Forscar gel qiyməti və haqqında məlumat
Forscar gel yara və çapıq izi geli patentli silikon qarışığı ilə zeytun yağından əldə edilən 5%-li skvalendən hazırlanır.

Forscar gel haqqında məlumat
Forscar gel qiyməti
Forscar gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Forscar gel qiyməti 28 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Forscar qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Yara və çapıq izi geli
10ml, 20ml
Tərkibi:
Aktiv maddələr: Patentli silikon qarışığı və 5%-li zeytun yağı skvaleni.
Farmakoloji xüsusiyyətləri:
Forscar yara və çapıq izi geli patentli silikon qarışığı ilə zeytun yağından əldə edilən 5%-li skvalendən hazırlanır. Patentli silikon qarışığı epidermisin ən üst qatı olan buynuz təbəqəsində hidratlaşmanı (nəmlənməni), temperaturu artıraraq yara və çapıq izlərini yumşaldır, hamarlaşdırır və solğunlaşdırır. Forscar geli yara və çapıq nahiyəsində olan qaşınmanı, diskomfortu aradan qaldırır və müşahidə olunan rəng dəyişikliyini azaldır. 5%-li skvalen antioksidant təsir göstərərək yara və çapıq izinin sağalma prosesini təmin edir. Forscar yara və çapıq izi geli dəri üzərində nazik, su keçirməyən elastik təbəqə yaradır. Bu təbəqədən hava epidermisə rahat keçərək dərinin nəfəs almasını təmin edir və eyni zamanda yaranı bakteriyalardan, fiziki və kimyəvi təsirlərdən qoruyur. Forscar geli elastik təbəqə əmələ gətirmə texnologiyası sayəsində ovuc, dirsək və bədənin tüklü hissələri kimi çətin tətbiq olunan nahiyələrdə əmələ gələn yara və çapıq izlərinin müalicəsində də istifadə olunur. Kliniki cəhətdən təsdiqlənmiş silikon gel texnologiyası və 5%-li zeytun yağı skvaleni kobud yara izlərinin yaranmasının qarşısını alır. Forscar geli hipertrofik, keloid yara və çapıq izlərinin ümumi görünüşünü yaxşılaşdırır. Uşaqların və həssas dərisi olanların istifadəsi üçün uyğundur.
İstifadəsinə göstərişləri:
- Cərrahi əməliyyatlar,
- Keysəriyyə kəsiyi əməliyyatı,
- 1-ci və 2-ci dərəcəli yanıqlar,
- Travmalar,
- Sızanaqlar (aknelər),
- Həşərat dişləmələri,
- Dəri zədələnmələrindən (su çiçəyi, tatu, pirsinq və s.)
- Sonra yaranmış yeni və köhnə yara və çapıq izlərinin müalicəsində istifadə olunur.
İstifadə qaydası:
Forscar gelinin tətbiq olunacağı yara və çapıq nahiyəsi təmiz yuyulmalı və qurudulmalıdır. Sonra geli həmin nahiyəyə çox nazik təbəqə şəklində çəkərək quruması üçün 3-5 dəqiqə gözləmək lazımdır. Əgər 5 dəqiqə müddətində qurumazsa, dəri üzərində artıq miqdarda qalan geli silmək və quruması üçün təkrar gözləmək lazımdır. Gel tam quruduqdan sonra dəri üzərinə kosmetik məhsul, günəş kremi vurula və ya paltarla örtülə bilər. Gün ərzində 2 dəfə qeyd olunan qaydada istifadə olunmalıdır.
Maksimum effekt üçün dəridə 24 saat qalmalıdır. Su ilə təmas etdikdən sonra yara və çapıq izi olan nahiyəyə yenidən gel çəkilməlidir.
İlkin nəticə 2-6 həftə ərzində görünür. Daha yaxşı effekt əldə etmək üçün Forscar gelini 60-90 gün ərzində istifadə etmək tövsiyyə olunur.
Qeyd:
1. Forscar gelini yeni yaranın sağalmasından və tikişlərin çıxarılmasından dərhal sonra istifadə etmək olar.
2. 10 ml tubda olan silikon gel 5-7 sm, 20 ml tubda olan silikon gel 10-15 sm ölçüdə olan yara izinə 90 gün ərzində, gündə 2 dəfə istifadə etmək üçün kifayət edir.
3.Ancaq xaricə istifadə olunur.
Göz, açıq yara, 3-cü dərəcəli yanıqlar və selikli qişalarla təmas etməsindən qorumaq lazımdır.
Əks göstərişlər:
Tərkibindəki komponentlərin hər hansı birinə qarşı həssaslıq.
Buraxılış forması:
Gel 10 ml, 20 ml tubda.
İstehsalçı:
Alpaya Dermaceuticals, Türkiyə
Azərbaycanda rəsmi distribütor :
HealPro MMC
Forscar gel nə üçündür?
- Sızanaqlar əleyhinə vasitələr
- Yumşaldıcı vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






