Kold miks istifadə qaydası necədir?
Kold miks (Cold mix) - Qrip zamanı, rinit, sinusit zamanı, bronxit, pnevmoniya zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Kold miks haqqında məlumat
Kold miks qiyməti
Cold mix damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kold miks qiyməti 15 azn - 17 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kold miks damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tənəffüs rahatlaşdırıcı
10ml
Tərkibi:
1,8 Sineol (Evkaliptol) və Küknar iynəyarpağının yağı.
Farmakoloji xüsusiyyətləri:
Evkalipt yağının faydalı xüsusiyyətləri onun unikal tərkibi ilə bağlıdır. 80% -də sineoldən ibarətdir - təbii antiseptikdir. Tərkibində həmçinin tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan tanninlər, orqanik turşular və digər qiymətli maddələr var. Küknar iynəyarpağının yağ antiseptik, dezinfeksiya edici, bərpaedici, iltihab əleyhinə, ümumi stimullaşdırıcı və bir sıra digər hərəkətlərə malikdir.
İstifadəsinə göstərişləri:
- Burun tıxanıqlığı;
İstifadə qaydası:
İstənilən nəticəni əldə etmək üçün 3-7 gün ərzində gündə 3 dəfə 2-3 damcı Kold-Miks paltarların yaxa sahəsinə və ya yastığa damladılaraq istifadə olunur.
Qeyd:
Cold-Mix inhaliyator damcının 3-4 saat fasilə ilə istifadəsi məsləhət görülür. Xəstəlik mərhələlərində məhsulun istifadəsindən öncə burun boşluğunun girişini tutan seliyin təmizlənməsi Cold-Mix-in burun boşluğunun daxilinə tez çatmasına kömək edir. Ümumilikdə (nəqliyyatda, ev və ofislərdə) dəsmala və ya tənzifə damladılması havaya qarışmasıyla qarşısını ala və ya qoruyucu təsir göstərə bilir. Sauna istifadəsində sauna suyuna damladılır. Tərkibində alkoqol, mentol, kamfora və qətran yoxdur.
Əks göstərişlər:
Boğucu öskürək və bronxial astma .
Xəbərdarlıq:
- Üzə, buruna və ya dəriyə çəkilməməlidir.
- İçmək olmaz, masaj yağı olaraq istifadə edilmir
- Dəriyə, burun boşluğunun daxilinə və ətrafına, qulaq və ağız boşluğuna damlatmaq olmaz.
- Dərman vasitəsi deyil.
- Uşaqların əli çatmayan yerdə saxlayın.
- Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması:
İnhalyator, 10 ml.
İstehsalçı:
Ena Farma, Türkiyə
Azərbaycanda rəsmi distribütor:
HealPro MMC
Kold miks nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






