Spodium sirop istifadə qaydası necədir?

Spodium sirop - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı, görmə zəifliyi zamanı, raxit zamanı, dermatit və ekzema zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Nov 15, 2024 - 16:23
 0
Spodium sirop istifadə qaydası necədir?
Spodium sirop

Spodium sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Spodium sirop qiyməti

Spodium qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Spodium sirop qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Spodium sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Balıq yağı------------------------------------450 mq
  • Omeqa 3-------------------------------------375 mq
  • DHT------------------------------------------250 mq
  • L-Karnitin-----------------------------------500 mq
  • Vitamin C-------------------------------------50 mq
  • Vitamin A----------------------------------500 mkq
  • Vitamin D3------------------------------------5 mkq
  • Vitamin B2--------------------------------------1 mq

 

Farmakoloji təsiri

SPODİUM - Omeqa 3, balıq yağı, L-Karnitin və vitaminlərdən ibarət kompleks preparatdır. Dokozaheksaen (DHT) və eykozapentaen (EPT) turşularından ibarət omeqa 3 insan orqanizmində sintez olunmur, yalnız qida ilə daxil olur. İnsan beyninin 60 %-i müxtəlif yağlardan ibarətdir, bunlardan 30%-i yağ turşularının payına düşür. Spodiumun tərkibində yüksək miqdarda olan Dokozaheksaen turşusunu (DHT) beyin yağı adlandırırlar. Beynin boz maddəsinin neyronlarının əsas qurucu elementi olub, beynin funksional sinir sistemi üçün vacibdir. O sinir hüceyrələrinin (neyronlarının) membranının əsas tikinti materialıdır. DHT neyronları möhkəmləndirməklə birlikdə oyanma və ləngimə prosesini tənzimləyərək sinaps ötürücülüyünü artırıb, beyin demensiyası riskini azaldaraq yaddaşı yaxşılaşdırır, diqqət və konsentrasiya pozğunluğunu tənzimləyir. Uşaqların riyazi zəkasını artırır, oxuma-yazmasını və nitqini inkişaf elətdirir.

Vitamin C-güclü antioksidantdır. Zülal və lipid mübadiləsində iştirak edir. Orqanizmin müqavimətini yüksəldir, yaraların sağalmasını sürətləndirir. Vitamin A - qlikoproteinlərin biosintezində iştirak edərək selikli qişaların baryer funksiyasını gücləndirir, tənəffüs və mədə-bağırsaq sistemindən infeksiyaların orqanizmə daxil olmasının qarşısını alır. Dəri xəstəlikləri zamanı müsbət təsir göstərir. Görmə piqmentinin sintezində iştirak edir, gozün qaranlığa adaptasiyasını tənzimləyir. Vitamin D – Ca və P mübadiləsində iştirak edir. Nazik bağırsaqdan kalsium və fosforun mənimsənilməsini, böyrək kanalcıqlarından onların geri reabsorbsiyasini, qandan Ca-un sümüyə keçməsini təmin edir. Vitamin B2 ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, görmə qabiliyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. Ağız və gözün selikli qişasının zədələnməsinin qarşısın alır. L-Karnitin - uzunzəncirli yağ turşularını mitoxondri membranından daxilə keçirərək onların parçalanmasını və ATF-in sintezinə səbəb olur. Bu üsulla daha çox miqdarda enerji istehsal olunur ki, bu da hipoksiya vəziyyətində olan hüceyrələrdə oksigenin ekonomik istifadəsini təmin edir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır. L-karnitin antihipoksant, metabolik, energetik təsirlərə malikdir. Nəticə olaraq SPODİUM sinir sisteminin inkişafını təmin edir, yaddaş və qavrama qabiliyyətinin artmasına səbəb olur, emosional qeyri-stabilliyi, aqresiya və oyanıqlığı aradan qaldırır. Sinir hüceyrələrində keçiriciliyi yaxşılaşdırır, immun sistemi möhkəmləndirir, ürək-damar sisteminə və görmə qabiliyyətinə müsbət təsir edir. SPODİUM tərkibindəki komponentlərlə gözün torlu qişası və beynin boz maddəsinin hüceyrələrinin tərkib hissəsi olaraq, neyronlar arası impulsların keçiriciliyini təmin edir və bu səbəbdən beyin fəaliyyəti üçün əvəzolunmazdır. Orqanizmin inkişaf dövründə isə bu toxumaların fizioloji quruluşunu təmin etmək üçün əlavə Spodium qəbulu zəruridir

 

Göstərişlər:

  • Diqqət, yaddaş və qavrama qabiliyyətinin zəifləməsi
  • Hiperaktivlik sindromu
  • Əqli yükləmə dövründə. Zehni inkişafı sürətləndirmək məqsədi ilə
  • Sinir mənşəli xəstəliklər, oyanıqlıq, davranış dəyişiklikləri
  • İmmuniteti möhkəmləndirmək məqsədi ilə
  • İştahın, psixi və fiziki qabiliyyətin artırılması
  • Göz xəstəliklərinin kompleks müalicəsində
  • Raxitin müalicə və profilaktikası
  • Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermitlər)
  • Allergik xəstəliklər
  • Autoimmun xəstəliklər (revmatizm, sistemli qurd eşənəyi, yayılmış skleroz, revmatoid artirt)

 

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə, 4-14 yaş 2 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra.

Əks göstərişlər: 

Tərkibindəki komponentlərdən hər hansi birinə yüksək həssaslıq.

Buraxılış forması: 

SPODİUM 150 ml sirop şüşə flakon karton qutuda.     

İstehsalçı: 

ENSA Ilac, Türkiyə.

Spodium sirop nə üçündür?

  1. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  2. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  3. Raxit zamanı istifadə olunan dərmanlar
  4. Görmə zəifliyi zamanı istifadə olunan dərmanlar
  5. Vitamin və mineral çatışmamazlığı
  6. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
  7. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow