Midops damcı istifadə qaydası necədir?

Midops - Kəllə-beyin və digər travmalar zamanı, qlaukomada, epilepsiyada, beyin qan dövranı pozğunluğunda, sinir oyanıqlığında, yuxu pozğunluğu zamanı istifadə olunan preparatdır.

Nov 15, 2024 - 17:40
 0
Midops damcı istifadə qaydası necədir?
Midops

Midops haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Midops qiyməti

Midops damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Midops qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Midops qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 1 millidə:

Uridin………………………………….25 mq

Sitidin………………………………….25 mq

Vitamin B1…………………………….0.8 mq

Sink……………………………...…….…1 mq

Farmakoloji təsiri:

MİDOPS-un tərkibinə daxil olan kompanentlər hematoensefalitik baryeri keçərək, mərkəzi sinir sistemində bir sıra prosesləri aktivləşdirir, toxuma tənəffüsünü və enerji sintezini təmin edir.Uridinin plazmada yüksək konsentrasiyası onların MSS-dən keçməsini sürətləndirir.QAYT-ın mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvulsant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir.İşemiya şəraitində miokartda lipid və karbohidrat mübadiləsini yaxşılaşdırır. Əzələ liflərinin funksional aktivliyini bərpa edir. Sitidin Orqanizimdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir, zədələnmiş akson və mielin qişasının regenerasiyasının və əzələ trofikasını təmin edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır. Iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Vitamin B1 Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Su-duz mübadiləsi, həzm, sinir sistemi və  ürəyin işinin pozulmasının qarşısını alır. Sink DNT-nin replikasiya və transkripsiyasında vacib rol oynayan DNT polimeraza fermentinin əsas komponentlərindən biridir. DNT birləşdirici zülallar (histidin və sistein) arasında rabitəsini təşkil edir. İnsan imunitetində T və B Limfosit hüceyrələri arasında normal balansı tənzimləyir, neyroendokrin hormonların, xüsusilə insulinin və boy hormonunun sintezində iştirak edir. MİDOPS neyromediator sintezini və neyronlar arası əlaqələri artıraraq koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur. Travmatik zədələnmədən sonra sinirlərin regenerasiyasını sürətləndirir.

Göstərişlər:

- Yaddaş, diqqət və hissiyat pozğunluğu
- Kəskin və xroniki beyin qan dövranı pozğunluğu
- Epilepsiyanın kompleks müalicəsində
- Qorxu, həyacan, depresiya, yuxu pozğunluğu, xroniki yorğunluq
- Toksiki, infeksion mənşəli sinir zədələnmələri
- Yeni doğulmuşların hipoksik-işemik ensofalapatiyası, uşaq serebral iflici
- Üçlü sinirin nevralgiyası, koxlear sinirin nevriti
- İşalgiya, diabetik neyropatiya
- Kəllə-beyin travmaları
- Görmə sinirinin atrofiyası, qlaukomanın kompleks müalicəsi
- Kəmərləyici dəmrov, neyrodermatitlər.

İstifadə qaydası və dozalanma:

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.
Profilaktik məqsədlə: 5 yaşa qədər həkim məsləhətiylə 5-12 yaşlı uşaqlarda 25-30 damcı * 2 dəfə, 12 yaşdan yuxarı uşaqlara və böyüklərdə 45-50 damcı  * 2 dəfə.

Əks göstərişlər: 

Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq.

Saxlanma qaydası: 

Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

Buraxılış forması: 

MİDOPS 50 ml damcı şüşə flakon karton qutuda.

İstehsalçı: 

ENSA ilac, Türkiyə

Midops nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  4. Epilepsiyada istifadə olunan dərmanlar
  5. Kəllə-beyin və digər travmalar
  6. Qlaukomada istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow