Sinlon nə üçündür? istifadə qaydası necədir?
Sinlon - İshalda, disbakterioz zamanı, qəbzlik zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Sinlon haqqında məlumat
Sinlon qiyməti
Sinlon dərman qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sinlon qiyməti 33 azn - 36 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sinlon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Lactobacillus Sporogenes........................................150 milyon
- Lactobacillus Rhamnosus........................................200 milyon
- Lactobacillus Casei...................................................200 milyon
- Lactobacillus Plantarum..........................................200 milyon
- Lactobacillus Bulgaricus..........................................150 milyon
- Bifidobacterium Longum.........................................100 milyon
- Bifidobacterium Breve.............................................100 milyon
- Bifidobacterium İnfantis..........................................100 milyon
- Streptococcus Thermophilus...................................150 milyon
- Lysozyme……………………………......................…….20 mq
- FOS…………………….…..…………......................….100 mq
Farmakoloji xüsusiyyətləri:
SİNLON kombinə olunmuş sinbiotik olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir. SİNLON-un tərkibində canlı bakteriya ailəsindən olan Lactobacilluslar və Bifidobacteriumlar vardır ki, bu bakteriyalar bağırsaq florasını tam bərpa edir. Laktobakteriyalar və bifidobakteriyalar - qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90%-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal getməsi üçün vacibdir. Bifidobakteriyalar və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur. Belə ki, bifidobakteriyalar və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edirlər. Laktobakteriyalar və bifidobakteriyalar rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı güclü təsir göstərirlər. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metabolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir. Streptococcus Thermophilus - bağırsaqlarda normal mikrofloraya daxil olan mikroorqanizmlər tərəfindən parçalanır və onlar üçün qidalı mühit yaradır. Lysozyme - Lizosim enzimləri bakteriyaların hüceyrə divarındakı komponentlərindən N-asetil muramik asit və N-asetil qlikazamin arasındakı B-bağlarını parçalayaraq bakteriya hüceyrəsini lizisə uğradır. Lizosim bağırsağın yerli immunitetini gücləndirir. FOS - bağırsağın normal mikroflorasının inkişafını və aktivliyini təmin edir. Çürümə prosesini azaldır və qıcqırmanı stimulə edərək, qida maddələrinin parçalanmasını artırır. Bağırsağın sorulma prosesini sürətləndirir.
SİNLON-un tərkibindəki bakteriya kulturaları mikrokapsul formasında olub, mədə şirəsinə qarşı davamlı olduğu üçün bağırsağa düşən zaman bakteriyalar öz həyat fəaliyyətini saxlamış olur. SİNLON orqanizmdə zərərli maddələrin toplanıb qalmasının qarşısını alır. Həzm olunmayan maddələrin orqanizmdən çıxarılmasını aktivləşdirir. SİNLON bağırsağın normal mikroflorasını bərpa etməklə yanaşı onun qorunub saxlanılmasını da təmin edir. SİNLON-un tərkibindəki ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etdikdə onların yan təsirlərini aradan qaldırır. Tərkibində laktoza və qlüten olmadığına görə allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində tətbiq olunur.
Göstərişlər:
- Müxtəlif mənşəli disbakterioz
- Antibiotik və hormonal müalicə nəticəsində yaranan disbakterioz
- Mədə-bağırsaq traktının xroniki xəstəlikləri
- Həzm pozğunluqları (ishal, qəbizlik, meteorizm)
- Kəskin bağırsaq infeksiyaları
- Uşaqlarda və böyüklərdə kəskin və xroniki diareyalarda
- İmmunodefisit vəziyyətlər
- Keysəriyyə ilə doğulmuş, süni və qarışıq qidalanan uşaqlar
- Qurd invaziyaları
- Lyambliozun və helmintozların kompleks müalicəsində
- Natamam və balanslaşmamış qidalanmada pəhrizin saxlanması məqsədi ilə
- Qıcıqlanmış bağırsaq sindromu
- Müxtəlif etiologiyalı kolitlər, eyni zamanda qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi
- Allergik diatezlər
- Yaşayış yerinin dəyişməsi “səyahətçi diareyası”
- Hamiləlik zamanı yaranmış qəbizlik
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə,
4-14 yaş 1 kapsul gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 2 dəfə. Müalicə kursu: Uşaqlar 10-15 gün, böyüklər 15-25 gün.
Preparat yeməkdən sonra qəbul olunur.
QEYD: Uşaqlarda kapsulu açıb, tərkibini bir qadər maye (çay, şirə, su) ilə qarışdırıb qəbul etmək olar. Hamilələr həkim göstərişinə əsasən qəbul edə bilər.
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Saxlanılma şəraiti:
Sinlon quru, qaranlıq, uşaqlar üçün əlçatmaz olan yerdə, 200C temperaturda saxlanılmalıdır.
Buraxılış forması:
SİNLON karton qutuda 20 ədəd kapsul.
İstehsalçı:
Grikar Chemikal. İtaliya
Sinlon nə üçündür?
- Disbakterioz zamanı istifadə olunan dərmanlar
- İshalda istifadə olunan dərmanlar
- Qəbzlik zamanı istifadə olunan dərmanlar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






