili istifadə olunur. MUFLEKSİN ampulun 3-5 gün ərzində istifadəsi məsləhət görülür. Əgər müalicənin davam edilməsinə ehtiyac olarsa preparatın peroral qəbulu məsləhət görülür.
Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün preparat prosedurdan 1-2 saat əvvəl istifadə olunmalıdır.
• Preparatdan istifadə fonunda diareya (ishal) yaranarsa, dozanı gündə 1 kapsula qədər azaltmaq lazımdır.
• 15 yaşa gədər uşaqlarda istifadəsi haqqında məlumat yoxdur.
Əlavə təsirləri
Tiokolxikozidin istifadəsi zamanı qastrointestinal sistem tərəfindən qastralgiya və diareya yarana bilər. Nadir hallarda arterial təzyiqin azalması, qısa müddətli huşun itirilməsi ( huşun bulanması) yaxud oyanıqlıq qeyd oluna bilər. Müalicə zamanı yüksək həssaslığı olan xəstələrdə dəri səpgiləri yarana bilər.
BU HALLAR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!
Doza həddinin aşılması
Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
MUFLEKSİN 4mq/2ml ampul N6 (əzələdaxili inyeksiya üçün). 6 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
BİLİM PHARMACEUTİALS
Qeydiyyatın sahibi:
BİLİM PHARMASEUTİALS
34398 MƏSLƏK / İSTANBUL / TÜRKİYƏ
Mufleksin iynəsi nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
- Nevralgiyalarda istifadə olunan dərmanlar
- Yumşaq toxumaların zədələnmələri
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)