DUAS BRONXO Sirop
DUAS BRONXO preparatının təsiri tərkibindəki komponentlərin farmokoloji xüsusiyyətləri ilə izah olunur. Bəlğəmgətirici, öskürək əleyhinə preparatdir

DUAS BRONXO Sirop 100 ml - bəlğəmgətirici, öskürək əleyhinə
Buraxılış forması
DUAS BRONXO şərbət 100 ml
DUAS BRONXO Sirop Tərkibi
100 ml-də:
- Bağayarpağı ekstraktı ( Plantago major ) ------2,6 g
- Kəklik otu ( Thymus vulgaris ) -------------3,9 g
- Qara qarağat ekstraktı ( Ribes nigrum ) -------2,6 g
- Exinaseya kökünün ekstrakti (Echinacea purpurea)-2,6g
- Askorbin turşusu ( Ascorbic acid ) ---------3,9 g
- Köməkçi maddələr: Şəkər, Natrium - benzoat, Təmizlənmiş su
Farmakoloji xüsusiyyətlər
DUAS BRONXO Sirop nə üçündür?
DUAS BRONXO preparatının təsiri tərkibindəki komponentlərin farmokoloji xüsusiyyətləri ilə izah olunur.
Bağayarpağı ekstraktı qeyri-produktiv öskürək zamanı bürüyücü təsir göstərərək, qıcıqlanmanın qarşısını alır.
Kəklikotu - tərkibi 30 % timol adlı efir yağından ibarət olub, bronxial vəzlərin sekresiyasını gücləndirir, bəlğəmgətirici, tərlədici və antiseptik təsirlərinə görə ağciyər və tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə olunur.
Qara qarağat meyvələri müxtəlif vitaminlərlə və bir çox bioloji aktiv maddələrlə) zəngindir. Qara qarağat tərlədici, sidikqovucu, immunostimulyator təsirlərə malikdir. Tərkibindəki efir yağları hesabına dezinfeksiyaedici təsir də göstərir.
Exinaseya orqanizmdə interferon sintezini və leykositlərin faqositar aktivliyini artıraraq immun cavabı gücləndirir, antivirus, bakterisid və fungisid təsir göstərir, mikrob hüceyrələrinin bölünməsinin və hərəkətinin qarşısını alır, orqanizmi toksiki maddələrdən təmizləyir. Antioksidant, iltihab əleyhinə, bəlğəmgətirici, qızdırmasalıcı və regenerasiyaedici təsirləri var.
Askorbin turşusu (Vitamin C) bir çox oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, orqanizmə qeyri- spesifik ümumtonuslandırıcı təsir göstərir. Orqanizmin adaptasiyaedici qabiliyyətini və onun infeksiyalara qarşı müqavimətini yüksəldir; regenerasiya proseslərini stimullaşdırır.
DUAS BRONXO Sirop İstifadə qaydası
0-3 yaşlı uşaqlarda 1,5-2 ml gündə 3 dəfə
3-12 yaşlı uşaqlara 2,5 ml gündə 3 dəfə
12 yaşlı uşaqlara 5 ml gündə 3 dəfə, yeməkdən 20 dəqiqə sonra təyin olunur. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
İstifadəsi üçün göstərişlər
- Kəsкin və хrоniкi brоnхitlər.
- Obstruktiv bronxit,
- brоnхiаl аstmа, brоnхоекtаziyа,
- bronxiolit, mukovissidoz
- Pnevmoniya. Ağ ciyərlərin оbstruкtiv хəstəliкləri
- Lаringit, larinqotraxeit, sinusitlər
- COVİD-19 pnevmoniyası
- Brоnх-аğciyər əməliyyаtlаrındаn sоnrакı аğırlаşmаlаr zamanı
DUAS BRONXO Sirop Əks göstərişlər
Preparatın tərkibinə qarşı yüksək həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUAS BRONXO Sirop Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
FITOPRODUKT MMC, Ukrayna
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






